AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Paşinyan və Soros fondu ayrılmaz dostlardır

  68

İyulun 30-da Rusiyanın "Qazeta.ru" internet-nəşrində İvan Akimovun "Paşinyan və Soros fondu ayrılmaz dostlardır" sərlövhəli məqaləsi dərc edilib. Demokratikmusavat.com Trend-ə istinadən həmin məqaləni ixtisarla təqdim edir.

X X X

Bir neçə gün bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan RBK-ya müsahibə verib. Onun bu müsahibəsi Marqarita Simonyanın Ermənistanda böyük hay-küyə səbəb olmuş bir postu ilə bağlı idi. Bəzi müşahidəçilər baş nazirin bu qərarını gözlənilməz adlandırıblar. Aşkardır ki, "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyinin baş redaktorunun replikası Paşinyanı əməlli-başlı qəzəbləndirib. "Qazeta.ru" saytı Ermənistan hökumətinin başçısının məhz nəyə görə belə qəzəblənməsini araşdırıb.

"Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyinin baş redaktorunun replikası Ermənistan ilə Azərbaycan arasında münaqişənin yenidən kəskinləşməsi fonunda səslənib. Qarşıdurmanın yeni raundu artıq 20 nəfərin həyatı bahasına başa gəlib. Bu mənada Marqarita Simonyanın əslində münaqişəni başlamış rəsmi Yerevana ünvanlanmış postunun ümumi tonu aydındır: "Dayanın! Nə qədər ki, gec deyil, dayanın!"

Xatırladaq ki, Simonyan "özünün də daxil olduğu xalqa deyil, məhz Ermənistan hakimiyyətinə" müraciət edib.

Simonyanın postu

"Özünüzə kənardan baxın. Görün siz nə edirsiniz. Özünüzü necə aparırsınız. Siz necə ermənisiniz? Ermənilər vicdanlı, nəcib və qədirbilən xalqdır. Bu xalq həmişə belə olub... Siz yalnız siyasi qisas xatirinə Rusiyanın dəyişməz müttəfiqi Robert Koçaryanı həbs etdiniz. Siz ölkəni antirusiya ruhlu qeyri-kommersiya təşkilatları ilə doldurmusunuz. Onlar sizin ərazinizdə gənclərə Rusiyada hakimiyyəti necə devirməyi öyrədirlər. Siz Qafqazda antirusiya qüvvələrinin döyüş meydanına çevrilmişiniz. Siz rusiyalı erməni biznesmenləri qovmusunuz. Sizin media və sosial şəbəkələr Rusiyanın üzərinə hər an çirkab atırlar".

Simonyan öz postunu belə bir ritorik sualla tamamlayıb: Azərbaycan ilə sərhəddə vəziyyətin bu dəfəki kəskinləşməsini də Ermənistanın daxili işi hesab etmək olarmı?

Paşinyan qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə iradlara cavab olaraq bildirib ki, bu təşkilatlar onun hakimiyyətə gəlişindən əvvəl işləməyə başlayıblar. Baş nazir RBK-ya müsahibəsində deyib: "Onlar yaradılan vaxt Rusiyada heç kəs Ermənistan hökumətinin rusiyapərəst meyillərinə şübhə etmirdi. Bütün bu təşkilatlar Robert Koçaryanın, Serj Sarkisyanın dövründə yaradılıb. Əgər onlar həqiqətən rusiyapərəst idilərsə, nə üçün bu təşkilatları bağlamayıblar?"

Əslində

Paşinyan məsələni belə təqdim etməyə çalışır ki, Sovet İttifaqı dağılandan sonra Yerevan Rusiyaya qarşı çox da loyal olmayıb. Bununla bərabər yaxşı məlumdur ki, Paşinyanın dövründə hakimiyyətdə əsas vəzifələri Corc Sorosun dəstəklədiyi qeyri-kommersiya təşkilatlarının yetirmələri tutmağa başlayıblar. Burada faktlar göz qabağındadır. "Paşinyanın uğrunda" küçələrə çıxanların da çoxu məhz qərbpərəst əhval-ruhiyyəli insanlardır.

