AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Avqustun 5-dən qaydalara riayət etməsələr..." - Baş infeksionist

  116

Bu gündən etibarən Bakıda və 12 şəhər, rayonda sərt karantin rejiminin qismən yumşalmasına başlanıb.

Vətəndaşlar SMS icazəsi almadan sərbəst hərəkət edə biləcəklər, çimərliklər istifadəyə verilib, parkları, meydanları dolaşmaqda heç bir məhdudiyyət yoxdur. Sadəcə, beş adamın bir yerə toplaşması qadağan olunub, sosial məsafə gözlənməli, maska taxmalı, sıx təmasdan uzaqlaşmalıyıq.

İyunun 20-dən tətbiq edilən sərt karantin rejiminin avqustun 5-dən nisbətən yumşalması məhz qarşıya qoyulan hədəfin nəticəsidir. Göründüyü kimi, sərt karantin müddətində virusa yoluxma eniş dövrünü yaşamağa başlayıb və əldə edilən bu müsbət göstəricini hədər etmək ən böyük yanlışlıq olar.

Artıq sağanların artımındakı dinamika ümid verir ki, avqustun sonuna qədər daha yaxşı nəticələrin şahidi olacağıq və karantin rejimi mərhələli yumşalacaq. Sözsüz ki, bir çox vətəndaşların qeyri-ərzaq dükanlarının, ticarət mərkəzlərinin, ictimai iaşə obyektlərinin avqustun sonunadək açılmaması barədə qərardan narazılığını anlamaq olar. Bu, həm sosial şəraiti çətinləşdirir, həm də işsizlik borclanmaya gətirib çıxarır. Lakin dövlət işsiz kimi qeydiyyata düşən vətəndaşlara 190 manat yardım verir və karantin rejimini tamamilə götürməyə risk etmir, bunun bumeranq effekti ilə qarşılaşa, yoluxmanı artıra, sərt karantinin daha da uzadılmasına məcbur ola bilərik.

Odur ki, avqustun 31-dək kafe-restoranlar, "Mall"lar, kiçik geyim dükanları, o cümlədən metro fəaliyyət göstərə bilməyəcək. Eyni zamanda, həftəsonu ictimai nəqliyyat işləməyəcək. Habelə, toy-yas, bölgələrə gediş-gəliş qadağası qüvvədə qalır, uşaq əyləncə mərkəzləri, kinoteatrlar, sərgi zalları, muzeylər, idman-sağlamlıq mərkəzləri həmin tarixə qədər qapalı olacaq. Rayonlara getmək istəyənlər isə mütləq ezamiyyə vərəqəsi göstərməlidirlər.

Bütün bu tədbirlər, uzadılan məhdudiyyətlər yalnız bir hədəfə xidmət edir - koronavirus infeksiyasına yoluxma halları minimuma endirilsin, təhlükə sovuşsun, ardınca yuxarıda qeyd olunan əksər yerlər işini bərpa etsin.

Əlbəttə, bu vəziyyət sahibkarların, günəmuzd işləyənlərin ziyanınadır, amma hökumətin də ürəyincə deyil və həyatın tezliklə əvvəlki axarına düşməsi üçün tam açılım etmək təhlükəlidir. Ona görə narazılıq edənləri anlayışla qəbul etmək lazımdırsa, onların da çəkilən əziyyətlərə görə reallığı başa düşməsi vacibdir. Bu gün yüzlərlə həkim gecəsini gündüzünə qatıb, ailələrinin üzlərini görmür, risk altında xəstələri müalicə edir, polislər aylardır yollarda xidmət göstərir və hər kəs yaxşı sabah üçün çalışır.

Əgər Operativ Qərargah tam əksinə bir qərar versəydi, bütün yerlər açılsaydı, bu gün narazılıq edənlər yenə razı qalmayacaq, hökuməti tənqid edəcəkdilər ki, niyə risk edib tam yumşalmaya gedildi?
Çünki mayda karantin rejimi tam yumşaldıldı, kafelər, "Mall"lar açıldı və yoluxma birə beş artdı, həmin vaxt əksəriyyət Operativ Qərargahı tələskənlikdə qınayırdı. İndi yenidən eyni səhvi təkrarlamaq lazım deyil.

