AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Həqiqəti və əxlaqı tamaha qurban verənlər: Sara və komandası əslində kimdir?

  79

Avropada yəhudilərin ən çox təqib olunduğu, özlərini narahat hiss etdikləri, antisemitizmin ən geniş vüsət alaraq iyrənc formalara düşdüyü ölkə var. İsraili və Azərbaycanı sürəkli tənqid edən, amma terrorizmi dövlət siyasətinə çevirmiş işğalçı və aqressiv Ermənistanı inadla görməyən təşkilat var.

Bu, Qərb demokratiyasının, xüsusilə də "insan haqlarının müdafiəsi və demokratik dəyərlərin dəstəklənməsi" ilə məşğul olduqlarını vurğulayan, fasiləsiz bəyan edən beynəlxalq təşkilatlar çoxüzlü, yalançı, merkantil maraqlar güdən strukturlardır.

... Fransada yəhudilərə qarşı təqiblər, antisemitizm elə bir dözülməz həddə çatıb ki, Ümumdünya Sionist Təşkilatı (World Zionist Organization, WZO) İsrailin hakimiyyət dairələrinə "Təcili Təlxiyyə Planı" təqdim edib.

Plan Fransadakı təxminən 50 min yəhudinin ən qısa müddətdə, 500 min yəhudinin isə bundan sonrakı bir neçə ildə ölkədən çıxarılmasını nəzərdə tutur.

İsrailin immiqrasiya və absorbsiya naziri Pnina Tamano-Şataya Fransadakı yəhudilərin İsrailə köçürülməsi ilə bağlı planı artıq təqdim edib.

WZO-nun baş direktorunun müavini Yakov Haqoelin dediyinə görə, Fransadakı yəhudilər ölkəni tərk edərək dünyanın başqa dövlətlərinə mühacirət edə bilərlər: "İsrail isə əlindən gələni etməlidir ki, həmin yəhudilər İsrailə yollansınlar. Fransadakı yəhudi icması İsrailə böyük xeyir verə bilər. Fransada vəziyyət günbəgün ağırlaşır. İqtisadi vəziyyət pisləşir, antisemitizm artır, ölkədə ekstremistlər və radikal "cihadçı"ların sayı çoxalır".

Fransada antisemitizm o həddə çatıb ki, sosial şəbəkələrdə artıq koronavirus pandemiyasının belə "yəhudilərin əməli" olduğu vurğulanmağa başlayıb.

Ölkənin sabiq səhiyyə naziri Anyes Buzinin karikaturasında isə o, böyük və donqar burunla çəkilib. Buzinin yəhudi olduğuna bu minvalla işarə vuran rəssam onu su quyusuna zəhər tökən qadın kimi təsvir edib.

Qondarma "erməni soyqırımı"nı rəsmən tanıyan, erməni diasporunun təsirinin daxili siyasətə və ictimai həyata təsirinin az olmadığı Fransada yəhudilərin yaşamı budur.

O ölkədə ki, dünyanın az qala bütün başqa dövlətlərinə "demokratiya və insan haqları dərsləri" keçməyi siyasi məşğulluğun bir növü sayır.

Yəhudilər bunu gözəl bilirlər.

Məsələn, Corc Meyson Universiteti nəzdindəki Skaliya Hüquq Məktəbinin (George Mason University's Scalia Law School) hüquq professoru, Yerusəlimdəki Kohelet Forumun əməkdaşı, konstitusion və beynəlxalq hüquq üzrə tanınmış ekspert, ərəb-İsrail münaqişəsi üzrə təhlillərin müəllifi Yevgeni Kantoroviç də bunu deyir.

...İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin salınmasına və tikilməsinə qarşı çıxan "fəallar", sən demə, Dağlıq Qarabağda erməni işğalçılarının yerləşdirilməsini dəstəkləyirlər.

İfrat sol-radikal "Code Pink" qeyri-hökumət təşkilatı bu işdə xüsusilə fərqlənir.

Bu təşkilatın əsas məqsədlərindən və fəaliyyət istiqamətlərindən biri ABŞ-da, habelə dünyanın müxtəlif ölkələrində İsrail əleyhinə yürüşlər, mitinqlər, aksiyaların keçirilməsi, habelə ölkələrin İsraili boykot etməyə çağırmasıdır.

