AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Almaniyadakı səfirliyimiz bəyanat yaydı

  83

31 iyul 2020-ci ildə Azərbaycan Respublikasının AFR-dəki səfirliyi mətbuat relizi yayıb.

Səfirlikdən Demokratikmusavat.com-a verilən məlumata görə, mətbuat relizində bildirilir:

"12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri ağır artilleriya silahları ilə Azərbaycanın şimal-qərbində yerləşən Tovuz rayonundakı mövqelərinə hücum edib. Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın ərazisindəki hərbi mövqeləri ələ keçirmək cəhdlərinin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınıb. Artilleriya atəşi ilə müşayiət olunan 5 günlük intensiv hərbi toqquşmalar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbçisi, o cümlədən bir neçə zabiti, eyni zamanda Tovuz rayonunun Ağdam kəndinin 76 yaşlı sakini, mülki şəxs Əziz Əzizov həyatını itirib.
Ermənistanın Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini atəşə tutması və Azərbaycan ərazilərindəki mövqeləri zəbt etməyə yönəlmiş hərbi əməliyyatları suveren dövlətə qarşı açıq hərbi təcavüz və beynəlxalq hüququn norma və prinsiplərinin ciddi şəkildə pozulmasıdır. Ermənistan həmçinin Azərbaycanın Tovuz rayonunun sərhədyanı kəndlərində mülki əhaliyə qarşı silahlı hücumları ilə müharibə cinayəti edib və 1949-cu il Cenevrə Konvensiyası ilə öz üzərinə götürdüyü öhdəlikləri pozub.

Ermənistanın qeyd olunan təcavüzü, onun bölgədəki vəziyyətin daha da gərginləşməsinə xidmət edən qeyri-konstruktiv fəaliyyətinin və ritorikasının davamı kimi nəzərdən keçirilməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər yeddi ətraf rayonunun - dövlət ərazisinin beşdə bir hissəsinin - qanunsuz işğalına son qoymaq və bir milyondan çox qovulmuş azərbaycanlının evlərinə qayıtmasına şərait yaratmaq əvəzinə, Ermənistan qarşıdurmanı daha da gücləndirməyə və sərhəd bölgələrində yeni ərazilər tutmağa çalışır. Əlbəttə ki, bu həmçinin münaqişənin dinc həlli üçün məsul olan və Almaniyanın da üzvü olduğu ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh prosesinə ağır zərbədir.
Azərbaycan uzun illərdən bəri aparılan danışıqların nəticə verməməsinə, eləcə də Ermənistandan hüquqi, siyasi, hərbi-texniki və iqtisadi üstünlüyünə baxmayaraq, indiyə qədər Ermənistanın təcavüzünün ağır nəticələrini daşımalı olsa da, bu günə qədər sülh prosesinə sadiq qalıb. Sülh prosesində hər zaman substantiv danışıqları əngəlləyən və status-kvonun möhkəmlənməsinə çalışan Ermənistan isə beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin tələblərindən yayınmaq məqsədilə bu cür təxribatlar və gərginliklər yaratmaqla sülh prosesini təhlükə altına almağa səy göstərir.

Görünür ki, bu ölkə təqribən 30 ildən bəri davam edən işğalçılıq siyasəti qarşılığında beynəlxalq birlik tərəfindən təzyiq görmədiyi üçün qonşu Azərbaycanın yeni ərazilərini işğal etmək həvəsinə düşməkdən də çəkinmir.

Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhəddə törətdiyi zorakılıq aktları və bunun ardınca özünün səbəb olduğu eskalasiya ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xüsusi iclasını çağırmaq cəhdi sübut edir ki, o, hərbi müttəfiqlərini də Azərbaycanla münaqişəyə cəlb etməyə çalışır. Amma Ermənistan bu niyyətinə çata bilməyib.

