AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Nasistlərə yardım edən Soros: "Mənəviyyatsız insanam" - SOROSUN ETİRAFLARI

  130

Sizi dünyanın bir sıra ölkələrində, məsələn, Tayland, Malaziya, İndoneziya, Yaponiya, Rusiyada çox kəskin və ağır maliyyə böhranları yaratmaqda suçlayırlar. Buna nə deyərdiniz?

Gülümsəyir, söyləyir: "Bu ölkələrin hamısında?! Məni nələrdə suçlamırlar ki...  Mən, sadəcə, pul qazanıram. Fəaliyyətimin insanlar üçün yaratdığı sosial sonuclara baxmıram və bu, məni maraqlandırmır. Dürüst addımlar atmağa çalışıram, amma bəzən əməllərim mənfi nəticələr verir. Bazar oyunçusu kimi qalib gəlmək üçün rəqabətə girişməliyəm. Mənəviyyatsız və mənəviyyatlı Soros - bu, eyni adamdır".

Bu, əslən Macarıstandan olan amerikalı milyarder Corc Sorosun məşhur amerikalı jurnalist, CBS telekanalının "canlı əfsanə"lərindən olan Stiv Kroftun "60 Minutes" proqramında suallarına verdiyi cavablardır. 1998-ci ilin görüntüləridir.

Soros burada nasistlərlə əməkdaşlığını, dünyanın müxtəlif ölkələrindəki maliyyə və iqtisadi böhranlara birbaşa dəxli olmasını, fəaliyyət "motiv"lərini, ən başlıcası isə əməllərinə görə əsla peşman olmadığını etiraf ed ir.

... Corc Sorosun atası Tivadar Soros 1-ci Dünya Müharibəsinə Avstriya-Macarıstan ordusunun tərkibində könüllü kimi qatılmışdı. Ruslara əsir düşüb, Sibirə hərbi əsirlər üçün düşərgəyə göndərilib, qaçıb, Budapeştə qayıdıb. 1923-cü ildə o, esperanto dilində "Müasir Robinzonlar" (Modernaj Robinzonoj) əsərini yazıb.

Sorosun anası - Erzebet Suçdur (Erzebet Szucz). Tivadarla Erzebetin iki oğlu vardı - Pavel (Pol) və Dyoyrd (Corc).

İkinci Dünya Müharibəsi illəri. Alman nasistləri işğal etdikləri ölkələrdə yəhudilərə divan tuturlar. Macarıstanda da eyni vəhşət yaşanır.

O zaman Dyerd olan Sorosun əmisi, əmisinin arvadı və 3 övladı tutulanda, ölüm düşərgəsinə göndəriləndə sonradan "filantrop milyarder" olacaq şəxs əmisinin əşyalarını nasistlərin yük maşınına yükləməklə məşğul idi.

Stif Kroftun Corc Sorosla müsahibəsinin kiçik qismini təqdim edirəm:

Kroft: Siz Macarıstan yəhudisisiniz...

Soros: Hə.

K: ... Holokostdan qurtulan...

S: Hə.

K: ...özünü xristian kimi qələmə verən...

S: Doğrudur.

K: Və siz insanların ölüm düşərgələrinə göndərildiyini görürdünüz...

S: Doğrudur. 14 yaşım vardı. Və deyə bilərəm ki, elə o vaxt xarakterim formalaşdı.

K: Nə mənada?

S: Hər şeyi əvvələ hesablamaq gərəkdir. Təhlükə olanda bunu anlamaq və hadisələri əvvəlcədən təxminləmək gərəkdir. O, çox nəhəng fəlakət təhlükəsi idi. Yəni çox fərdi təhlükə hissi...

K: Belə anlayıram ki, qohumunuzun sayəsində, onun xaç övladı olduğunu deyərək qurtuldunuz.

S: Hə, hə...

K: Xilas oldunuz və sonra da yəhudilərin axtarışlarında, onların əmlaklarının ələ keçirilməsində nasistlərə yardım etdiniz.

S: Hə, doğrudur. Hə.

K: Məncə, belə əməlləri çox insanı uzun illər boyu psixiatrik klinikaya salırdı. Sizə çətin deyildi?

S: Yox, əsla yox. Yəqin uşaq idim, nə etdiyimi tam anlamırdım. Heç bir problem hiss etmirdim.

K: Heç bir günah hissi də?

S: Yox.

K: Məsələn, "yəhudiyəm və yəhudilərin aparıldıqlarını görürəm. Mən orada, onların yerində ola bilərdim". Belə hiss olubmu?

S: Təbii ki, o tərəfdə ola bilərdim və ya əşyaları müsadirə edilənlərdən biri olardım. Fəqət, bunu müzakirə etməyin mənası yoxdur. Çünki kobud desək, hər şey bazardakı kimidir - əgər orada olmamışamsa, bunu etməzdim, amma bunu kimsə başqası edəcəkdi və istənilən halda əşyalar yəhudilərin əllərindən alınacaqdı.

Orada olub-olmamağımdan heç nə asılı deyildi. Məndən heç nə asılı deyildi. Ona görə özümü günahkar hiss etmirəm".

Dyord və ya Corc Soros yəhudilərə divan tutulan, Holokostun gerçəkləşdirildiyi dönəmləri aramla, sakitcə xatırlayır. Sanki adi yeniyetməlik xatirələri kimi.

Və nasistlərə yardımlar etdiyini də etiraf edir.

Cəsarət, tolerantlıq, açıqlıq deyil bu etiraflar. Soros əla bilir ki, onu kimsə təqib etməyəcək, kimsə onu məsuliyyətə cəlb etməyə çalışmayacaq.