"Pink Code"un aksiyalarından biri "İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin inşasını dəstəklədiyi üçün" məşhur "Ahava" şirkətinin istehsal etdiyi kosmetik məhsulların boykotuna çağırışdır.

Maraqlı odur ki, "Pink Code"un bu kampaniyasının təşəbbüskarı, təşkilat  mənsublarını "ruhlandıran" adam erməni Nensi Kirkoryandır. Kirkoryan Azərbaycan ərazisi olan Dağlıq Qarabağda ermənilərin yerləşdirilməsi prosesinə maliyyə yardımları göstərən xeyriyyə təşkilatının rəhbəridir.

Erməni Kirkoryanın yəhudi qəsəbələrinə qarşı çıxaraq Qarabağda "erməni qəsəbələri"ni dəstəkləməsini "Kohelet Siyasi Forumu" (Kohelet Policy Forum) apardığı araşdırmalarla sübut edib.

"Görəsən, İsrailə qarşı çıxan və İsrailə düşmən kəsilən "Code Pink", "Electronic Intifada" və başqa bu kimi təşkilatlar Kirkoryanın maskası yırtılandan sonra onunla əlaqələri kəsəcəklərmi? Kimsə bunu soruşmalıdır",  - Y.Kontoroviç yazır.

Nensi Kirkoryan ABŞ və Fransadakı erməni diasporunun təşkilatı kimi təqdim edilən, əslində isə Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun strukturu olan "The Armenia Tree Project"in idarə heyətinin üzvüdür. Bu təşkilat isə erməni işğalında olan Dağlıq Qarabağa və ətraf rayonlara dünyanın müxtəlif ölkələrindən erməni köçkünlərin çağırılması, yerləşdirilməsi ilə məşğul olur.

"Dağlıq Qarabağ Azərbaycan ərazisidir və 1990-cı illərin əvvəllərində başlanmış savaş, əslindəsə Azərbaycana qarşı terror və ekstremizm fəaliyyəti nəticəsində erməni işğalına keçib. Bunun nəticəsində yüz minlərlə azərbaycanlı Dağlıq Qarabağı və erməni işğalındakı əraziləri tərk edib. Ermənistan illərdir ki, həmin ərazilərə erməniləri yerləşdirməyə çalışır. "The Armenia Tree Project"in də qarabağlı ermənilərlə Ermənistanın qanunsuz niyyətlərini dəstəkləməsi təəccüblü deyil. Ermənistanda və erməni diasporunda "sülhməramlı" təşkilatlar arasında biri də yox ki, Dağlıq Qarabağın erməni işğalını dəstəkləməsin. Ermənilər üçün "The Armenia Tree Project" önəmlidir. Amma "Pink Code" İsraildən fərqli olaraq, Ermənistanı boykota çağırmır", - Kontoroviç yazır.

"Pink Code"un və ermənilərin davranışı ikiüzlülük, yalandır.

Kirkoryan BMT-nin işğal olunmuş saydığı və bəyan etdiyi Dağlıq Qarabağdakı işğalçılığı dəstəkləyir, amma elə həmin BMT-nin işğal ərazisi saydığı İordan çayının qərb sahilindəki olayları qətiyyətlə pisləyir.

Sərbəst toplaşmaq, söz və ifadə azadlıqlarının demokratiyanın məhək daşları olduqlarını iddia edən beynəlxalq təşkilatların baş ofislərinin yerləşdikləri Avropada soydaşlarımız orduya dəstək aksiyalarına çıxdılar. Ermənistanla sərhəddə yerləşən Tovuz rayonu düşmənin hücumuna məruz qalanda, döyüşlər başlananda Qərb susurdu.

Ermənistan ordusunun bütün təxribatlarının və hücumlarının qarşısını Milli Ordumuz qəhrəmancasına, rəşadətlə aldı. Lakin hərbçilərimiz arasında şəhid düşənlər, dinc sakinlər arasınlda həlak olanlar oldu.

Döyüşlər barədə xəbərlər dünyaya yayıldı və təbii ki, müxtəlif ölkələrdəki azərbaycanlı diaspor mənsubları narahat oldular.

