AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Əfqanıstanda həbsxanaya hücum: 20 nəfər öldü

  119

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin administrativ mərkəzi Cəlalabad şəhərindəki həbsxanaya hücum nəticəsində azı 20 nəfər həlak olub.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə kamikadze bomba yüklü avtomobili həbsxana yaxınlığında partladıb. Ardınca silahlı şəxslər həbsxana binasına daxil olub. Döyüş səhər saatlarına qədər davam edib. Hücum edən silahlılardan 5-i öldürülüb. Həmçinin həbsxanadan qaçmağa çalışan 700-dək məhbus tutulub.

Cəlalabad şəhərindəki hücum Qurban bayramı günlərinə təsadüf edib. "Taliban" hərəkatı və Əfqanıstan hökuməti bayram zamanı üçgünlük atəşkəs barədə razılığa gəlib. Yerli KİV-lər hücumun məsuliyyətini İŞİD-ə yaxın qruplaşmalardan birinin öz üzərinə götürdüyü barədə məlumatlar yayıb.

Demokratikmusavat.com

Xəbər Lenti