AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Türkiyə parlamentinin sədri: "Hər şərt altında Azərbaycanın yanındayıq"

  835

Demokratikmusavat.com Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopun APA-ya müsahibəsini təqdim edir:

- İyulun 12-dən başlayaraq Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində təxribatlar törətdiyi məlumdur. Artıq Türkiyə Prezidenti, Xarici İşlər və Müdafiə nazirləri Ermənistanın təxribatlarını qınayıblar. Sizin bu barədə düşüncələriniz nədir?

- Ermənistan-Azərbaycan sərhədində təxribatlar başlayan an mən bir açıqlama verdim. Ermənistanın təcavüzkar hərəkətləri sadəcə Ermənistanla Azərbaycan arasında bir məsələ deyil. Bu, bölgədə sülh baxımından böyük təhdiddir, ciddi riskdir. Hadisələrin gedişatı Ermənistan hakimiyyətinin bu hücumlarda israrlı olduğunu göstərir. Qardaş Azərbaycanın Tovuz bölgəsində Ermənistanın təxribatı nəticəsində şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirəm, Azərbaycan xalqının, hökumətinin başı sağ olsun.

Əlbəttə ki, Azərbaycan lazım olan reaksiyanı göstərir. Fəqət Ermənistanın bu təcavüzkar addımlarına dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların da yüksək tonda səs çıxarması lazımdır. Bu təcavüzkar davranışlarına görə başda ATƏT-in Minsk Qrupu olmaqla bütün beynəlxalq təşkilatlar Ermənistana xəbərdarlıq etməlidir. Ermənistan əvvəllər də belə təcavüzkar mövqedə olduğunu nümayiş etdirib və bu hərəkətlərini davam etdirəcəyinə dair işarələr verir. Yenə də vurğulayıram ki, bu, bölgə baxımından da çox ciddi bir təhdid yaradır.

Onsuz da Ermənistanın işğal etdiyi ərazilərlə bağlı başda BMT olmaq üzrə, beynəlxalq təşkilatların beynəlxalq hüquqa söykənən məlum qərarları var. Ancaq Ermənistan bu qərarların ziddinə olan davranışlarına görə lazımi cavabı almalıdır. Bu mənada buradan bütün beynəlxalq təşkilatları, o cümlədən ATƏT-in Minsk Qrupunu, ATƏT Parlament Assambleyasını konkret davranış göstərməyə dəvət edirəm.

Biz Azərbaycanla qardaş ölkəyik. "Bir millət, iki dövlət" prinsipinə uyğun Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycanın məsələsi Türkiyənin məsələsidir. Əvvəldən mövqeyimiz konkretdir, hər şərt altında Azərbaycanın yanındayıq və baş verənlərlə əlaqədar Türkiyə Böyük Millət Məclisinin rəhbəri olaraq da üzüntümü ifadə edirəm.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərhəddəki toqquşmalarla bağlı narahatlığını ifadə edərək bildirdi ki, Ermənistanın sistemli hücumları uzunmüddətli münaqişə yarada bilər və bu da bölgəyə təsir edəcək. Türkiyə Prezidenti bölgə ölkələrini də prinsipial və səmimi olmağa dəvət etdi. TBMM-nin rəhbəri olaraq Sizin də hər hansı çağırışınız var?

- Hörmətli Prezidentimizin ifadəsi ilə desək Ermənistanın Dağlıq Qarabağı işğal etməsindən bəri davam edən aqressiv və işğalçılığı körükləyən davranışlarının bölgədə ağır münaqişələrə gətirib çıxara biləcək potensialı var. Bu hücumlar təkcə Azərbaycanın deyil, regionun da sabitliyini pozur. Bölgə ölkələrinin də buna qarşı bir tədbir görməsi lazımdır. Regionda sülhü bərqərar etməkdə bölgə ölkələrinin də öz məsuliyyətləri var və bununla bağlı onların da lazımi addım atmalarının vacibliyini düşünürük. Ermənistan region dövlətlərindən lazımi müqavimət görmədikcə bu hərəkətlərini daha da artıracaq. Cənab Prezidentimizin də dediyi kimi, başda bölgə ölkələri olmaq üzrə beynəlxalq təşkilatların prinsipial və səmimi mövqe ortaya qoyması lazımdır.