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bu mövzuda qeyd etdi ki, hər birimiz yoluxma statistikası ilə maraqlanırıq və xəstələnənlərin əhəmiyyətli dərəcədə azaldığını müşahidə edirik. Onun sözlərinə görə, yoluxma tempi getdikcə azalacaq və səbəb məhz sərt karantin rejiminin tətbiqi ilə əlaqədardır. "Ölkənin 13 şəhər və rayonunda SMS icazə sisteminin tətbiqi, əhalinin sıx toplaşma yerlərinə məhdudiyyət qoyulması öz müsbət nəticəsini verir. Ona görə virusa yoluxmanın azalmağa doğru getdiyi vaxtda karantini tamamilə götürməklə may ayındakı yoluxmanı təkrarlaya bilərik, hətta  gündəlik xəstə sayı bir neçə mini ötə bilər. Necə ki, bəzi ölkələr pandemiyanın ağır təsirlərini yaşayır", - deyə deputat vurğuladı.

A.Mirzəzadənin fikrincə, Operativ Qərargahın karantini uzatması yoluxma tendensiyasını tamamilə sıfıra endirməyə hesablanıb: "Biz sentyabrın əvvəlinə qədər yoluxanların minimuma enməsini görə bilərik. O zaman bir çox iş yerləri də açıla, müəyyən məhdudiyyətlər də aradan götürülə bilər.

Bu gün yalnız SMS icazənin ləğvi və çimərliklərin açılması qərarı göstərir ki, məsələ Nazirlər Kabinetinin nəzarətindədir və bizə tələsik karantin rejimini götürmək yox, xəstəliyi tamamilə yox etmək lazımdır. Bütün vətəndaşlarımız əvvəlki həyatına qayıtmaq istəyir. Amma pandemiya üzündən toylar keçirilmir, o deməkdir ki, az uşaq dünyaya gələcək, 7 il sonra məktəbə gedənlərin sayı azalacaq, 17 il sonra ali təhsil alanların statistikasında eyni rəqəmləri görə bilərik. Bütün bunların baş verməməsi, uzanmaması üçün yoluxmanı sıfıra endirmək lazımdır".

Demokratikmusavat.com bildirir ki, Respublikanın Baş infeksionisti Cəlal İsayev isə "Yeni Müsavat" vasitəsi ilə əhaliyə çağırış etdi ki, SMS icazə ləğv olunsa da, hər kəs məsuliyyətini anlamalı, maska taxmalıdır.

Onun fikrincə, Operativ Qərargahın son qərarları düzgündür və yoluxma azalsa da, heç də aşağı deyil: "Biz maydakı vəziyyətlə qarşılaşmaq istəmirik. Bu gün yoluxma tədricən azalır, amma gündəlik 200-300 nəfərdə koronavirus testinin pozitiv çıxması aşağı rəqəm deyil. Əgər iki rəqəmli nəticələr olsaydı, karantinin bir qədər də yumşaldılması haqda düşünə bilərdik. Odur ki, vəziyyətə nəzarət olunur, nəticələr ümid verir, son qərarı düzgün qiymətləndirmək lazımdır".

C.İsayev hesab edir ki, ehtiyatlı hərəkət etməliyik, insanlar səhiyyə orqanlarına kömək etməlidirlər: "Əgər avqustun 5-dən qaydalara riayət etməsələr, yenə yoluxma arta bilər. Neçə ölkə sərt karantin tədbirlərinə qayıtmalı olub. Bizdə cavanlar saymazlıq edirlər, səhlənkarlığa yol verirlər, amma arxayınlaşmaq olmaz, SMS icazə ləğv olunubsa belə, küçəyə çıxarkən maska taxmalısan, sosial izolyasiyanı gözləməlisən, əks halda xəstələnə bilərsən".

Demokratikmusavat.com

Xəbər Lenti

WTI bahalaşıb, Brent isə ucuzlaşıb

Qazaxıstanlı politoloq: "Bakı mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu Qafqaz üçün vacib təşəbbüsdür"

Yaponiya xaricilər üçün ölkəyə girişi qismən açmaq niyyətindədir

ABŞ Senatının Komitəsi Deytonun Ukraynadakı səfir vəzifəsinə namizədliyini təsdiqlədi

