AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Beyrutdakı partlayışda ölənlərin sayı 73 nəfərə çatdı, 3700 yaralı var - YENİLƏNİB - VİDEO - FOTO

  109

05.08.2020

02:31

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 73 nəfər həlak olub, azı 3,7 min nəfər isə xəsarət alıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Naziri Həməd Həsən deyib.

Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutun limanında güclü partlayış baş verib.

-----------

00:21

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 67 nəfər həlak olub, azı 3,6 min nəfər isə xəsarət alıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Naziri Həməd Həsən deyib.

-----------------

04.08.2020

23:59

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində azı 50 nəfər həlak olub, təxminən 2,7 min nəfər isə xəsarət alıb.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Naziri Həməd Həsən deyib.

Onun sözlərinə görə, ölənlər arasında azı 7 tibb işçisi var, onlarla tibb işçisi isə xəsarət alıb. Nazir əlavə edib ki, ölənlərin və yaralananların sayı arta bilər.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Livan cəmiyyəti bildirir ki, insanların xilas edilməsində təxminən 75 təcili yardım maşını iştirak edir.

----------

23:41

Livanın paytaxtı Beyrutda baş vermiş iki güclü partlayış nəticəsində 30-dan çox insanın həlak olduğu bildirilir.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, hadisə nəticəsində xəsarət alanların sayının 2 mini ötdüyü qeyd olunur.

Xatırladaq ki, partlayışa görə, ölkədə matəm elan olunub. Ətrafdakı yaşayış binalarında sakinlərin çoxu təxliyə edilməyib.

Partlayışların terror aktı olduğu ehtimal edilir.

----------

23:39

Livanın paytaxtı Beyrutda baş vermiş partlayışda ölənlərin sayı 30 nəfərə çatıb.

Bu barədə "Al Haddath" telekanlı ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.

Bildirilib ki, hadisə nəticəsində üç minə yaxın insan da yaralanıb.

Livanın "Al-Kataib" partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb.

Bir qədər əvvəl telekanal Nacaryanın ağır yaralandığını və huşsuz vəziyyətdə olduğunu bildirmişdi.

Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.

----------

23:13

Livanın paytaxtı Beyrutda baş verən

güclü partlayış nəticəsində 30 nəfər ölüb.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Livan cəmiyyəti öz növbəsində bildirir ki, partlayış nəticəsində 2,2 mindən artıq insan xəsarət alıb.

----------

21:42

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bu barədə təhlükəsizlik xidmətləri və səhiyyə xidmətlərindəki mənbələr məlumat verib.

----------

21:07

Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış olub.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrində də hiss edilib. Bəzi evlərə və ofislərə ziyan dəyib. Onlarla insanın xəsarət aldığı deyilir.

"Reuters" agentliyinin yazdığına görə isə partlayış nəticəsində azı 10 nəfər ölüb.

Partlayışın səbəbləri hələ ki, məlum deyil.

Yerli telekanalların bildirdiyinə görə, dəniz limanı ərazisinə raket zərbəsinin endirilməsi istisna deyil. Bəzi mənbələr isə partlayışın pirotexnika anbarında baş verdiyini yazıb.

Demokratikmusavat.com