AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Ermənistanda diaspor siyasətinə məsul şəxslərin vəzifədən azad olunmaları təsadüfi deyil" - Deputat

  133

Erməni diasporunun xarici ölkələrdə azərbaycanlılara qarşı törətdiyi təxribatlar Ermənistan hökumətinin nə qədər aciz durumda olduğunu bir daha nümayiş etdirir.

Demokratikmusavat.com bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın haqq səsini çatdırmaq, işğala, təcavüzə etiraz etmək üçün dinc aksiyalar keçirir. Bu aksiyaların mütəşəkkiliyi, ictimaiyyətin diqqətini çəkməsi erməni icmalarını da narahat edib. "Mənim fikrimcə, burda əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan diasporunun artan gücü, fəaliyyətinin effektivliyi Ermənistan hökumətini də ciddi şəkildə narahat etməyə başlayıb. Ona görə də müxtəlif təxribatlar, zorakı addımlar, hücumlarla soydaşlarımızı çəkindirməyə çalışırlar".

Deputat bildirib ki, bu həm də Azərbaycan diasporunun fəaliyyətində yeni bir mərhələyə keçid dövrüdür. Onun fikrincə, Azərbaycan diaspor təşkilatları müqayisədə xeyli dərəcədə gənc olmasına baxmayaraq, böyük təcrübəyə malik erməni diasporuna qarşı real güc nümayiş etdirə bilir. "Məncə, qarşı tərəfdə qıcıq yaradan əsas məqam da elə bundan ibarətdir. Bu baxımdan, Ermənistanda diaspor siyasətinə məsul şəxslərin vəzifədən azad olunmaları da təsadüfi deyil".

Soltan Məmmədov qeyd edib ki, Azərbaycan diasporunun gücünü artıran iki müham amil var: "Birinci amil ondan ibarıtdir ki, bizim soydaşlarımız haqqı, ədaləti müdafiə edir. Bu aksiyalarda səslənən şüarlar beynəlxalq hüquqa, tarixi ədalətə əsaslanır. İkinci mühüm amil odur ki, xaricdə yaşayan azərbaycanlıların arxasında güclü, dünyada öz sözünü deyə bilən, hər bir soydaşımızın hüquqlarını müdafiə etməyə qadir Azərbaycan dövləti dayanır. Hesab edirəm ki, bu iki amil, Azərbaycan diasporunun fəaliyyətinin effektivliyini artıran əsas məqamlardır".

Milli Məclisin deputatı soydaşlarımızın yüksək vətənpərvərlik, təmkin və səbrlə Azərbaycanın haqq səsini dünyaya çatdıracaqlarına əmin olduğunu bildirib. O, qeyd edib ki, son proseslər Azərbaycan diasporunun təbliğat işində kifayət qədər ciddi və təsirli bir amilə çevrildiyini təsdiq edir.

Demokratikmusavat.com

Xəbər Lenti