Ermənistanın ali siyasi dairələrində daha bir iddialı fiqur ədliyyə nazirliyinin yeni rəhbəri Rustam Badasyandır. Badasyan bu vəzifəyə təyin edilənə qədər mətbuatda belə şayiə yayılmışdır ki, onun namizədliyini Soros fondunun Ermənistandakı icraçı direktoru Larisa Minasyan dəstəkləyib.

"Qazeta.ru" bundan əvvəl də yazmışdı ki, məsələn "Transparency International" təşkilatının seçki proqramlarının keçmiş əlaqələndiricisi Armen Qriqoryan Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə təyin edilib, dövlət nəzarət xidmətinin keçmiş rəisi David Sanasaryan qərbpərəst amerikalı Raffi Ovannisyanın başçılıq etdiyi "irs" partiyasının yetirməsidir. Məhz Sanasaryan RF səfirliyinin binasına yumurta atmaqla məşhurlaşıb.

Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanesyan televiziyaya verdiyi müsahibələrin birində bildirib ki, Sorosun fəaliyyəti Ermənistan üçün təhlükədir.

Görünür, bu hərəkəti ona bağışlamayıblar - az sonra Vanesyanı həmin xidmətin başçısı vəzifəsindən getməyə məcbur etdilər, onun yerinə isə o vaxta qədər xüsusi xidmətlərdə bircə gün də işləməmiş 29 yaşlı Arqişti Karamyanı təyin etdilər. Yeri gəlmişkən, Karamyanın bu "siyasi" təyinatından sonra peşəkar çekistlərin həmin qurumdan kütləvi şəkildə axını müşahidə olunur.

"Açıq cəmiyyət - Ermənistan" fondu koronavirusa qarşı mübarizə üçün 600 min dollardan çox vəsait ayırıb. Belə bir fakt da diqqəti cəlb edir ki, Ukrayna ilə yanaşı Ermənistan milyarderin maliyyələşdirdiyi təşkilatın bu cür dəstəyinə "layiq görülmüş" yeganə postsovet ölkəsidir.

Sorosun və onun strukturlarının Ermənistanın siyasi və ictimai həyatında iştirakını tənqid edən "VETO" təşkilatının fəalları əslində Paşinyanın güc orqanları tərəfindən repressiyaya məruz qalırlar. VETO-nun təsisçisi Narek Malyan və müxalifətçi "Adekvat" partiyasının görkəmli funksioneri Konstantin Ter-Nakalyan qanunsuz olaraq silah saxlamaqda və gəzdirməkdə ittiham edilərək polis idarəsinə aparılıb.

Ekspertlər Yerevanda Rusiya biznesi üçün yaradılan problemləri də xatırlayırlar. Rusiya XİN-in rəhbəri Sergey Lavrov bu barədə danışıb.

Beləliklə, yalnız bu nəticəyə gəlmək olar ki, Ermənistanın indiki hökuməti Corc Sorosun strukturları ilə çox səmimi, dostcasına əlaqə saxlayırlar.

"Rosbalt" yazır ki, hazırda Soros RF-də "arzuedilməz təşkilat" hesab olunan qondarma "Açıq cəmiyyət"in himayəsi altında 60-a yaxın təşkilatı maliyyələşdirir. Bu təşkilatlar praktiki olaraq respublikanın bütün fəaliyyət sahələrini, o cümlədən mass-media, jurnalist təhqiqatları, siyasi tədqiqatlar, gənclər siyasəti, insan haqlarının müdafiəsi, təhsil, elm və başqa sahələri əhatə edirlər.

Bir tərəfdən bu heç də həmişə pis hal sayılmamalıdır. Ermənistanın koronavirusa qarşı mübarizəsində Nikol Paşinyan bu istiqamətdə işi puç edəndən və ölkəni xəstəliyin statistikası və ölüm hallarının sayına görə dünyada autsayderlərdən birinə çevirəndən Sorosun köməyi çox yerinə düşdü. Lakin məsələyə daha qlobal mövqedən baxsaq Ermənistanın indiki rəhbərliyinin Soros fondu ilə aşkar əlaqəsi Rusiyaya və onun milli mənafelərinə heç bir yaxşılıq vəd etmir. Marqarita Simonyanın postu və Paşinyanın həmin posta cavabı isə bu reallığı daha açıq göstərdi.

