AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Çətin şərtlər altında uğurla davam edən sosial-iqtisadi siyasət

  82

Azərbaycan sürətlə müasirləşir, paytaxtla region arasında fərq durmadan azalır. Bir gün ərzində 5 rayon, çoxsaylı müasir infrastruktur layihələri, 4 modul tipli xəstəxana, onlarla yeni obyektin açılışı. Prezident İlham Əliyev həmişəki kimi yenə vədlərə əməl edir. Heç bir layihə təxirə salınmır. Azərbaycan dövləti öz qüdrətini bütün sahələrdə göstərir.

Son dövrlərdə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq Prezident İlham Əliyev sosial layihələri uğurla davam etdirir. Ölkənin hər bir yerində böyük infrastruktur layihələri icra edilir, müasir obyektlər, istehsal müəssisələri yaradılır. Belə bir həssas məqamda regionlar, ölkənin ən ucqar bölgələri unudulmur. Abadlıq-quruculuq işləri, müasirləşmə, inkişaf prosesi bütün ölkəni əhatə edir. Prezident demək olar ki, hər həftə yeni obyektləri, ölkə əhəmiyyətli layihələri istifadəyə verir. Sürətli inkişaf həm paytaxtda, həm də bölgələrdə paralel hiss olunur. Maliyyə çətinlikləri, maddi problemlər dövlətin prioritetlərini arxa plana keçirə bilmir. Budur, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin sarsılmaz gücü və qüdrəti.

Bu günlərdə Prezident İlham Əliyevin Şimal rayonlarına böyük səfəri bu baxımdan olduqca mühim əhəmiyyəti ilə diqqəti çəkməkdədir. Çünki, indiki çətin dönəmdə dövlət başçsının bölgələrin inkişafına xüsusi diqqət ayırması vətəndaşlarda öz lderinə inamı və güvəni daha da artıran əsas amillərdəndir. Bu səfərlər region əhalisinin rifahına yönələn mütərəqqi və planlı siyasətin növbəti göstəricisidir.

Bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya ilə mübarizənin davam etdiyi zamanda bölgələrdə yeni modul tipli xəstəxanaların yaradılması xüsusilə aktualdır. Prezident İlham Əliyevin Qobustanda, İsmayıllıda, Şəkidə və Qəbələdə ən müasir avadanlıqlarla təchiz edilmiş modul tipli xəstəxanaları istifadəyə verməsi dövlət başçısının bölgəyə səfərinin əhəmiyyətini daha da artırır. Göründüyü kimi, Prezident pandemiya ilə mübarizə sahəsinə lazım olan qədər vəsait ayırır. Dövlətin maliyyə imkanları vətəndaşlardan əsirgənmir. Çünki, İlham Əliyev ilk gündən insan həyatının hər şeydən üstün, qiymətli olduğunu bəyan edib.

Koronavirus pandemiyası dünyada böyük iqtisadi tənəzzülə səbəb olub. Xarici iqtisadi şoklar Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Amma Prezident İlham Əliyev iqtisadi geriləməni, maliyyə itkilərini gözə alaraq əsas diqqəti insanların sosial durumuna və sağlamlığına yönəldir. Bütün bunlar Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin öz vətəndaşına verdiyi dəyərin, insan həyatına, sağlamlığına verilən qiymətin bariz nümunələridir.

Azərbaycanda koronavirusla mübarizədə həyata keçirilən qabaqlayıcı tədbirlər, karantin rejiminin sərtləşdirilməsi və digər ciddi addımlar artıq öz müsbət nəticələrini verməkdədir. Son günlər yoluxma və ölüm hallarının azalması, sağalan xəstələrin sayının durmadan artması vəziyyətin tezliklə ürəkaçan olacağından xəbər verir. Lakin bu müsbət irəliləyiş arxayınlıq yarada bilməz. Vətəndaşlar məsliyyətli olmalı, tələb olunan qaydalara əməl etməlidir. Yalnız bu halda daha yüksək nəticələr əldə etmək, pandemiayanın ağır təsirlərindən az itkilərlə çıxmaq olar.

Dövlət başçsının bölgələrə bütün səfərləri zamanı hər dəfə yeni və müasir yolların açılışı baş tutur. Hətta ən ucqar dağ kəndlərinə aparan yeni yollar istifadəyə verilir. Son səfərdə də Prezident İlham Əliyev hazırda tikintisi davam edən yollarda iş prosesi ilə tanış oldu, daha sonra isə bir neçə rayonda on minlərlə insanın rahat və təhlükəsiz hərəkətini təmin edəcək yolları stifadəyə verdi. Ölkəmizin yol infrastrukturunun başdan-başa müasirləşməsi, şübhəsiz ki, ilk növbədə vətəndaş məmnunluğu və rahatlığına, daha sonra iqtisadi sahənin, istehsal müəssisələrinin normal fəaliyyətinə, kənd təsərrüfatının, turizmin inkişafına zəmin yaradır. Bir sözlə, Prezident hər bir rayona özü ilə inkişaf, rifah, rahatlıq, müasirlik, ruzi-bərəkət gətirir.

