AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Bəhanə "generatorları", Yaxud erməniyə "dayı" deyənlər...

  126

Dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycanda da "beşinci kolon" nümayəndələrinin missiyası təkcə ölkə daxilində pozucu fəaliyyətlə məşğul olmaqla, himayəsində olduqları xarici dairələrin maraqlarına uyğun təbliğat aparmaqla, siyasi qüvvələr arasında ziddiyyətləri dərinləşdirməklə, cəmiyyəti qütblərə bölməklə yekunlaşmır. "Beşinci kolon" həm də bu və ya digər ölkəyə qarşı təzyiq mexanizmlərinin işə salınmasına zəmin yaradan klassik "bəhanə generatoru"dur. Bu baxımdan, hər dəfə ölkəmizə qarşı hansısa təxribat kampaniyasına rəvac verilməzdən öncə, "beşinci kolon"un maksimal aktivliyinin şahidi oluruq. Mexanizm isə çox sadədir: Sifariş verilir, təxribat qrupları işə salınır, Azərbaycanda guya kimlərəsə qarşı təzyiqlərin həyata keçirildiyi barədə sosial şəbəkələr və əsasən ölkə xaricində fəaliyyət göstərən media qurumları üzərindən göydəndüşmə "fakt"larla zəngin təbliğat kampaniyasına başlanılır, ən müxtəlif ağırlıq dərəcələrində cinayət törətmiş şəxslərə "siyasi məhbus diplomları" paylanılır və "Human Rights Watch", "Amnesty international", "Sərhədsiz reprtyorlar" və digər bu kimi geosiyasi təzyiq mexanizmləri kimi yaradılan təşkilatların böhtan və qarayaxmadan ibarət "hesabatlar" hazırlamaları, öz donorlarının maraqlarını ifadə edən bəyanat və açıqlamalar yaymaları üçün bəhanə bazası yaradılır. 