Demokratikmusavat.com

Xəbər Lenti

Paşinyan Ermənistanda "partlayışın" qarşısını almaq üçün YALAN DANIŞIR

Cinayətdə haqlı tərəf axtaranlar - Günah həmişə öləndə olur?

Türkiyə Azərbaycana növbəti tibbi yardım göndərəcək

Arzu Nağıyev: "Mərkəzləşmiş xərclər üçün ayrılan vəsaitlərdə müəyyən dəyişikliklər edilməsi lazımdır"

Ermənistanda bir hərbçi ödlü, 3-ü yaralandı

KATİləşən siyasi sayıqlama: Bakıya cəza tələbi - GÜNÜN MÖVZUSU

"Sevgilim deyil, 300 illik dostumdur"

Polisdən qaçan yeniyetmələr silahla Trampın malikanəsinə daxil oldular

Dayanacaqdan yola çıxarkən söyülən avtobus sürücüləri - Əslində, qaydaları pozan kimdir?

Gürcüstanda 9 yeni yoluxma

Oyun meydançasında beton plitə aşdı: uşaq öldü

Qazaxıstandan indiyədək gəmi ilə 180 azərbaycanlı gətirilib

Qəsəbəyə giriş-çıxış bağlandı - Toydan sonra kütləvi yoluxma

Polad Həşimovun adının verildiyi küçə əvvəl Həzi Aslanovun adına olmayıb - Rəsmi - FOTO

Beyrut partlayışı: həlak olan ermənilərin sayı artır - FOTO

Səfir: "Ermənistanın son əməlləri sülh prosesi üçün real perspektivlərə zərbə vurur"

Goranboydakı qətlin təfərrüatı: evli qadını sevgilisi güllələdi - YENİLƏNİB

Seul KXDR ilə ticarətə başlaya bilər

Beyrutda yükü partlayan gəminin kapitanı: “Sənəddə gübrə daşındığı yazılmışdı”

Virusoloq Rusiyada koronavirusun ikinci dalğasının vaxtını açıqlayıb

Avroliqada 1/4 finala yüksələn 4 klub müəyyənləşdi

Rəşad Sadıqova ağır itki üz verib

Qayıdışı rəsmiləşdi - Arda Turanın

Putin İstintaq Komitəsinin 3 generalını istefaya göndərib

Baklda piyadanı motosiklet vurub

Goranboyda qadın aldığı güllə yarasından ölüb

"Mançester Yunayted" və "İnter"Avropa Liqasının 1/4 finalına çıxıblar

Pompeo Avstriya, Sloveniya, Polşa və Çex Respublikasına səfər edəcək

Estoniyada koronavirusun ikinci dalğası başlayır

Moskvada son sutkada koronavirusdan daha 13 nəfər ölüb

Pakistanda partlayış nəticəsində 39 nəfər yaralanıb

"Peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır" - Tanınmış professor

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 206 mindən çox artıb

"Vaksinlərin yaradılmasına milyardlar xərclənir"

Virusun ikinci dalğası nə zaman gəlir?

Qazaxıstan COVID-19 peyvəndinin sınaqlarına başlayır - TARİX AÇIQLANDI

Vasif İsmayıl: Çimərliklərin açılmasında əsas məqsəd D vitamini deyil

Milli Məclisin qarşısında törədilən təxribatla bağlı cinayət işi davam edir - VİDEO

Messi Kasilyasla vidalaşdı

Beyrut limanında baş verən partlayış taxıl ehtiyatının 85 faizini məhv edib

Türkiyədə koronavirusdan sağalanların sayı 219 min nəfəri ötüb

Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib

"Karantin qaydaları yumşalsa da, özümüzə qadağalar qoymalıyıq"

Ermənistanda Rusiya telekanallarının yayımı qadağan edilib

"Amerikada evim var, ora vətəndaşıyam"