"Mənəviyyatsızam" deyərək az qala bununla fəxr də edir: eyni zamanda "mənəviyyatlı" olduğunu vurğulayaraq.

Belələrinə inananlar, onların "xeyriyyə" və "inkişaf" sözləri ilə bəzədikləri proqram ssenarilərinə vint, fiqur, marionet qismində qatılanlar virusdur.

Dünyanın çeşidli ölkələrinin iqtisadiyyatına və maliyyə sisteminə kənardan müdaxilələr edən, müxtəlif ölkələrdə "rəngli inqilab" adı ilə çevriliş ssenarilərini gerçəkləşdirən məhz Corc Sorosdur.

Öz adını verdiyi fond və "Açıq Cəmiyyət İnstitutu" adlı struktur vasitəsilə hədəf seçdiyi ölkələrin hakimiyyətlərinə kobud təzyiqlər göstərməyə can atan, "insan haqları, söz azadlığı və vətəndaş cəmiyyəti" ifadələri ilə pərdələnmiş ssenarilərlə müstəqil siyasət yürüdən dövlətləri "ram" etməyə çalışan da Sorosdur.

Virus orqanizmə hücum çəkəndə anlamır ki, "uğur" qazananda o da orqanizm təki, zəifləyəcək. Və ya tam tərsinə: orqanizm virusun öhdəsindən gələcək, onu məhv edəcək.

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti

Günün qoroskopu: daha neytral işlə məşğul olun

Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək – AzTV-nin efirində Qarabağ MÜZAKİRƏSİ

Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb

Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlandı

Prezident İlham Əliyev: "Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, biz niyə beynəlxalq hüququ gözləməliyik?!"

Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb - FOTO

"Paxıl olmayın, qurdlar sizi yeyər" - FOTO

Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib

"Genoa"da iki yeni transfer

ABŞ-Rusiya-Çin "geosiyasi üçbucağı": risklər və təhlükələr

""Əsrin müqaviləsi" Azərbaycanın gələcək inkişafına və müstəqilliyin əbədi olmasına töhfə verən ən böyük tarixi sənəddir" - Deputat

Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı

"Çox ağır vəziyyətdə məni Türkiyəyə çatdırdılar"

Ronaldu ilin ən yaxşısı seçildi

SEPAH-ın komandanı: “Qasım Süleymaninin qisası mütləq alınacaq”

Azərbaycan gələcəyə ümidlə baxır, strateji hədəflərinə doğru səbrlə, qətiyyətlə addımlayır

İranda koronavirusdan ölənlərin sayı 24 min nəfəri keçdi

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir"

Vergidən 8 milyon 396 min manat yayındıran şirkət rəhbərinin istintaqı yekunlaşdı

Yoluxanlarla bağlı bu günə olan statistika

"Belə şəxslər pensiya alsalar da..."

Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub

Azərbaycan neftinin qiymətləri dəyişdi

SOCAR yeni inkişaf strategiyasının prioritetlərini açıqladı

FHN əməkdaşına müqavimət göstərən şəxsin işi məhkəməyə göndərildi

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edilib - FOTO

Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyə ediləcək

Əmisinin evində narkotik yetişdirən şəxs saxlanıldı - FOTO

Çay haqqında bilmədiklərimiz

Türkiyəli zabit Azərbaycanda hərbi qərargaha buraxılmayıb? - Rəsmi cavab

ABŞ-da silahlı insident: 2 nəfər ölüb, 14 nəfər yaralanıb

""Qarabağ"a olan inamım dəyişməyib" - Tahir Gözəl

"Hələ də səni sevməyim məni məhv edir" - Boşanan Ayseldən səmimi etiraf

"Qəbələ"dən ayrılan yarımmüdafiəçi Polşa klubunda

Hansı halda işçiyə əmək kitabçasının dublikatı verilməlidir?

"Liverpul" Dembeleni icarəyə götürmək istəyir

Prezident İlham Əliyev: ""Abşeron" qaz-kondensat yatağının yeni mərhələsi başlayır"

Kürdəmirdə qazsız abonent qalmadı - FOTO

Levandovski dələduzluqda ittiham olunur

Vilayət Eyvazovdan rəis təyinatı

Prezident İlham Əliyev: "Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir"

Əhəd Abıyev milyonluq mülklərinin olması iddialarına cavab verdi

Qida əlavələrinin idxalı ilə məşğul olan sahibkarlarla görüş olub

Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib

Rusiyada son sutkada 6 065 nəfər COVID-19-a yoluxub

İranın Şərqi Azərbaycan vilayətində koronavirus xəstələrinin sayı artıb

“Milan” “Fulhem”dən yarımmüdafiəçi alır

"Onlar üçün nə Yaqublunun, nə də bir başqasının həyatının heç bir dəyəri yoxdur"

Magistraturaya plan yerlərinin 85 faizi dolub

İquainin yeni klubu müəyyənləşdi - RƏSMİ

Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

Ermənistanda 244 yeni yoluxma

Ronaldu mükafatlandırıldı

"Telegram"ın işində qüsurlar yaranıb

Azərbaycanlı aparıcı gözəllik salonunda müştəri ilə dava edib, onu qovdu - İDDİA - FOTO

Təbii qaz bahalaşıb

Ailədə mübahisə qanla bitdi: qadın bıçaqlandı

Müdafiə Nazirliyində müşavirə: Ordu sərt cavab tədbirlərinə tam hazırdır

DTX ölkənin tanınmış şəxslərinin xarici dövlətə "işləmələri" ittihamları ilə bağlı məlumat yaydı

"Real"ın yeni 11 nömrəsi

Cəbhə bölgəsində işsizlər üçün kiçik təsərrüfatlar qurulur - FOTO

Azərbaycan bostan bitkilərinin ixracını artırır