AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Bolqarıstan deputatı: "Ermənistanın son təxribatçı hərəkətləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mane olur"

  88

Ermənistanın son təxribatçı hərəkətləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə davam edən danışıqlar prosesinə mane olur.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bu Bolqarıstan parlamentinin Azərbaycan-Bolqarıstan Dostluq Qrupunun sədri Həmid Həmidin Azərbaycan Milli Məclisinin Azərbaycan-Bolqarıstan Parlamentlərarası İşçi qrupunun rəhbəri Rauf Əliyevə göndərdiyi məktubda deyilir.

Məktubda bildirilir: "Son vaxtlar beynəlxalq ictimaiyyət bu dəfə Azərbaycanın beynəlxalq sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan və Azərbaycan arasında gərginliyin artmasının şahidi olmuşdur. Bolqarıstan Respublikasının 44-cü Xalq Məclisinin Azərbaycan-Bolqarıstan Dostluq Qrupunun sədri qismində Ermənistan ordusu tərəfindən 12-14 iyul 2020-ci il tarixində törədilmiş hərbi təxribatı qətiyyətlə qınayıram.

Son təxribatçı hərəkətlər Azərbaycan və onun Avropalı tərəfdaşları tərəfindən həyata keçirilən Şərq-Qərb nəqliyyat dəhlizi və Cənub Qaz Dəhlizi enerji layihələri üçün təhdid olaraq dəyərləndirilməlidir. Həmin layihələr Bolqarıstan da daxil olmaqla Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu təxribat nəinki regionun, eləcə də bütünlükdə Avropa qitəsinin enerji təhlükəsizliyi və iqtisadi faydalarını təhlükə altına qoymaq məqsədi daşıyır. Bu baxımından hesab edirəm ki, bu həyati vacib dəhliz Bolqarıstan da daxil olmaqla, Aİ ölkələrinin maraqlarının təmin olunması baxımından olduqca vacibdir.

Ermənistanın son təxribatçı hərəkətləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə davam edən danışıqlar prosesinə mane olur. Beynəlxalq hüququn fundamental norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (S/RES/822, S/RES/853, S/RES/874, S/RES/884)və 2015-ci il Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni rəhbər tutaraq, BMT, ATƏT, Avropa Şurasının etibarlı üzvü və Aİ və NATO-nun hörmətli tərəfdaşı kimi Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığını tamamilə dəstəkləyirəm. Həmçinin Aİ Xarici İşlər Nazirləri Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı üzrə siyasəti ilə bağlı nəticələrini xatırlatmaq istərdim ki, bu da "ortaq demokratiya, rifah və sabitlik sahəsi qurmaq üçün ortaq öhdəliyi" bir daha təsdiq etmişdir. Bu, Helsinki Yekun Aktı və ATƏT-in Paris Xartiyasının prinsiplərində qeyd edildiyi kimi, beynəlxalq qayda, beynəlxalq hüquq, xüsusilə ərazi bütövlüyü, müstəqillik və suverenliyə əsaslanan qaydalara ortaq öhdəliyimizi təsbit edir.

Eyni zamanda xatırladıram ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri (S/RES/822, S/RES/853, S/RES/874, S/RES/884) erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğal siyasətini və onun sərhəddə törədilmiş təxribatçı hərəkətlərini kəskin şəkildə qınamalıdır. Vəziyyətin yeni müharibə ocağına çevrilməsinin qarşının alınması məqsədilə beynəlxalq ictimaiyyət bu problemə mümkün qədər tez bir zamanda müdaxilə etməlidir.

Azərbaycan Respublikası ilə həmrəyliyimi ifadə edir və beynəlxalq tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini səbirsizliklə gözləyirəm.
Bundan əlavə, həlak olmuş şəxslərin ailələrinə baş sağlığı bildirir və yaralananlara şəfa diləyirəm".

Demokratikmusavat.com

Xəbər Lenti

"Fənərbağça"dan növbəti transfer

"Bezmişəm, heç kim vecimə deyil" - Aysel boşanması haqda - FOTO

Parisdə maska taxmaq məcburi olacaq

ABŞ-da atışma: ölən var

Avropa Liqasında həftənin ən yaxşısı seçildi

ABŞ-da prezidentliyə namizədi yarasa dişləyib

Norveç millisinin ulduzu "Qalatasaray"da

"Gözəl qadın deyiləm..." - Roza Zərgərli

“Sileks”in baş məşqçisi: ""Qarabağ" qarşılaşmanın aşkar favoritidir"

Günay diqqət çəkən köynəyindən danışdı: "Əvvəllər azərbaycanlı kişilər... " - FOTO

“Qarabağ”ın rəqibini yaxından tanıyaq

Britaniyanın miqrantlara qarşı yeni mübarizə üsulu...