Amma ölkəmizdəki "beşinci kolon" təmsilçilərini öz xarici "həmkarlarından" "fərqləndirən" çox önəmli bir cəhət var. Bu da açıq-aşkar işğalçı Ermənistanın yanında yer alan, Azərbaycanı zəiflətməyə, gücdən salmağa, təslimçiliyə sövq etməyə çalışan bəzi beynəlxalq təşkilatları təmizə çıxarmaq üçün fantastik iddialarla öz ölkələrinə qara yaxmaq cəhdidir. Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində Ermənistanın sərhəd təcavüzünə qarşı keçirdikləri etiraz aksiyasından və ermənilərin həmvətənlərimizə qarşı törətdikləri vəhşiliklərdən sonra bu tendensiya daha qabarıq nəzərə çarpır. Belə ki, son günlər Azərbaycanın qeyri-hökumət təşkilatlarının, hüquq müdafiəçilərinin bəzi beynəlxalq qurumları, o cümlədən rəhbərliyində erməni əsilli və erməni sevdalı Sara Li Uiston kimi şəxslərin təmsil olunduğu "Human Rights Watch" kimi təşkilatları erməni diasporunun təmsilçilərinin həmvətənlərimizə və diplomatik nümayəndəliklərimizə qarşı həyata keçirdikləri zorakılıq və vandalizm aktlarını pisləməyə çağırmaları "beşinci kolonu" yenidən hərəkətə gətirib. Və onlar Azərbaycan QHT-lərinin, ictimai fəalların ermənilərin vəhşilikləri ilə bağlı beynəlxalq təşkilatlara ünvanladıqları müraciətlərdən diqqət yayındırmaq üçün dəridən-qabıqdan çıxmağa başlayıblar. Azərbaycanlıların ermənilərin cinayətkar əməlləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanladığı andan, heç bir əsas və fakt olmadan, Azərbaycan vətəndaşlarının dövlət və orduyla həmrəylik nümayişindən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan, ölkə parlamentinin binasına daxil olaraq vandalizm aktları törədən, polis maşınının aşıran, dövlət əleyhinə zorakılıq əməllərinə çağırışlar edən və bu səbəbdən prokurorluq orqanları tərəfindən istintaqa cəlb olunan şəxslərə, o cümlədən Fuad Qəhrəmanlıya "təzyiq göstərildiyi",  "işgəncə verildiyi" barədə uydurma iddialar körüklənir. İddia olunur ki, guya istintaq prosesində Əli Kərimli adlı klassik avantüristin əleyhinə ifadə almaq üçün şübhəli şəxs kimi istintaqa cəlb edilən şəxlərə qarşı hüquqa zidd əməllər törədilir. Təbii ki, öncədən qeyd etdiyim kimi, ortalıqda hər hansı bir fakt yoxdur, yalnız feyk xəbərlər əsasında hazırlanmış təbliğat materialları var. Məqsəd isə uzun illər boyu himayələrinə sığındıqları, nüfuz müvəkkilliklərini etdikləri təşkilatları Azərbaycanlıların erməni vəhşilikləri ilə bağlı haqlı tələblərinə cavab vermək "əzab"ından xilas etməkdir. 
Xatırlayırsınızsa, eyni bəhanə mexanizmləri Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindən həyata keçirdiyi hərbi təxribata qarşı, Avropada, Amerikada, dünyanın dörd bir yanında həmvətənlərimizin təşkil etdiyi etiraz aksiyalarına ermənilərin aqressiv, cinayət tərkibli müdaxilələri zamanı da işə salınmışdı. Həmin vaxt "beşinci kolon"un xaricdəki təmsilçiləri - Sevinc Osmanqızı, Arif Məmmədov, Məhəmməd Mirzəli və digərləri azərbaycanlıların öz ölkələrinin, xalqlarının maraqlarından çıxış edərək, Ermənistanın bitmək bilməyən işğalçılıq siyasətinə, hərbi təxribatlarına qarşı keçirdikləri dinc etiraz aksiyalarına ermənilərin vəhşi müdaxilələrini pisləmək əvəzinə, Azərbaycan dövlətini ittiham etməyə, erməniləri təmizə çıxarmağa başlamışdılar. Və iddia edirdilər ki, guya bu aksiyaları Azərbaycan hökuməti təşkil edib ki, vətənlərini sataraq xaricə sığınan bu xəyanət dağarcıqlarına qarşı baş verə biləcək hər hansı bir hadisənin məsuliyyəti ermənilərin üzərinə atılsın. Əslində bu sözün bitdiyi yerdir. Simasızlığın, riyakarlığın, vətənə xəyanətin ən son həddidir. Azərbaycan xalqının qanına susayan, hər an izimizi tarixi torpaqlarımızdan silməyə hazır olan ermənilərin təmizə çıxarılmasına cəhd göstərməkdən, qarşılığında xalqının haqlı mücadiləsinin yanında yer alanları suçlamaqdan böyük ləyaqətsizlik yoxdur, ola da bilməz. Doğrusu, mən hər kəsdən yüksək milli təəssübkeşlik hissi də gözləmirəm. Söhbət torpaqlarının 20 faizi işğal altında olan, bir milyon insanı öz yurd-yuvasından didərgin salınan, etnik təmizləməyə, soyqırıma məruz qalan bir xalqın haqlı mücadiləsinə, dünyadan ədalət tələbinə olan insani münasibətdən gedir. Son hadisələr göstərdi ki, bu adamlar təkcə Azərbaycan xalqının bir parçası kimi deyil, həm də insan olaraq bitiblər.  

Elçin Mirzəbəyli

Demokratikmusavat.com

Xəbər Lenti

Şagirdlər arasında yoluxma artır, məktəblər yenidən bağlana bilər - TƏK ÇIXIŞ YOLU ...

Küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü… - Azərbaycanlı rejissorun həyat hekayəsi - FOTO

"Qarabağ"ın "Legiya" ilə oyun üçün heyəti

Bu yolda hərəkət məhdudlaşdırılır

Xaricdən sifariş verənlərin nəzərinə! - VİDEO

Fermerlərə şad xəbər: gübrənin qiyməti ucuzlaşdı

COVİD 19-u digər infeksiyalardan fərqləndirən 4 əlamət

Məktəblərdə COVİD-19 təhlükəsi - Xroniki xəstəliyi olan şagirdlərə həkim tövsiyələri

Simeone koronavirusdan sağaldı

Ermənistanda rekord yoluxma

Qlobal çağırışlar və Azərbaycanın baxış bucağı

Fəxrəddin Manafov evə buraxıldı - FOTO

"Təkmilləşdirilmiş BMT sisteminə böyük ehtiyac var"