Onların dinc aksiyaları erməni icmasının üzvlərinin vəhşi, planlaşdırılmış hücumlarına məruz qaldı.

İyulun 21-də Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki konsulluğunun önündəki aksiyada ermənilər, əsasən də Daşnaksutyun mənsubları soydaşlarımıza hücum etdilər.

Minlərlə daşnakın yığışdığı küçələrdən irəli şığıyan yüzlərlə erməninin hücum etdikləri nümayişçilərimiz arasında 7 nəfər, o cümlədən bir xanım yaralandı.

Və bu, söz və sərbəst toplaşmaq azadlığının ən önəmli nəsnələrdən biri sayılan ABŞ-da baş verdi.

İnsan haqlarının müdafiəsinin özlərinin ümdə vəzifəsi elan etmiş "Human Rights Watch", "Amnesty İnternational", "Freedom House" kimi beynəlxalq təşkilatlar nəinki Los-Ancelesdə, habelə digər şəhərlərdə dinc aksiyalar keçirən soydaşlarımıza azğınlaşmış ermənilərin hücumları barədə bir kəlmə də demədilər.

Ümumiyyətlə, bu barədə həmin təşkilatların son hesabatlarında və informasiya bülletenlərində məlumat yoxdur.

Əslində, təəccüblənməyə heç bir səbəb yoxdur. Ölkəmizə və ümumiyyətlə, "hədəf" seçdikləri dövlətlərə - məsələn, İsrailə -  ifrat qərəzlə yanaşan bu strukturlar öz merkantil maraqlarından çıxış edərək işğalçı Ermənistanı daim müdafiə edirlər.

Beynəlxalq "Human Rights Watch" hüquq-müdafiə təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Sara Li Uitson siyasi ikiüzlülüyün, ikili standartlar prinsipinin tipik təmsilçisi sayıla bilər.

Azərbaycana və İsrailə qarşı absurd ittihamlarla çıxış edib daim hücum çəkən Uistson Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşmaları ilə bağlı bir kəlmə də deməyib, deyənə də bənzəmir.

Corc Sorosun maliyyələşdirdiyi Kuinsi İnstitutunda bu yaxınlaradək tədqiqatlar və siyasət üzrə icraçı direktor olmuş Sara Li Uitson aşkar şəkildə erməniləri dəstəkləyir, bu minvalla HRW və Kuinsi İnstitutunun mövqelərini təkrarlayır.

Uitson ermənilərin işğal edilmiş Azərbaycan ərazilərində mskunlaşmalarında da qanunsuz heç nə görmür. 2018-ci ildə o, erməni işğalında olan Azərbaycan ərazilərində ermənilərin məskunlaşdırılması prosesinin əsas maliyyə donorlarından olan Amerika Erməni Milli Komitəsi (ANCA) üçün vəsait toplanması kampaniyasında aktiv iştirak edib.

Uitson bəyanatlarında "Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir" deməkdən də çəkinmir.

ABŞ-ın nüfuzlu "The Wall Street Journal" nəşri də eyni mövzunu işıqlandırılıb. Belə ki, nəşr Azərbaycanda insan haqları sahəsində vəziyyəti müntəzəm olaraq kəskin tənqid edən, Nyu-Yorkda mənzillənmiş "Human Rights Watch" beynəlxalq insan haqları təşkilatının işğal altında olan ərazilərdə aparılan məskunlaşmaya dair ikiüzlü yanaşmasını tənqid edən məqalə dərc edib.

Məqalənin müəllifi ABŞ-ın Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki "Kohelet Policy Forum" mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviç qeyd edir ki, İsrailin ünvanına ikiüzlü hücumlar geniş yayılıb, lakin "Human Rights Watch" təşkilatının Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitson bu hücumları yeni səviyyəyə çıxarıb. O, İsrailin İordan çayının qərb sahilində, işğal edilmiş Fələstin ərazilərində apardığı məskunlaşmanın ən sərt tənqidçilərindən biridir. Lakin digər yerlərdə xanım Uitson işğal ediliş ərazilərdə qanunsuz məskunlaşmanı qətiyyətlə dəstəkləyir.