Kavaninin yeni klubu müəyyənləşdi

Rusiyada daha 77 nəfər koronavirusdan öldü

Azərbaycanda əsgərlər ilk dəfə belə and içdilər - FOTO

Lukaşenko: "Belarusda xaos olmayacaq"

“Köln” klubunun iki futbolçusu koronavirusa yoluxub

Sabahdan Maştağa sakinləri "BakuBus" avtobusları ilə gedib-gələcəklər

Qurban Qurbanov: “Rəqiblə durumumuz eynidir”

Bill Geyts “TikTok” anlaşmasını “içi zəhər dolu stəkana” bənzətdi

Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər bilindi

ABŞ kəşfiyyatı: “Rusiya Trampın, Çin isə Co Baydenin prezident olmasını istəyir”

Velosiped oğrusu tutuldu

“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - FOTO - VİDEO

İranda güclü zəlzələ olub

Toylarsız qalan meyxanaçı Vüqar Əbdülov "maklerliyə" başladı - FOTO

Çimərliklərdə bugünkü vəziyyət - Yenə sıxlıq - FOTO

Avropa Liqasında mövsümün ilk püşkü atıldı

Belarus MSK: Belarusda prezident seçkiləri baş tutub

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atıldı

Levandovski 4-cü oldu

Ermənistanda daha 225 nəfərdə koronavirus aşkarlandı

“Daha pis olacağını gözləyirdim”

Rasim Balayevin 72 yaşı tamam oldu - FOTO

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi

Belarusda prezident seçkilərində seçicilərin fəallığı 45,33% olub

"Yuventus" Sarriyə təzminat ödəyəcək

Meksikada koronavirusdan ölənlərin sayı 51 mini ötüb

Arzu Nağıyev: "Belarusda keçirilən prezident seçkilərində səsvermə qanunvericiliyə uyğun şəkildə gedir" - FOTO

Bakıda tanımadığı yeniyetməyə qarşı quldurluq edən 30 yaşlı İslamın gülünc motivi: "Dedi polisə şikayət etsən, səni tapıb öldürəcəm"

Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər - FOTO - VİDEO

Lukaşenko səs verdi

"Arsenal"da mövsümün futbolçusu müəyyənləşdi

"Qlyukoza" 3 illik deportasiya olundu

Alimlər hazırladıqları koronavirus peyvəndini öz üzərlərində sınaqdan keçirdilər

Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

"Başakşehir"də yeni transfer

İstanbulda avtobus qəzaya uğradı: 5 ölü, 26 yaralı - VİDEO

ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan YENİ PROQNOZ

Hindistanda oteldə yanğın: 7 nəfər ölüb - VİDEO

Suraxanıda qardaşını öldürən şəxs saxlanıldı

Azərbaycan-Türkiyə təlimlərində xüsusi təyinatlılar - FOTO - VİDEO

Arye Qut: "Ermənistanda faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib"

Gürcüstanda 9 yeni yoluxma...

Tovuzda bıçaqlanan qadın öldü

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda avtobuslar üçün zolaqların təşkili ilə bağlı təklif hazırlanıb, 5 əlavə ekspress xətt istifadəyə veriləcək

Çində koronavirusa 23 nəfər yoluxub

Çexiyada güclü yanğın: 11 nəfər öldü, 3-ü uşaqdı

"İldə 100 min dollardan az qazananlar üçün əmək haqqı vergisi ilə bağlı vergi tətilləri elan edirəm"

Livanın baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib

Kanadada tornado 2 nəfərin ölümünə səbəb olub

Çempionlar Liqasının 1/4 finalçıları bilindi - "Bavariya" "Barselona"ya rəqib oldu"

Braziliyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb

Belarusda prezident seçkiləri başlayıb

Cəbhədə son vəziyyət: mövqelərimiz pulemyotlardan və snayperlərdən atəşə tutuldu

Beyrutda iğtişaşlar: 728 nəfər yaralandı

Qazaxıstanda daha 872 nəfər koronavirusa yoluxub

"Payızın sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi qalacaq"

Moskvada koronavirusdan daha 12 nəfər öldü

Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib

Mingəçevirdə birmərtəbəli ev yanıb

Maurisionun biri gedir, biri gəlir – “Yuventus” Poçettinoyla danışıqlara başlayır

Beyrutda nümayişçilər XİN binasına girdilər, 130 yaralı var