AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Koronavirus həyatımızda nələri dəyişəcək?

  81

Pandemiya və xüsusi karantin dövrü iş, təhsil, səyahət və s. vərdişlərimizi dəyişərək həyatımıza yeni forma və məzmun gətirdi. Bu prosesin meydana çıxardığı mövcud vəziyyət həyatın bütün sahələrində yenilikləri zərur edir.

Risk fenomeninin davamlılığı

Demokratikmusavat.com xəbər verir ki, Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlı Trend-ə deyib ki, yoluxma ehtimalı davam etdikcə insanlar arasında fərdi və sosial risk faktorunun daha çox özünü büruzə verəcəyini proqnozlaşdırmaq olar. Belə ki, insanlar xəstə olmasalar belə, özlərini əvvəlki dövrlərə görə daha çox risk altında olmuş kimi hiss edəcəklər və sosial münasibətlər sistemini də buna uyğun olaraq tənzimləyəcəklər. Bu hiss cəmiyyətdə, insanlar arasında bir-birinə etimadsızlığın artmasına səbəb ola bilər. Digər tərəfdən, cəmiyyətin ümumi sosiallaşma formalarından fərqlənən yeni sosial həmrəylik formalarının ortaya çıxmasının mümkünlüyünü də proqnozlaşdırmaq olar.

Ara məsafə mədəniyyətinə uyğunlaşmaq

Sosioloq bildirib ki, ara məsafə və gigiyena qaydalarına əməl etməyin təsiri bu dövrdən sonra da hiss olunmaqda davam edəcək:

"Əlbəttə, bizim kimi daha yaxın sosial ünsiyyət vərdişlərinə sahib olan cəmiyyətlər üçün bu vəziyyətin davamlılığına alışmaq bir o qədər də asan olmayacaq. Ancaq müəyyən bir müddətdən sonra həm fərdi, həm də ətrafımızdakı insanların sağlamlığının qorunması üçün bir-birimiz arasında məsafənin saxlanılması mədəniyyəti həyatımızın normasına çevriləcək. Bununla əlaqədar olaraq, böyük şəhərlərdə insanların asudə vaxtlarını keçirmələri üçün yaxın təmas və infeksiyaya yoluxma ehtimalının az olduğu park kimi açıq hava məkanlarının sayının çoxalacağını təxmin edə bilərik. Bundan başqa, "ağıllı şəhər" layihəsi çərçivəsində insanlarda yoluxma ehtimalını azaldan texnoloji yeniliklərin tətbiqinin şahidi olacağıq".

Yeni istehlak vərdişləri

Mütəxəssisin sözlərinə görə, pandemiya dövründə insanların düşüncə və davranışlarındakı dəyişiklik onların istehlak vərdişlərinə də təsir etdiyi müşahidə olundu. Müxtəlif ölkələrdə aparılan araşdırmalar fərdlərin gündəlik yaşayış vərdişlərini karantin şəraitinin yaratdığı məhdudiyyətlərə və yeni şəraitə görə dəyişdiklərindən, insanların karantin dövründə yeni qərarlar verməyə başladığından xəbər verir: "Bu qərarlar arasında xüsusilə Qərb ölkələrində insanların istehlak vərdişlərini yenidən nəzərdən keçirdikləri, bahalı istehlak mallarından imtina etdiklərinə dair faktlar mövcuddur. Lakin buradan yola çıxaraq insanların bundan sonrakı dövrdə lüzumsuz istehlak vərdişlərindən tamamilə imtina edərək daha minimalist (sadə) həyat tərzinə üstünlük verəcəyini iddia etmək də çox optimist bir yanaşma olardı. Sosial-iqtisadi sistemdə yaşayırıq və bunun qısa zamanda dəyişməsi mümkün deyil. Lakin yenə də əvvəlki dövrə görə fərdlər daha sadə və təmkinli istehlak davranışı nümayiş etdirəcəklər".

Rəqəmsal texnologiya və virtuallaşma daha da güclənəcək

Professor əlavə edib ki, pandemiyadan sonra rəqəmsal texnologiya və virtuallaşma daha da artacaq. İş və təhsil həyatının, alış-verişin, mədəniyyət və incəsənət fəaliyyətlərinin sürətlə virtuallaşdığı bu dövrdən sonra yeni iş formaları ilə fəaliyyət göstərmə zərurət halını alacaq.