552 vakant direktor vəzifəsi müsabiqəyə çıxarılacaq

Parisdəki bıçaqlı hücumu terror aktı adlandırdı

Azərbaycan neftinin qiyməti artıb

Baş Prokuror və Hərbi Prokuror cəbhəboyu zonada - FOTO

XİN-in həbsdə olan daha bir sabiq əməkdaşı ev dustaqlığına buraxıldı

Gürcüstanda yoluxma sayı 300-ə yaxınlaşır - Növbəti antirekord

Ermənilər və onların havadarları sosial şəbəkələrdə yalan məlumatlar yayır - FOTOFAKT

Fəxrəddin Manafovun xəstəlik xəbərinə “Təhminə”dən reaksiya

XİN-in sabiq şöbə rəisi də ev dustaqlığına buraxıldı

"Bu yalan informasiyalar ölkəmizin imicinə mənfi təsir etməyə hesablanıb"

Türkiyə hökuməti: Paşinyanın Azərbaycan və Türkiyənin ünvanına səsləndirdiyi bəyanatlar dünya ictimaiyyətini aldatamaq cəhdidir

Gədəbəydə ər arvadını öldürüb, evdən qaçdı - Prokurorluq məlumat yaydı

“Abituriyent” jurnalının 8-ci nömrəsi çapdan çıxıb

Rusiyadan gətirilən məhsullarda koronavirus aşkarlandı

Bu ölkə beynəlxalq uçuşları bərpa edir

“Ankara və Afina mübahisəli məsələlərin həllini tapa bilərlər”

Azərbaycanda əhali pullarını daha çox hara xərcləyib?

Xarkovda matəm elan olundu

"Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz"

İran ABŞ-a qarşı sanksiya tələb edir

"Səbail" "Sabah"a, "Keşlə" "Zirə" yə qarşı

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadıldı

Trampdan İran açıqlaması: Qalib gələrəmsə...

Azyaşlı uşağı qorumaq istəyən qardaşlar beşbarmaqla döyüldülər

Cəbhədə silahlar susmur - Növbəti düşmən təxribatı

Evə girən oğrular ər-arvadı bıçaqlandılar

XİN-in həbsdə olan iki əməkdaşı məhkəməyə müraciət edib

Bakının küçələri yenidən dezinfeksiya edildi

Kolumbiyada koronavirusdan ölənlərin sayı 25 min nəfəri ötdü

Sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur?

İblislərin “göstərişi” ilə anasının başını kəsdi

"Huawei" şirkətinin ərazisində yanğın olub, ölənlər var

Gəncədə orta yaşlı kişi bıçaqlanıb

Bakıda kafedə yanğın baş verib - FOTO

"İnter"dən "Sampdoriya"ya

Ərdoğan və Dodon əməkdaşlığı müzakirə ediblər

ABŞ-da koronavirusa yoluxanların sayı 7 milyon nəfəri ötdü

Yaponiyada sahillərində 5,1 bal gücündə zəlzələ olub

Ermənistanda müxalifət lideri Qagik Tsarukyan həbs olunub

Günün qoroskopu: emosiyalara uymayın, düşünülməmiş addımlar atmayın

Vyanada kafe və restoranlarda bütün müştərilər icbari şəkildə siyahıya alınacaqlar

Böyük Britaniyada koronavirus pandemiyasının yayılmasını izləyən yeni elektron tətbiq istifadəyə verilib

Onlarla balina ölü tapıldı - VİDEO

Avqustda Latviyada işsizlik səviyyəsi azalıb

Qolunu pəncərədən çıxaran sürücünün BİLƏYİ QOPDU

Britaniyada koronavirusa ən yüksək gündəlik yoluxma halı qeydə alınıb

10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib

"TRT World" Ermənistan-Azərbaycan münaqişəsi haqqında film yaydı - VİDEO

İsrail xaricə uçuşları dayandırdı

Baş Prokurorluqda videokonfrans keçirilib

İki azyaşlı uşağının ƏXLAQSIZ GÖRÜNTÜSÜNÜ çəkib internetdə PAYLAŞDI - VİDEO

Norveç kralı xəstəxanalıq oldu

İlin sonunadək məcburi köçkünlər üçün daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi

Türkiyədə koronavirusdan sağalanların sayı 273 min nəfəri ötüb

Tunel qazıb həbsxanadan QAÇDILAR - VİDEO - FOTO

Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib

Yol nişanı dirəyinə çırpılan POLİS ÖLDÜ - VİDEO

Pandemiya dövrünün tələblərinə əməl etməyən 128 mehmanxana aşkarlanıb

Bu ölkədə metronu SU BASDI - VİDEO

“Yüksəliş” müsabiqəsi növbəti vebinar təşkil edib

İstixanalar borclarını ödəməyə başlayıb - "Azəriqaz"