İsraildə koronavirusa yoluxanların sayı 200 minə çatır

Braziliyada bir gündə koronavirusa 33 mindən çox insan yoluxub

ABŞ vitse-prezidentinin təyyarəsi quşla toqquşmadan sonra hava limanına dönüb

Azərbaycanın Rusiyadakı Səfirliyi Dağıstanda saxlanılan vətəndaşlarımızın hüquqlarının qorunması üçün bütün mümkün addımları atır

Volodin Moskvada Sahibə Qafarova ilə danışıqlar aparacaq

Ev almaq istəyənlərə xoş xəbər

Britaniyada benzinlə işləyən avtomobillərin satışına 2030-cu ildən qadağa qoyula bilər

Dəhşətli qəzadan son anda xilas oldular - VİDEO

İkinci dalğaya səbəb bu şəxslərdir - ÜST xəbərdarlıq edir

Tailandda pandemiyanın ikinci dalğası üçün bir milyon könüllü səfərbər olunur

İspaniyada tibb işçilərinin çatışmaması pandemiyanın ikinci dalğasına qarşı mübarizəni çətinləşdirir

Abramoviç qeyri-qanuni əməldə şübhəli bilinir

Avstraliyada sahilə atılan 180 qara grind-delfinləri dərin sulara çıxarmağa çalışırlar

ÜST rəhbəri yeni təhlükəli xəstəliklərə qarşı mübarizəyə birgə hazırlaşmağa çağırıb

Babası iki yaşlı uşağı pəncərədən atmaqla HƏDƏLƏDİ - VİDEO

Yaponiya Ayın mənimsənilməsi üzrə layihədə iştirak üçün 770 milyon dollar ayıracaq

Günün qoroskopu: işgüzar baxımdan faydalı tanışlıqlar və görüşlər istisna deyil

ABŞ-da koronavirusdan ölənlərin sayı 200 min nəfəri ötdü

Bu gün 10 şagirddə koronavirus aşkarlanıb - Təhsil Nazirliyi - FOTO

Tramp BMT-nin Baş Assambleyasındakı çıxışında Çinə sərt mesajı olduğunu bildirir

Paşinyanın növbəti mifi - TƏHLİL

Pandemiya sınağı FOTOLARDA

"Qəbələ" türk məşqçi ilə yolları ayırdı

"20 yaşım olsaydı..." - İbrahimoviç

"Atletiko"nun daha bir futbolçusu koronavirusa yoluxdu

Tanınmış cütlük Sarayda aldığı bağ evinə girə bilmir - FOTO

Ermənistan müxtəlif yollarla gərginliyi daha da artırmağa çalışacaq - Gürcü ekspert

Çempionlar Liqası, pley-off mərhələsinə hansı kanallardan baxaq? - TV afişa

Almaniya parlamentinə şübhəli paket daxil olub

İngiltərədə yeni məhdudiyyətlər tətbiq olundu - Koronavirusla bağlı

Neymar yapon futbolçunu təhqir edib

Elnur Məmmədli: “Qapalı zallar ona görə açılmır ki...”

“Qorxumdan oğlumu evə qoymurdum” - Mətanət

AFFA Rayseli cəzalandırdı, 5 klubu cərimələdi

Ombudsman 2 saylı Kliniki Psixiatriya Xəstəxanasına baş çəkib

Bakı metropolitenində sərnişin sayı azalıb

Belarus Rusiyaya uçuşları bərpa edir

"Qarabağ"la oyun ərzində 3-4 dəfə futbola nifrət etdim" - "Molde" rəsmisi

ABŞ-da son sutkada COVID-19-a 52 mindən çox yoluxma var

İranda koronavirusa yoluxmada rekord rəqəm qeydə alınıb

Suaresdən İtaliya vətəndaşlığı almağa qanunsuz cəhd

“Toy müğənnisiyəm və bununla da fəxr edirəm” - VİDEO

İzləyicilər Sənubər İsgəndərlini tanımadılar - FOTO

Sahibkarlara müraciət edildi - İaşə sahələrində xidmətin təşkili ilə bağlı - FOTO

ÜST: Dünyada son bir həftədə koronavirusa yoluxmada rekord artım qeydə alınıb

Vidal rəsmən "İnter"də

Bakıda vətəndaşı döyüb maşınını qaçırdılar

Dünya ictimaiyyəti işğal olunmuş Qarabağda erməni terrorunu dayandırmalıdır - Livanlı vəkil

"Prezident Ermənistana, onun havadarlarına çox ciddi və açıq mesajlar verdi"

“Azərkosmos” qlobal media yayım şirkəti ilə əməkdaşlığa başladı

Azərbaycana yük maşınında qanunsuz siqaret, dərman keçirmək istədilər

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

Məktəb direktoru olmaq istəyənlər üçün təlimlər keçiriləcək

"Ermənistan və Qarabağ çox təhlükəli siyasət yürüdür" - Vitali Balasanyan

DTX vətəndaşlara müraciət etdi - Ayıq-sayıq olun!