Bu mənada rəqəmsal texnologiyaların daha geniş yayılacağını qeyd edən Ə.Süleymanlı qeyd edib ki, rəqəmsallaşma pandemiya elan olunmadan əvvəl də həyatımızda əhəmiyyətli yer tuturdu. Bununla yanaşı, pandemiya dövründə virtual iş formalarının və evdən elektron ticarətin təşkilinin əhəmiyyətinin dərk olunması bu prosesi daha da sürətləndirdi: "Pandemiya zamanı vərdiş halına gələn virtual iş və istehlak davranışları, pandemiyadan sonra bir çox iş sahəsində və təhsildə əhəmiyyətli dərəcədə genişlənməkdə davam edəcək. Qətiyyətlə deyə bilərik ki, postkoronavirus dövründə infrastrukturasını rəqəmsal dəyişikliyə daha tez uyğunlaşdıran ölkələr bu prosesdən daha qalib formada çıxacaqlar.

Bu mənada, məcburi karantin dövrü bizə elə təcrübələr qazandırdı ki, daha əvvəl, hətta təxmin etmədiyimiz şeylərin həyata keçməsinin əslində çox sadə olduğunu gördük. Misal üçün, böyük şəhərlərdə tıxacda və yaxud hava limanının gözləmə salonunda keçirdiyimiz vaxtın onlayn telekonfrans vasitəsilə necə səmərəli istifadə edə biləcəyimizi təcrübədən keçirdik. Bu təcrübələr artıq qalıcı olacaq. Lakin sosial bir varlıq olan insanın canlı ünsiyyət kimi tələbatını ödəmək üçün iş yerinə gedib-gəlmək, dostları ilə görüşmək, müəllimləri və tələbə yoldaşları ilə bir araya gəlmək, mağazalarda alış-veriş etmək kimi ehtiyacı da var. Bu mənada, bir balans təsis olunacaq və üz-üzə canlı ünsiyyəti də ehtiva edən hibrid iş və təhsil sistemi tətbiq olunacaq.

Dünyanın qloballaşma tempi və sürəti pandemiyadan sonra ləngiyəcək?

Ə.Süleymanlı bildirib ki, yeni növ koronavirusun sürətlə pandemiyaya keçməsinin əsas səbəblərindən biri kimi insanların çox sıx və intensiv səyahət etmələri göstərilir. Onun sözlərinə görə, hər il dünyada təxminən 4,3 milyard insan təyyarə ilə səyahətə çıxır, 1,3 milyard insan isə müxtəlif vasitələrlə turistik səyahət edir. Mütəxəssislər tərəfindən ekoloji təhlükəsizlik baxımından texnoloji yeniliklərlə sürəti bir qədər də artmış qloballaşan dünyanın tempinin yavaşıdılması haqqında davamlı xəbərdarlıq edilirdi: "Pandemiya dövründə məcburi izolyasiyaya görə şəhərlər və ölkələr arasında səyahətlərin edilməsi bir anda kəsildi və ən yaxşı halda məhdudlaşdırıldı. Bu hal qlobal istiləşmənin və ekologiyanın çirklənməsinin qarşısının alınmasına müsbət təsir göstərdi. Risk faktorunun davam etdiyi müddətdə, bundan sonrakı dövrdə də insanların səyahətlərə, xüsusilə ölkələrarası səyahhətlərə mümkün olduğu qədər daha az çıxacaqlarını ehtimal edilir. Bu mənada dünyanın qloballaşma tempinin yavaşlayacağını təxmin edə bilərik".

Ekoloji mövzular prioritet olacaq

Ə.Süleymanlı deyib ki, ekologiya və ətraf mühitin çirklənməsi ilə bağlı problemlər daha çox gündəmimizdə yer alacaq. Xüsusilə, ekoloji yenilikləri özündə cəmləşdirəcək sahələr bu dövrdən sonra əhəmiyyətini artıracaq. Bərpa olunan enerji mənbələrinə daha çox üstünlük veriləcək.

Şəhərlərdən kəndlərə miqrasiyanın sürətlənməsi

Sosioloqun fikrincə, ara məsafəyə riayət olunmanın çətin olduğu böyük meqapolislərdən kənd və qəsəbələrə miqrasiya prosesi vüsət alacaq. Kənd tipli yaşayış məntəqələrində isə texnologiya infrastrukturu böyük şəhərlərlə eyni səviyyəyə çatdırılacaq. Fərdlər, şirkətlər və dövlətlər bu yeniliklərə nə qədər tez uyğunlaşsa və inkişaf strategiyalarını yeni dövrün tələblərinə uyğun tərzdə qursalar, bu prosesdən daha qalib formada çıxacaqlar.