Azərbaycan bundan sonra da BMT nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək, öz ərazisi və əhalisini istənilən təcavüz aktından qorumaq üçün lazım olan bütün tədbirləri görəcəkdir.
Birmənalı olaraq Azərbaycan ərazilərinin beynəlxalq hüquq normalarına zidd şəkildə işğal altında saxlanmasının nəticəsi olan yeni gərginliklə bağlı artan təzyiqdən xilas olmaq və əvvəllər olduğu kimi danışıqlar prosesini əngəlləmək məqsədilə Ermənistan indi də Ermənistan-Azərbaycan münaqişəsini etnik zəminə keçirməyə çalışır. Buna nail olmaq üçün Ermənistan ermənilər və azərbaycanlılar arasında məqsədli təxribatlar törətmək və Azərbaycanın diplomatik nümayəndəliklərinin ünvanına böhtan atmaqla xarici ölkələrdə nifrət və zorakılıq aksiyalarını təşviq etməyə çalışır. ABŞ, Rusiya və Avropa ölkələrində dinc azərbaycanlı nümayişçilərə qarşı nifrətlə köklənmiş erməni mənşəli şəxslər tərəfindən vəhşicəsinə hücumlar edilib. Onlarla cinayətkar həbs olunub.

Öz zorakılıq aksiyalarını pisləmək əvəzinə rəsmi erməni tərəfi və erməni diaspor təşkilatları bugünlərdə Almaniyadakı və digər müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının guya zorakılıq fəaliyyəti barədə əsassız iddialar irəli sürürlər. Bu iddialar yalandır və onları qətiyyətlə rədd edirik!

Cinayətkar əməllər müvafiq ədliyyə orqanları tərəfindən araşdırılmalıdır. Müəyyən hadisələrlə bağlı hüquqi mühakimə olmadan kimisə günahlandırmağın adı böhtandır.

Biz öz tərəfimizdən, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın müraciətində qeyd etdiyi kimi, Almaniyada yaşayan bütün azərbaycanlıları rasional davranmağa, təxribata imkan verməməyə və ədalət naminə mübarizəni yalnız qanun çərçivəsində davam etdirməyə çağırırıq!"

Mətbuat relizi Almaniyanın aşağıdakı xəbər portallarında alman dilində dərc olunub:

https://pressemitteilungen.sueddeutsche.de/botschaft-der-republik-aserbaidschan-4667548

https://www.tagesspiegel.de/advertorials/ots/botschaft-der-republik-aserbaidschan-die-botschaft-der-republik-aserbaidschan-verurteilt-die-armenischen-angriffe-auf-aserbaidschanisches-staatsgebiet-und-provokationen-im-ausland/26056420.html

https://www.presseportal.de/pm/105475/4667548

https://www.aachener-nachrichten.de/advertorials/presseportal/die-botschaft-der-republik-aserbaidschan-verurteilt-die-armenischen-angriffe-auf-aserbaidschanisches-staatsgebiet-und-provokationen-im-ausland_aid-52529481

https://your-first-way.com/2020/07/31/die-botschaft-der-republik-aserbaidschan-verurteilt-die-armenischen-angriffe-auf-aserbaidschanisches-staatsgebiet-und-provokationen-im-ausland/

https://www.volksfreund.de/pr/presseportal/die-botschaft-der-republik-aserbaidschan-verurteilt-die-armenischen-angriffe-auf-aserbaidschanisches-staatsgebiet-und-provokationen-im-ausland_aid-52529469

Demokratikmusavat.com

Xəbər Lenti

Andiçmə mərasimində valideynlərin iştirakı qadağandır - Müdafiə Nazirliyi

Milli Məclisin növbədənkənar iclası başa çatdı

"Kiminsə məclisinə zorla girib oxuyan müğənni görməmişəm, niyə şou əhlini atəşə tutmusunuz?"