Uitsonun qanunsuz məskunlaşmanı dəstəklədiyi ərazi Dağlıq Qarabağdır. Hansı ki, Ermənistan bu regionu üzücü müharibədə işğal edib və 1994-cü ildən bəri ətraf rayonlarla birlikdə işğal altında saxlayır. Və həmin vaxtdan etibarən Ermənistan rəhbərliyi həmin rayonlarda məskunlaşmanı fəal şəkildə dəstəkləyir. "Bir çox ermənilər Qarabağı öz tarixi vətənləri hesab edirlər. Lakin BMT, beynəlxalq təşkilatlar və ABŞ bu regionun işğal edilmiş Azərbaycan ərazisi olduğunu tanıyır.

Erməni ailəsində anadan olmuş Uitson 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən Qarabağa pultoplama kampaniyasının təşkilatçısı qismində çıxış edib. Və həmin Uitson, eyni zamanda, "Human Rights Watch" təşkilatının İsrailin İordan çayının Qərb sahillərindəki iqtisadi fəaliyyətinin boykot edilməsi kampaniyasına başçılıq edirdi. Habelə o, Twitter-də Qarabağda, işğal edilmiş ərazilərdə hazırlanan erməni şərabını reklam edir.

Bu ziddiyyətin səbəbləri barədə suala Uitson elektron poçtla belə cavab verib: "Mənim erməni diaspor təşkilatlarına şəxsi dəstəyim onların Ermənistanda xeyriyyəçilik və təşviqat fəaliyyəti, habelə erməni soyqırımının tanınmasına yönəlmiş təbliğat səyləri ilə bağlıdır".

Lakin əslində, Uitson Qarabağda yeni erməni yaşayış məskənlərinin salınmasını maliyyələşdirən təşkilata dəstək verir. O, eyni zamanda, Ermənistanda və işğal edilmiş Azərbaycan ərazilərində suriyalı ermənilərin məskunlaşdırılmasını dəstəkləyir.

Qeyd edilənlərin hamısı xanım Uilsonun özünü insan haqları müdafiəçisi kimi göstərərək, əslində isə insan haqlarının ən böyük pozucusu olduğunu göstərir. Eyni zamanda, onun eyni məsələyə ikili standartla yanaşmasının təzahürüdür. Belə olan halda isə nə Uitsonun, nə də ki təmsil olunduğu "Human Rights Watch"un hər hansı açıqlaması, hesabatı bundan sonra da obyektiv, doğru-düzgün qəbul edilə bilməz. Çünki öz yurd-yuvasından qovulan insanlara, işğal altındakı ərazilərə öz dövlətin məskunlaşdırma aparmasına göz yuman qurum, heç vaxt insan haqları müdafiəçisi ola bilməz.

Uitson aşkar erməni aşinalığında, Azərbaycana və İsrailə qarşı düşmən mövqe tutmasında tək deyil. ABŞ-dakı Rokfeller qardaşlarının Fondu (RBF) fəaliyyətinin "daha dayanıqlı, səbatlı, ədalətli dünyanın bərqərar olmasına rəvac verəcək sosial dəyişikliklərə dəstək" olduğunu vurğulayır, amma İsrailə qarşı ən sərt sanksiyaların tətbiqini istəyir.

RBF-nin rəhbəri və Ermənistan prezidenti 2019-cu ilin fevralında görüşərək "əməkdaşlıq imkanları"nı müzakirə etmişdilər.

Və yaxıd digər struktur - beyünəlxalq "Demokratiyanın Müdafiəsi Fondu" (FDD). Bu təşkilat da Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olması, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi faktını az qala danır.

Bütun bunlar öz yerində, amma Ermənistanı və erməniləri dəstəkləyən QHT-lər, xeyriyyə təşkilatları, beynəlxalq qurumlar və siyasətçilər arasında hüquqi problemlər, korrupsiya və rühvətxorluq halları çox geniş yayılıb.

Məsələn, 2018-ci ildə "Hayastan" Ümumerməni Fondunun direktoru Ara Vardanyan oğurluq, saxtakarlıq və mənimsəmədə suçlanaraq həbs olunmuşdu. ABŞ-ın Federal Təhqiqat Bürosunun sabiq agenti, sonradan QHT "fəalı" olan Babak Brumand isə Kaliforniya ştatında erməni mütəşəkkil cinayətkar qrupla bağlı vəkildən rüşvət almaqda suçlanaraq tutulmuşdu.