Səhiyyə sahəsinə investisiya qoyuluşu artacaq

Ə.Süleymanlı qeyd edib ki, pandemiya dövründə insan sağlamlığının və dövlətlərin səhiyyə infrastrukturunun nə dərəcədə əhəmiyyəti olduğu çox açıq formada özünü büruzə verdi. Bundan sonrakı dövrdə artıq dövlətlərin təhlükəsizliyi və inkişaf səviyyəsi iqtisadi sfera və hərbi sahəylə yanaşı, səhiyyə sisteminin dayanıqlılığı ilə də ölçüləcək. Bu mənada, xüsusilə səhiyyə sektorunda investisiya qoyuluşunun artması ilə yanaşı, antivirus avadanlığı və uzaqdan idarəetmə sistemləri kimi süni intellekt yönümlü iş sahələrinə tələbatın artacağını da proqnozlaşdırmaq olar.

Demokratikmusavat.com

Xəbər Lenti

Livanlı deputat: "Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində İslam həmrəyliyi nümayiş etdirdi"

Paşinyan Ermənistanda "partlayışın" qarşısını almaq üçün YALAN DANIŞIR

Cinayətdə haqlı tərəf axtaranlar - Günah həmişə öləndə olur?

Türkiyə Azərbaycana növbəti tibbi yardım göndərəcək

Arzu Nağıyev: "Mərkəzləşmiş xərclər üçün ayrılan vəsaitlərdə müəyyən dəyişikliklər edilməsi lazımdır"

Ermənistanda bir hərbçi ödlü, 3-ü yaralandı

KATİləşən siyasi sayıqlama: Bakıya cəza tələbi - GÜNÜN MÖVZUSU

"Sevgilim deyil, 300 illik dostumdur"

Polisdən qaçan yeniyetmələr silahla Trampın malikanəsinə daxil oldular

Dayanacaqdan yola çıxarkən söyülən avtobus sürücüləri - Əslində, qaydaları pozan kimdir?

Gürcüstanda 9 yeni yoluxma

Oyun meydançasında beton plitə aşdı: uşaq öldü

Qazaxıstandan indiyədək gəmi ilə 180 azərbaycanlı gətirilib

Qəsəbəyə giriş-çıxış bağlandı - Toydan sonra kütləvi yoluxma

Polad Həşimovun adının verildiyi küçə əvvəl Həzi Aslanovun adına olmayıb - Rəsmi - FOTO

Beyrut partlayışı: həlak olan ermənilərin sayı artır - FOTO

Səfir: "Ermənistanın son əməlləri sülh prosesi üçün real perspektivlərə zərbə vurur"

Goranboydakı qətlin təfərrüatı: evli qadını sevgilisi güllələdi - YENİLƏNİB

Seul KXDR ilə ticarətə başlaya bilər

Beyrutda yükü partlayan gəminin kapitanı: “Sənəddə gübrə daşındığı yazılmışdı”

Virusoloq Rusiyada koronavirusun ikinci dalğasının vaxtını açıqlayıb

Avroliqada 1/4 finala yüksələn 4 klub müəyyənləşdi

Rəşad Sadıqova ağır itki üz verib

Qayıdışı rəsmiləşdi - Arda Turanın

Putin İstintaq Komitəsinin 3 generalını istefaya göndərib

Baklda piyadanı motosiklet vurub

Goranboyda qadın aldığı güllə yarasından ölüb

"Mançester Yunayted" və "İnter"Avropa Liqasının 1/4 finalına çıxıblar

Pompeo Avstriya, Sloveniya, Polşa və Çex Respublikasına səfər edəcək

Estoniyada koronavirusun ikinci dalğası başlayır

Moskvada son sutkada koronavirusdan daha 13 nəfər ölüb

Pakistanda partlayış nəticəsində 39 nəfər yaralanıb

"Peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır" - Tanınmış professor

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 206 mindən çox artıb

"Vaksinlərin yaradılmasına milyardlar xərclənir"

Virusun ikinci dalğası nə zaman gəlir?