Livanlı deputat: "Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində İslam həmrəyliyi nümayiş etdirdi"

Paşinyan Ermənistanda "partlayışın" qarşısını almaq üçün YALAN DANIŞIR

Cinayətdə haqlı tərəf axtaranlar - Günah həmişə öləndə olur?

Türkiyə Azərbaycana növbəti tibbi yardım göndərəcək

Arzu Nağıyev: "Mərkəzləşmiş xərclər üçün ayrılan vəsaitlərdə müəyyən dəyişikliklər edilməsi lazımdır"

Ermənistanda bir hərbçi ödlü, 3-ü yaralandı

KATİləşən siyasi sayıqlama: Bakıya cəza tələbi - GÜNÜN MÖVZUSU

"Sevgilim deyil, 300 illik dostumdur"

Polisdən qaçan yeniyetmələr silahla Trampın malikanəsinə daxil oldular

Dayanacaqdan yola çıxarkən söyülən avtobus sürücüləri - Əslində, qaydaları pozan kimdir?

Gürcüstanda 9 yeni yoluxma

Oyun meydançasında beton plitə aşdı: uşaq öldü

Qazaxıstandan indiyədək gəmi ilə 180 azərbaycanlı gətirilib

Qəsəbəyə giriş-çıxış bağlandı - Toydan sonra kütləvi yoluxma

Polad Həşimovun adının verildiyi küçə əvvəl Həzi Aslanovun adına olmayıb - Rəsmi - FOTO

Beyrut partlayışı: həlak olan ermənilərin sayı artır - FOTO

Səfir: "Ermənistanın son əməlləri sülh prosesi üçün real perspektivlərə zərbə vurur"

Goranboydakı qətlin təfərrüatı: evli qadını sevgilisi güllələdi - YENİLƏNİB

Seul KXDR ilə ticarətə başlaya bilər

Beyrutda yükü partlayan gəminin kapitanı: “Sənəddə gübrə daşındığı yazılmışdı”

Virusoloq Rusiyada koronavirusun ikinci dalğasının vaxtını açıqlayıb

Avroliqada 1/4 finala yüksələn 4 klub müəyyənləşdi

Rəşad Sadıqova ağır itki üz verib

Qayıdışı rəsmiləşdi - Arda Turanın

Putin İstintaq Komitəsinin 3 generalını istefaya göndərib

Baklda piyadanı motosiklet vurub

Goranboyda qadın aldığı güllə yarasından ölüb

"Mançester Yunayted" və "İnter"Avropa Liqasının 1/4 finalına çıxıblar

Pompeo Avstriya, Sloveniya, Polşa və Çex Respublikasına səfər edəcək

Estoniyada koronavirusun ikinci dalğası başlayır

Moskvada son sutkada koronavirusdan daha 13 nəfər ölüb

Pakistanda partlayış nəticəsində 39 nəfər yaralanıb

"Peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır" - Tanınmış professor

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 206 mindən çox artıb

"Vaksinlərin yaradılmasına milyardlar xərclənir"

Virusun ikinci dalğası nə zaman gəlir?

Qazaxıstan COVID-19 peyvəndinin sınaqlarına başlayır - TARİX AÇIQLANDI

Vasif İsmayıl: Çimərliklərin açılmasında əsas məqsəd D vitamini deyil

Milli Məclisin qarşısında törədilən təxribatla bağlı cinayət işi davam edir - VİDEO

Messi Kasilyasla vidalaşdı

Beyrut limanında baş verən partlayış taxıl ehtiyatının 85 faizini məhv edib

Türkiyədə koronavirusdan sağalanların sayı 219 min nəfəri ötüb

Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib

"Karantin qaydaları yumşalsa da, özümüzə qadağalar qoymalıyıq"

Ermənistanda Rusiya telekanallarının yayımı qadağan edilib

"Amerikada evim var, ora vətəndaşıyam"