Əhalinin problemlərinin həlli, vətəndaş-məmur münasibətlərinin ideal vəziyyətə çatdırılması, neqativ halların aradan qaldırılması, həmçinin dövlət orqanlarının işində şəffaflığın, ədalətin təmin edilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu bir nömrəli vəzifədir. Bu məqsədlə paytaxtla yanaşı ölkənin əksər bölgələrində ASAN Xidmət Mərkəzləri, DOST Mərkəzləri ard-arda tikilərək insanların xidmətinə verilir. Prezidentin Balakən rayonunda açılışını etdiyi yeni ASAN Xidmət Mərkəzi də bundan sonra bölgə əhalisinin xidmətində olacaq.

İlham Əliyev bütün fəaliyyəti boyu yalnız və yalnız Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi üçün çalışıb. Son illər aparılan bu siyasətin parlaq nəticələrini biz aydın şəkildə görürük. Dövlətin bütün maliyyə imkanları əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, nəhəng sosial paketlərin reallaşdırılmasına yönəldilib. İnsanların məşğulluğunun təmin edilməsi, onların öz şəxsi bizneslərini yaratmaq üçün də dövlət öz dəstəyini əsirgəmir. Bu yolrulmaz fəaliyyətin, humansit siyasətin nəticəsidir ki, Azərbaycan xalqı öz dövlətinə, prezidentinə sidq ürəklə inanır, güvənir, etibar edir. Odur ki, sarsılmaz xalq-iqtidar birliyi, vətəndaş həmrəyliyi ən yüksək zirvədədir. Azərbaycan dövlətinin gücünü və qüdrətini artıran əsas amil də elə budur.

Sahil Kərimli,
Trend İnformasiya Agentliyinin Baş redaktor müavini

Xəbər Lenti

Paşinyan Ermənistanda "partlayışın" qarşısını almaq üçün YALAN DANIŞIR

Cinayətdə haqlı tərəf axtaranlar - Günah həmişə öləndə olur?

Türkiyə Azərbaycana növbəti tibbi yardım göndərəcək

Arzu Nağıyev: "Mərkəzləşmiş xərclər üçün ayrılan vəsaitlərdə müəyyən dəyişikliklər edilməsi lazımdır"

Ermənistanda bir hərbçi ödlü, 3-ü yaralandı

KATİləşən siyasi sayıqlama: Bakıya cəza tələbi - GÜNÜN MÖVZUSU

"Sevgilim deyil, 300 illik dostumdur"

Polisdən qaçan yeniyetmələr silahla Trampın malikanəsinə daxil oldular

Dayanacaqdan yola çıxarkən söyülən avtobus sürücüləri - Əslində, qaydaları pozan kimdir?

Gürcüstanda 9 yeni yoluxma

Oyun meydançasında beton plitə aşdı: uşaq öldü

Qazaxıstandan indiyədək gəmi ilə 180 azərbaycanlı gətirilib

Qəsəbəyə giriş-çıxış bağlandı - Toydan sonra kütləvi yoluxma

Polad Həşimovun adının verildiyi küçə əvvəl Həzi Aslanovun adına olmayıb - Rəsmi - FOTO

Beyrut partlayışı: həlak olan ermənilərin sayı artır - FOTO

Səfir: "Ermənistanın son əməlləri sülh prosesi üçün real perspektivlərə zərbə vurur"

Goranboydakı qətlin təfərrüatı: evli qadını sevgilisi güllələdi - YENİLƏNİB

Seul KXDR ilə ticarətə başlaya bilər

Beyrutda yükü partlayan gəminin kapitanı: “Sənəddə gübrə daşındığı yazılmışdı”

Virusoloq Rusiyada koronavirusun ikinci dalğasının vaxtını açıqlayıb

Avroliqada 1/4 finala yüksələn 4 klub müəyyənləşdi

Rəşad Sadıqova ağır itki üz verib

Qayıdışı rəsmiləşdi - Arda Turanın

Putin İstintaq Komitəsinin 3 generalını istefaya göndərib

Baklda piyadanı motosiklet vurub

Goranboyda qadın aldığı güllə yarasından ölüb

"Mançester Yunayted" və "İnter"Avropa Liqasının 1/4 finalına çıxıblar

Pompeo Avstriya, Sloveniya, Polşa və Çex Respublikasına səfər edəcək

Estoniyada koronavirusun ikinci dalğası başlayır

Moskvada son sutkada koronavirusdan daha 13 nəfər ölüb

Pakistanda partlayış nəticəsində 39 nəfər yaralanıb

"Peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır" - Tanınmış professor

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 206 mindən çox artıb

"Vaksinlərin yaradılmasına milyardlar xərclənir"

Virusun ikinci dalğası nə zaman gəlir?