Qazaxıstan COVID-19 peyvəndinin sınaqlarına başlayır - TARİX AÇIQLANDI

Vasif İsmayıl: Çimərliklərin açılmasında əsas məqsəd D vitamini deyil

Milli Məclisin qarşısında törədilən təxribatla bağlı cinayət işi davam edir - VİDEO

Messi Kasilyasla vidalaşdı

Beyrut limanında baş verən partlayış taxıl ehtiyatının 85 faizini məhv edib

Türkiyədə koronavirusdan sağalanların sayı 219 min nəfəri ötüb

Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib

"Karantin qaydaları yumşalsa da, özümüzə qadağalar qoymalıyıq"

Ermənistanda Rusiya telekanallarının yayımı qadağan edilib

"Amerikada evim var, ora vətəndaşıyam"

Ukrayna hökuməti MDB-nin daha bir sazişindən çıxmaqla bağlı qərar qəbul edib

"Orient Queen" Beyrutdakı partlayışdan sonra batıb - 2 ölü, 7 yaralı

Almaniyanın federal əyalətləri arasında COVID-19 statistikasında Gessen "liderdir"

“Porsche” 400-dən çox avtomobili geri çağırır

Xaricdəki azərbaycanlı professorlar: Qarabağ məsələsi qeyrət, namus, milli şərəf məsələsidir

Yaponiyanın Aiçi prefekturasında da fövqəladə vəziyyət rejimi elan olunub

Hər bir Azərbaycan vətəndaşının sosial həyatı və rifahı dövlət qayğısı ilə daim əhatələnəcək - Bəhruz Quliyev

Bayden seçkiöncəsi təşviqata 280 milyon dollar xərcləməyi planlaşdırır

“Ford” şirkətinin rəhbəri istefa verib

Sahibkarlara icarə haqları 9 ay müddətində hesablanmayacaq

Rusiyada koronavirusun ikinci dalğasının başlayacağı vaxt proqnozlaşdırılıb

Son sutkada Özbəkistanda koronavirusa 764 nəfər yoluxub

Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir

Mayk Taysonla döyüşdən qabaq qulaqlarını sığortalamağı planlaşdırır

Son gündə Qırğızıstanda koronavirusdan 11 nəfər ölüb

"Yaxın adamım mənə dedi ki, ya sənətini dəyiş, ya da..." - Üzeyir Mehdizadə

Banqladeşdə sərnişin qayığı batıb - 17 ölü

Eyfel qülləsinin işıqları Livan üçün söndürüləcək

ABŞ-da son sutkada 57 mindən çox yoluxma qeydə alınıb

BMT: COVID-19 bir milyard tələbə və məktəblinin təhsilinə mane olur

"Azerbaijan Golden Kids Awards 2020"nin mükafatlandırma mərasimi onlayn formatda baş tutacaq - FOTOlar

"Mançester Siti"dən rəsmi transfer

Livanda partlayış nəticəsində Niderland səfirinin həyat yoldaşı ağır yaralanıb

"Məndən nə istəyirsiz, koronavirusu Azərbaycana mən gətirmişəm?"

AQTA koronavirusla bağlı ictimai iaşə müəssisələrinə çağırış etdi - FOTO

Portuqaliya çempionatının başlama tarixi açıqlandı

"Azərbaycan kinosunu 1970-ci illərdəki səviyyədə görmək istəyərdim" - Xalq artisti

İtaliyada mövsümün ən yaxşıları bilindi

"Gecə ilə İnstaqram səhifəm ələ keçirilib" - Elnarə qalmaqallı status barədə

"Sabitlik və təhlükəsizlik pozulan yerlərdə uğurdan danışmaq qeyri-mümkündür"

Kompüter siçanının yaradıcısı öldü

Azad Rəhimov: Çox istərdik ki, idman kompleksləri yenidən idman fəaliyyətinə qayıtsın

İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi

Hindistanda ötən sutka 52 mindən çox yoluxma qeydə alınıb

Banqladeşdə daha 50 nəfər koronavirusdan öldü

Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı, 3 nəfər öldü

Avstraliyada ştatlar arasında sərhədlər bağlanır

Baş infeksionist: "Yumşalma yalnız bu halda ola bilər"

İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi dəyişdirilir

uBankdan yeni imkan: Sizə "Contact" ilə göndərilən pulu banka getmədən alın!

"Qucaqlarda oturmamışam"

Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı

Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlayacaq

Smollinq "Roma"dan ayrıldı

"Dövlət xərclərə görə narahat olmadığını nümayiş etdirdi və heç nəyi vətəndaşlarından əsirgəmədi"

Koronavirusun müalicəsində İNQİLABİ ÜSUL: Seroloji testlərin üstünlükləri

Fransada ikinci dalğa...

"Almaniya koronavirus pandemiyasının ikinci dalğasının başlanğıcındadır"

Alimlər İngiltərədə daha güclü ikinci COVID dalğası barədə xəbərdarlıq edirlər