Ukrayna hökuməti MDB-nin daha bir sazişindən çıxmaqla bağlı qərar qəbul edib

"Orient Queen" Beyrutdakı partlayışdan sonra batıb - 2 ölü, 7 yaralı

Almaniyanın federal əyalətləri arasında COVID-19 statistikasında Gessen "liderdir"

“Porsche” 400-dən çox avtomobili geri çağırır

Xaricdəki azərbaycanlı professorlar: Qarabağ məsələsi qeyrət, namus, milli şərəf məsələsidir

Yaponiyanın Aiçi prefekturasında da fövqəladə vəziyyət rejimi elan olunub

Hər bir Azərbaycan vətəndaşının sosial həyatı və rifahı dövlət qayğısı ilə daim əhatələnəcək - Bəhruz Quliyev

Bayden seçkiöncəsi təşviqata 280 milyon dollar xərcləməyi planlaşdırır

“Ford” şirkətinin rəhbəri istefa verib

Sahibkarlara icarə haqları 9 ay müddətində hesablanmayacaq

Rusiyada koronavirusun ikinci dalğasının başlayacağı vaxt proqnozlaşdırılıb

Son sutkada Özbəkistanda koronavirusa 764 nəfər yoluxub

Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir

Mayk Taysonla döyüşdən qabaq qulaqlarını sığortalamağı planlaşdırır

Son gündə Qırğızıstanda koronavirusdan 11 nəfər ölüb

"Yaxın adamım mənə dedi ki, ya sənətini dəyiş, ya da..." - Üzeyir Mehdizadə

Banqladeşdə sərnişin qayığı batıb - 17 ölü

Eyfel qülləsinin işıqları Livan üçün söndürüləcək

ABŞ-da son sutkada 57 mindən çox yoluxma qeydə alınıb

BMT: COVID-19 bir milyard tələbə və məktəblinin təhsilinə mane olur

"Azerbaijan Golden Kids Awards 2020"nin mükafatlandırma mərasimi onlayn formatda baş tutacaq - FOTOlar

"Mançester Siti"dən rəsmi transfer

Livanda partlayış nəticəsində Niderland səfirinin həyat yoldaşı ağır yaralanıb

"Məndən nə istəyirsiz, koronavirusu Azərbaycana mən gətirmişəm?"

AQTA koronavirusla bağlı ictimai iaşə müəssisələrinə çağırış etdi - FOTO

Portuqaliya çempionatının başlama tarixi açıqlandı

"Azərbaycan kinosunu 1970-ci illərdəki səviyyədə görmək istəyərdim" - Xalq artisti

İtaliyada mövsümün ən yaxşıları bilindi

"Gecə ilə İnstaqram səhifəm ələ keçirilib" - Elnarə qalmaqallı status barədə

"Sabitlik və təhlükəsizlik pozulan yerlərdə uğurdan danışmaq qeyri-mümkündür"

Kompüter siçanının yaradıcısı öldü

Azad Rəhimov: Çox istərdik ki, idman kompleksləri yenidən idman fəaliyyətinə qayıtsın

İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi

Hindistanda ötən sutka 52 mindən çox yoluxma qeydə alınıb

Banqladeşdə daha 50 nəfər koronavirusdan öldü

Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı, 3 nəfər öldü

Avstraliyada ştatlar arasında sərhədlər bağlanır

Baş infeksionist: "Yumşalma yalnız bu halda ola bilər"

İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi dəyişdirilir

uBankdan yeni imkan: Sizə "Contact" ilə göndərilən pulu banka getmədən alın!

"Qucaqlarda oturmamışam"

Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı

Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlayacaq

Smollinq "Roma"dan ayrıldı

"Dövlət xərclərə görə narahat olmadığını nümayiş etdirdi və heç nəyi vətəndaşlarından əsirgəmədi"

Koronavirusun müalicəsində İNQİLABİ ÜSUL: Seroloji testlərin üstünlükləri

Fransada ikinci dalğa...

"Almaniya koronavirus pandemiyasının ikinci dalğasının başlanğıcındadır"