Qazaxıstan COVID-19 peyvəndinin sınaqlarına başlayır - TARİX AÇIQLANDI

Vasif İsmayıl: Çimərliklərin açılmasında əsas məqsəd D vitamini deyil

Milli Məclisin qarşısında törədilən təxribatla bağlı cinayət işi davam edir - VİDEO

Messi Kasilyasla vidalaşdı

Beyrut limanında baş verən partlayış taxıl ehtiyatının 85 faizini məhv edib

Türkiyədə koronavirusdan sağalanların sayı 219 min nəfəri ötüb

Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib

"Karantin qaydaları yumşalsa da, özümüzə qadağalar qoymalıyıq"

Ermənistanda Rusiya telekanallarının yayımı qadağan edilib

"Amerikada evim var, ora vətəndaşıyam"

Ukrayna hökuməti MDB-nin daha bir sazişindən çıxmaqla bağlı qərar qəbul edib

"Orient Queen" Beyrutdakı partlayışdan sonra batıb - 2 ölü, 7 yaralı

Almaniyanın federal əyalətləri arasında COVID-19 statistikasında Gessen "liderdir"

“Porsche” 400-dən çox avtomobili geri çağırır

Xaricdəki azərbaycanlı professorlar: Qarabağ məsələsi qeyrət, namus, milli şərəf məsələsidir

Yaponiyanın Aiçi prefekturasında da fövqəladə vəziyyət rejimi elan olunub

Hər bir Azərbaycan vətəndaşının sosial həyatı və rifahı dövlət qayğısı ilə daim əhatələnəcək - Bəhruz Quliyev

Bayden seçkiöncəsi təşviqata 280 milyon dollar xərcləməyi planlaşdırır

“Ford” şirkətinin rəhbəri istefa verib

Sahibkarlara icarə haqları 9 ay müddətində hesablanmayacaq

Rusiyada koronavirusun ikinci dalğasının başlayacağı vaxt proqnozlaşdırılıb

Son sutkada Özbəkistanda koronavirusa 764 nəfər yoluxub

Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir

Mayk Taysonla döyüşdən qabaq qulaqlarını sığortalamağı planlaşdırır

Son gündə Qırğızıstanda koronavirusdan 11 nəfər ölüb

"Yaxın adamım mənə dedi ki, ya sənətini dəyiş, ya da..." - Üzeyir Mehdizadə

Banqladeşdə sərnişin qayığı batıb - 17 ölü

Eyfel qülləsinin işıqları Livan üçün söndürüləcək

ABŞ-da son sutkada 57 mindən çox yoluxma qeydə alınıb

BMT: COVID-19 bir milyard tələbə və məktəblinin təhsilinə mane olur

"Azerbaijan Golden Kids Awards 2020"nin mükafatlandırma mərasimi onlayn formatda baş tutacaq - FOTOlar

"Mançester Siti"dən rəsmi transfer

Livanda partlayış nəticəsində Niderland səfirinin həyat yoldaşı ağır yaralanıb

"Məndən nə istəyirsiz, koronavirusu Azərbaycana mən gətirmişəm?"

AQTA koronavirusla bağlı ictimai iaşə müəssisələrinə çağırış etdi - FOTO

Portuqaliya çempionatının başlama tarixi açıqlandı

"Azərbaycan kinosunu 1970-ci illərdəki səviyyədə görmək istəyərdim" - Xalq artisti

İtaliyada mövsümün ən yaxşıları bilindi

"Gecə ilə İnstaqram səhifəm ələ keçirilib" - Elnarə qalmaqallı status barədə

"Sabitlik və təhlükəsizlik pozulan yerlərdə uğurdan danışmaq qeyri-mümkündür"

Kompüter siçanının yaradıcısı öldü

Azad Rəhimov: Çox istərdik ki, idman kompleksləri yenidən idman fəaliyyətinə qayıtsın

İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi

Hindistanda ötən sutka 52 mindən çox yoluxma qeydə alınıb

Banqladeşdə daha 50 nəfər koronavirusdan öldü

Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı, 3 nəfər öldü

Avstraliyada ştatlar arasında sərhədlər bağlanır

Baş infeksionist: "Yumşalma yalnız bu halda ola bilər"

İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi dəyişdirilir

uBankdan yeni imkan: Sizə "Contact" ilə göndərilən pulu banka getmədən alın!

"Qucaqlarda oturmamışam"

Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı

Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlayacaq

Smollinq "Roma"dan ayrıldı

"Dövlət xərclərə görə narahat olmadığını nümayiş etdirdi və heç nəyi vətəndaşlarından əsirgəmədi"

Koronavirusun müalicəsində İNQİLABİ ÜSUL: Seroloji testlərin üstünlükləri

Fransada ikinci dalğa...

"Almaniya koronavirus pandemiyasının ikinci dalğasının başlanğıcındadır"

Alimlər İngiltərədə daha güclü ikinci COVID dalğası barədə xəbərdarlıq edirlər

Bu gün Avroliqa bərpa olunur - 4 oyun keçiriləcək

Yaponiyada təkrar fövqəladə vəziyyət rejimi elan oluna bilər