İşğalçı Ermənistandakı cinayətkar, kriminal rejiminin əməllərinə göz yuman, Azərbaycanı isə sürəkli olaraq "insan haqlarını pozmaq faktları"nda suçlayan çoxsaylı beynəlxalq təşkilatlara inanmaq olarmı?

Düşünmürəm...

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti

Cinayətdə haqlı tərəf axtaranlar - Günah həmişə öləndə olur?

Türkiyə Azərbaycana növbəti tibbi yardım göndərəcək

Arzu Nağıyev: "Mərkəzləşmiş xərclər üçün ayrılan vəsaitlərdə müəyyən dəyişikliklər edilməsi lazımdır"

Ermənistanda bir hərbçi ödlü, 3-ü yaralandı

KATİləşən siyasi sayıqlama: Bakıya cəza tələbi - GÜNÜN MÖVZUSU

"Sevgilim deyil, 300 illik dostumdur"

Polisdən qaçan yeniyetmələr silahla Trampın malikanəsinə daxil oldular

Dayanacaqdan yola çıxarkən söyülən avtobus sürücüləri - Əslində, qaydaları pozan kimdir?

Gürcüstanda 9 yeni yoluxma

Oyun meydançasında beton plitə aşdı: uşaq öldü

Qazaxıstandan indiyədək gəmi ilə 180 azərbaycanlı gətirilib

Qəsəbəyə giriş-çıxış bağlandı - Toydan sonra kütləvi yoluxma

Polad Həşimovun adının verildiyi küçə əvvəl Həzi Aslanovun adına olmayıb - Rəsmi - FOTO

Beyrut partlayışı: həlak olan ermənilərin sayı artır - FOTO

Səfir: "Ermənistanın son əməlləri sülh prosesi üçün real perspektivlərə zərbə vurur"

Goranboydakı qətlin təfərrüatı: evli qadını sevgilisi güllələdi - YENİLƏNİB

Seul KXDR ilə ticarətə başlaya bilər

Beyrutda yükü partlayan gəminin kapitanı: “Sənəddə gübrə daşındığı yazılmışdı”

Virusoloq Rusiyada koronavirusun ikinci dalğasının vaxtını açıqlayıb

Avroliqada 1/4 finala yüksələn 4 klub müəyyənləşdi

Rəşad Sadıqova ağır itki üz verib

Qayıdışı rəsmiləşdi - Arda Turanın

Putin İstintaq Komitəsinin 3 generalını istefaya göndərib

Baklda piyadanı motosiklet vurub

Goranboyda qadın aldığı güllə yarasından ölüb

"Mançester Yunayted" və "İnter"Avropa Liqasının 1/4 finalına çıxıblar

Pompeo Avstriya, Sloveniya, Polşa və Çex Respublikasına səfər edəcək

Estoniyada koronavirusun ikinci dalğası başlayır

Moskvada son sutkada koronavirusdan daha 13 nəfər ölüb

Pakistanda partlayış nəticəsində 39 nəfər yaralanıb

"Peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır" - Tanınmış professor

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 206 mindən çox artıb

"Vaksinlərin yaradılmasına milyardlar xərclənir"

Virusun ikinci dalğası nə zaman gəlir?

Qazaxıstan COVID-19 peyvəndinin sınaqlarına başlayır - TARİX AÇIQLANDI

Vasif İsmayıl: Çimərliklərin açılmasında əsas məqsəd D vitamini deyil

Milli Məclisin qarşısında törədilən təxribatla bağlı cinayət işi davam edir - VİDEO

Messi Kasilyasla vidalaşdı

Beyrut limanında baş verən partlayış taxıl ehtiyatının 85 faizini məhv edib

Türkiyədə koronavirusdan sağalanların sayı 219 min nəfəri ötüb

Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib

"Karantin qaydaları yumşalsa da, özümüzə qadağalar qoymalıyıq"

Ermənistanda Rusiya telekanallarının yayımı qadağan edilib

"Amerikada evim var, ora vətəndaşıyam"