Roza Zərgərlidən açıq-saçıq FOTOSESSİYA

Dağlıq Qarabağda son sutkada COVID-19-a 12 yoluxma qeydə alınıb

Kavani "Atletiko"da?

Rusiyada qırıcı qəzaya düşdü

"Qarabağ"ın potensial rəqibində baş məşqçi dəyişikliyi

“Belə davam etsə, tədris prosesi yenidən dayanacaq”

Şağan qəsəbəsində 212 saylı uşaq bağçasının yeni binası istifadəyə verilib Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak edib

Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib

Astarada turizm kompleksi istifadəyə verildi - FOTO

XİN-in sabiq idarə rəisi məhkəməyə gətirildi

Vüsalə Əlizadə: “Üzümə kiçik müdaxilələr etdim” - FOTO

Aygün Kazımovanın illər əvvəlki FOTOları

Ermənistan bütün bu təxribatların bir sonu olacağını anlamalıdır - Deputat

Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə poçt markası buraxılıb - FOTO

Elmar Qasımov MBA proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə görüşüb

Naxçıvanda komandir hazırlığı sistemində məşğələlər keçirilib - VİDEO

Deputat: "Təxribatlar Ermənistanın yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir"

6 ayda 241 cinayətin üstü açılıb

"Ailənizə hörmət edin, əsasən də kişi cinsindən olanlara"

"Bu mesaj İlham Əliyevin qlobal viziona sahib olan siyasi lider obrazının bütün cizgilərini ortaya qoyur"

Taksi sürücüləri hazırlıq keçəcəklər

Suriyada əsir və girovluqda saxlanılan azərbaycanlıların qaytarılması müzakirə olunub

Pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə təlim başlayıb - FOTO

Çingiz Mustafayevin mahnısı da plagiat çıxdı

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Hotellərdə açıq bufetdə xidmətin göstərilməsi dayandırılıb

Ermənistanda 115 yeni yoluxma

"Son təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını aydın şəkildə göstərir"

Gürcüstanda son sutkada yoluxma ilə bağlı rekord göstərici

Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər - FOTO

ASC: Qəbələdə suvarma ilə bağlı heç bir problem olmayacaq

“Atam azyaşlı qızı hamilə buraxdı, öləndə də getmədim yanına” - Nura Suri

Metroda polislərə hücum edənlərin işi məhkəməyə göndərildi

DİN "Pikap"avtomobillərin YPX postlarında saxlanılmasının səbəblərini açıqladı

"Qarabağa qayıdış uzaqda deyil..."

"Bəsdirin, sənət adamlarını xalq düşməni etmisiniz"

Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

38 km yol yenidən qurulub - FOTO

Azərbaycan nefti yenidən ucuzlaşıb

Yevlaxda döyülərək şantaj edilən şəxs xəstəxanada ölüb - RƏSMİ

“Alınan mallar geri qaytarılmır” kimi lövhələr asan mağaza sahibləri cərimələnəcəklər

Norveçin paytaxtında Azərbaycan məktəbi fəaliyyətə başlayıb

Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi

BNA: Nasaz avtomobillər Bakı küçələrində tıxaclar yaradır - FOTO

XİN-in həbsdə olan sabiq idarə rəisi məhkəməyə müraciət etdi

Xırdalanda su olmayacaq

Görünməz, natamam yol nişanları, silinmiş zolaqlar... - Qəza riskini artıran amillər

Argentinada rekord göstərici

Azərbaycanda koronavirusa görə bağlanan bazar açıldı

Dövlət vətəndaşlardan avtomobilləri nə vaxt yığa bilər?

Çempionlar Liqasında pley-offa start verilir

Ukrayna Avropada koronavirusdan gündəlik ölüm sayına görə ikinci yerə çıxdı

Bakının 20 çimərliyində beynəlxalq ekoloji aksiya keçirilib