Türkmənistanda parlament ikipalatalı olacaq

Təhsil Nazirliyi direktor olmaq istəyənlərə müraciət edib

Fransanın dövlət borcu rekord həddə çatıb

"Torqovı"da tavanı çökmüş bina bərpa edildi

Romada ictimai nəqliyyat işçiləri tətil edib - Şəhərdə hərəkət iflic olub

Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıb

Ermənistanda kənd sakinləri "Qazprom"un əməkdaşlarına hücum edib

Kirkorov azərbaycanlı müğənnini "Eurovision"a göndərmək istəyir

Bakıda piyada səkisi inşa edilərək sakinlərin istifadəsinə verilib - FOTO

Ədliyyə Nazirliyi: Bu il 2 minə yaxın məhkum vaxtından əvvəl cəzadan azad olunub

"Koronavirus qlobal pandemiya elan olunan ilk gündən Azərbaycanda məhz insanların sağlamlığı önə çəkildi"

Zahirimdəki dəyişiklik tamaşaçıya qəribə gəlir" - Samirə Mustafayeva

Dünyada hər 5 dəqiqədən bir 100 nəfər AXOX-dan ölür

Bu ölkələr COVID-19-un ikinci dalğasının başladığını elan edib

“Sən "Barselona"dan qovulmağa layiq biri deyildin” - Messidən etiraz

"Bir aydır şikayət etmişəm...” - Əməkdar artist

"Barselona"ya qayıtmaq istəyirəm" - İnyesta

Ölkə üzrə 104 min uşaq məktəbəhazırlığa cəlb ediləcək

İnsult keçirən Ağakərimin son halı - VİDEO

İranda 207 nəfər koronavirusdan ölüb

İpoteka girovlarının qiymətləndirilməsi ilə bağlı müzakirələr aparılıb

Daha bir ölkədə ikinci dalğa başladı

Ünvanlı dövlət sosial yardımlarını alanlara şad xəbər

Kim Çen In üzr istədi

“Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib - FOTO

“Oğlum dilə gəlib deyir ki, ailəmizdən danışma” - VİDEO

Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı

Bakıda bəzi hotellər fəaliyyət göstərmir - SƏBƏB

MilliÖn terminallarında ödəmə problemi - Müştəri vəsaiti necə geri ala bilər?

Sentyabrın 28-də manatın dollara qarşı məzənnəsi

Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə ölkə birincisi oldu

Yoluxma statistikasında kəskin artım baş verərsə, obyektlərin fəaliyyəti... - AQTA-dan daha bir açıqlama

Açıq havada toy və yas mərasimlərinin təşkilinə niyə icazə verilmir? - AQTA açıqladı

TV rəhbəri koronavirusdan vəfat etdi

Daha 3 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi - FOTO

Vüqar Rəhimzadə: Bu gün BMT TŞ-nin qətnamələrinin reallaşdırılmasında ikili standartlar mövcuddur

Türkiyədə texnologiya festivalı - FOTOSESSİYA

“100-150 nəfərlik toyların keçirilməsinə icazə verilə bilər” - VİDEO

Təhsil Nazirliyi xaricdə təhsil alan vətəndaşlara müraciət edib

Qazaxıstanlı politoloq: "Azərbaycan türkdilli dünyanın qarşılıqlı münasibətlərində vacib halqadır"

“Charlie Hebdo”nun keçmiş binasında bıçaqlı hücum - 4 yaralı

Daha 13 məktəblidə koronavirus aşkarlandı

Ziyafət Əsgərov: Ermənistan təxribatçı əməlləri ilə regionu ciddi təhlükə qarşısında qoyur

Bir ay əvvəl “Barselona”ya gəldi, indi narazıdır

“Berliner Press” nəşri Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasındakı ümumi debatlarda çıxışı barədə məlumat dərc edib

"Məsuliyyətin bir hissəsi həmsədrlərin, bir hissəsi də BMT-nin üzərinə düşür"

Bakıda 27 136 uşaq məktəbəhazırlıq qruplarına gedəcək

Dağlıq Qarabağda COVID-19-a yoluxanların sayı 400-ü ötüb