Ukrayna hökuməti MDB-nin daha bir sazişindən çıxmaqla bağlı qərar qəbul edib

"Orient Queen" Beyrutdakı partlayışdan sonra batıb - 2 ölü, 7 yaralı

Almaniyanın federal əyalətləri arasında COVID-19 statistikasında Gessen "liderdir"

“Porsche” 400-dən çox avtomobili geri çağırır

Xaricdəki azərbaycanlı professorlar: Qarabağ məsələsi qeyrət, namus, milli şərəf məsələsidir

Yaponiyanın Aiçi prefekturasında da fövqəladə vəziyyət rejimi elan olunub

Hər bir Azərbaycan vətəndaşının sosial həyatı və rifahı dövlət qayğısı ilə daim əhatələnəcək - Bəhruz Quliyev

Bayden seçkiöncəsi təşviqata 280 milyon dollar xərcləməyi planlaşdırır

“Ford” şirkətinin rəhbəri istefa verib

Sahibkarlara icarə haqları 9 ay müddətində hesablanmayacaq

Rusiyada koronavirusun ikinci dalğasının başlayacağı vaxt proqnozlaşdırılıb

Son sutkada Özbəkistanda koronavirusa 764 nəfər yoluxub

Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir

Mayk Taysonla döyüşdən qabaq qulaqlarını sığortalamağı planlaşdırır

Son gündə Qırğızıstanda koronavirusdan 11 nəfər ölüb

"Yaxın adamım mənə dedi ki, ya sənətini dəyiş, ya da..." - Üzeyir Mehdizadə

Banqladeşdə sərnişin qayığı batıb - 17 ölü

Eyfel qülləsinin işıqları Livan üçün söndürüləcək

ABŞ-da son sutkada 57 mindən çox yoluxma qeydə alınıb

BMT: COVID-19 bir milyard tələbə və məktəblinin təhsilinə mane olur

"Azerbaijan Golden Kids Awards 2020"nin mükafatlandırma mərasimi onlayn formatda baş tutacaq - FOTOlar

"Mançester Siti"dən rəsmi transfer

Livanda partlayış nəticəsində Niderland səfirinin həyat yoldaşı ağır yaralanıb

"Məndən nə istəyirsiz, koronavirusu Azərbaycana mən gətirmişəm?"

AQTA koronavirusla bağlı ictimai iaşə müəssisələrinə çağırış etdi - FOTO

Portuqaliya çempionatının başlama tarixi açıqlandı

"Azərbaycan kinosunu 1970-ci illərdəki səviyyədə görmək istəyərdim" - Xalq artisti

İtaliyada mövsümün ən yaxşıları bilindi

"Gecə ilə İnstaqram səhifəm ələ keçirilib" - Elnarə qalmaqallı status barədə

"Sabitlik və təhlükəsizlik pozulan yerlərdə uğurdan danışmaq qeyri-mümkündür"

Kompüter siçanının yaradıcısı öldü

Azad Rəhimov: Çox istərdik ki, idman kompleksləri yenidən idman fəaliyyətinə qayıtsın

İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi

Hindistanda ötən sutka 52 mindən çox yoluxma qeydə alınıb

Banqladeşdə daha 50 nəfər koronavirusdan öldü

Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı, 3 nəfər öldü

Avstraliyada ştatlar arasında sərhədlər bağlanır

Baş infeksionist: "Yumşalma yalnız bu halda ola bilər"

İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi dəyişdirilir

uBankdan yeni imkan: Sizə "Contact" ilə göndərilən pulu banka getmədən alın!

"Qucaqlarda oturmamışam"

Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı

Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlayacaq

Smollinq "Roma"dan ayrıldı

"Dövlət xərclərə görə narahat olmadığını nümayiş etdirdi və heç nəyi vətəndaşlarından əsirgəmədi"

Koronavirusun müalicəsində İNQİLABİ ÜSUL: Seroloji testlərin üstünlükləri

Fransada ikinci dalğa...

"Almaniya koronavirus pandemiyasının ikinci dalğasının başlanğıcındadır"

Alimlər İngiltərədə daha güclü ikinci COVID dalğası barədə xəbərdarlıq edirlər

Bu gün Avroliqa bərpa olunur - 4 oyun keçiriləcək

Yaponiyada təkrar fövqəladə vəziyyət rejimi elan oluna bilər