Ukrayna hökuməti MDB-nin daha bir sazişindən çıxmaqla bağlı qərar qəbul edib

"Orient Queen" Beyrutdakı partlayışdan sonra batıb - 2 ölü, 7 yaralı

Almaniyanın federal əyalətləri arasında COVID-19 statistikasında Gessen "liderdir"

“Porsche” 400-dən çox avtomobili geri çağırır

Xaricdəki azərbaycanlı professorlar: Qarabağ məsələsi qeyrət, namus, milli şərəf məsələsidir

Yaponiyanın Aiçi prefekturasında da fövqəladə vəziyyət rejimi elan olunub

Hər bir Azərbaycan vətəndaşının sosial həyatı və rifahı dövlət qayğısı ilə daim əhatələnəcək - Bəhruz Quliyev

Bayden seçkiöncəsi təşviqata 280 milyon dollar xərcləməyi planlaşdırır

“Ford” şirkətinin rəhbəri istefa verib

Sahibkarlara icarə haqları 9 ay müddətində hesablanmayacaq

Rusiyada koronavirusun ikinci dalğasının başlayacağı vaxt proqnozlaşdırılıb

Son sutkada Özbəkistanda koronavirusa 764 nəfər yoluxub

Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir

Mayk Taysonla döyüşdən qabaq qulaqlarını sığortalamağı planlaşdırır

Son gündə Qırğızıstanda koronavirusdan 11 nəfər ölüb

"Yaxın adamım mənə dedi ki, ya sənətini dəyiş, ya da..." - Üzeyir Mehdizadə

Banqladeşdə sərnişin qayığı batıb - 17 ölü

Eyfel qülləsinin işıqları Livan üçün söndürüləcək

ABŞ-da son sutkada 57 mindən çox yoluxma qeydə alınıb

BMT: COVID-19 bir milyard tələbə və məktəblinin təhsilinə mane olur

"Azerbaijan Golden Kids Awards 2020"nin mükafatlandırma mərasimi onlayn formatda baş tutacaq - FOTOlar

"Mançester Siti"dən rəsmi transfer

Livanda partlayış nəticəsində Niderland səfirinin həyat yoldaşı ağır yaralanıb

"Məndən nə istəyirsiz, koronavirusu Azərbaycana mən gətirmişəm?"

AQTA koronavirusla bağlı ictimai iaşə müəssisələrinə çağırış etdi - FOTO

Portuqaliya çempionatının başlama tarixi açıqlandı

"Azərbaycan kinosunu 1970-ci illərdəki səviyyədə görmək istəyərdim" - Xalq artisti

İtaliyada mövsümün ən yaxşıları bilindi

"Gecə ilə İnstaqram səhifəm ələ keçirilib" - Elnarə qalmaqallı status barədə

"Sabitlik və təhlükəsizlik pozulan yerlərdə uğurdan danışmaq qeyri-mümkündür"

Kompüter siçanının yaradıcısı öldü

Azad Rəhimov: Çox istərdik ki, idman kompleksləri yenidən idman fəaliyyətinə qayıtsın

İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi

Hindistanda ötən sutka 52 mindən çox yoluxma qeydə alınıb

Banqladeşdə daha 50 nəfər koronavirusdan öldü

Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı, 3 nəfər öldü

Avstraliyada ştatlar arasında sərhədlər bağlanır

Baş infeksionist: "Yumşalma yalnız bu halda ola bilər"

İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi dəyişdirilir

uBankdan yeni imkan: Sizə "Contact" ilə göndərilən pulu banka getmədən alın!

"Qucaqlarda oturmamışam"

Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı

Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlayacaq

Smollinq "Roma"dan ayrıldı

"Dövlət xərclərə görə narahat olmadığını nümayiş etdirdi və heç nəyi vətəndaşlarından əsirgəmədi"

Koronavirusun müalicəsində İNQİLABİ ÜSUL: Seroloji testlərin üstünlükləri

Fransada ikinci dalğa...

"Almaniya koronavirus pandemiyasının ikinci dalğasının başlanğıcındadır"

Alimlər İngiltərədə daha güclü ikinci COVID dalğası barədə xəbərdarlıq edirlər

Bu gün Avroliqa bərpa olunur - 4 oyun keçiriləcək