- ATƏT-in Minsk Qrupunun həmsədrləri bu dəfə də loyal mövqe göstərək sadəcə ümumi bir bəyanatla kifayətləndi. Siz TÜRK PA dönəm başqanı olduğunuz zamanda ATƏT PA ilə əməkdaşlığınız müddətində bu qurumun sözügedən məsələyə mövqeyi necə olub və bu Sizi qane edir?

- ATƏT PA bu mövzuda hadisələrin ağırlığına, önəmliliyinə uyğun bir açıqlama verməyib. "Twitter" üzərindən başdansovdu bir açıqlama vardı. Əslində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası regionun təhlükəsizliyinə məsuliyyət daşıdığına görə, daha ciddi reaksiya verməlidir. Bu məsələdə ATƏT PA-da bizi təmsil edən nümayəndəmizə də bildirmişəm, Türkiyə olaraq belə bir davranışı bu təşkilatdan gözlədiyimizi ifadə etsin.

Bir daha azərbaycanlı qardaşlarımıza başsağlığı verirəm, yaralılara şəfa diləyirəm. 

Demokratikmusavat.com

Xəbər Lenti

“Sileks”in baş məşqçisi: ""Qarabağ" qarşılaşmanın aşkar favoritidir"

Günay diqqət çəkən köynəyindən danışdı: "Əvvəllər azərbaycanlı kişilər... " - FOTO

“Qarabağ”ın rəqibini yaxından tanıyaq

Britaniyanın miqrantlara qarşı yeni mübarizə üsulu...

Kavaninin yeni klubu müəyyənləşdi

Rusiyada daha 77 nəfər koronavirusdan öldü

Azərbaycanda əsgərlər ilk dəfə belə and içdilər - FOTO

Lukaşenko: "Belarusda xaos olmayacaq"

“Köln” klubunun iki futbolçusu koronavirusa yoluxub

Sabahdan Maştağa sakinləri "BakuBus" avtobusları ilə gedib-gələcəklər

Qurban Qurbanov: “Rəqiblə durumumuz eynidir”

Bill Geyts “TikTok” anlaşmasını “içi zəhər dolu stəkana” bənzətdi

Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər bilindi

ABŞ kəşfiyyatı: “Rusiya Trampın, Çin isə Co Baydenin prezident olmasını istəyir”

Velosiped oğrusu tutuldu

“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - FOTO - VİDEO

İranda güclü zəlzələ olub

Toylarsız qalan meyxanaçı Vüqar Əbdülov "maklerliyə" başladı - FOTO

Çimərliklərdə bugünkü vəziyyət - Yenə sıxlıq - FOTO

Avropa Liqasında mövsümün ilk püşkü atıldı

Belarus MSK: Belarusda prezident seçkiləri baş tutub

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atıldı

Levandovski 4-cü oldu

Ermənistanda daha 225 nəfərdə koronavirus aşkarlandı

“Daha pis olacağını gözləyirdim”

Rasim Balayevin 72 yaşı tamam oldu - FOTO

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi

Belarusda prezident seçkilərində seçicilərin fəallığı 45,33% olub

"Yuventus" Sarriyə təzminat ödəyəcək

Meksikada koronavirusdan ölənlərin sayı 51 mini ötüb

Arzu Nağıyev: "Belarusda keçirilən prezident seçkilərində səsvermə qanunvericiliyə uyğun şəkildə gedir" - FOTO

Bakıda tanımadığı yeniyetməyə qarşı quldurluq edən 30 yaşlı İslamın gülünc motivi: "Dedi polisə şikayət etsən, səni tapıb öldürəcəm"

Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər - FOTO - VİDEO

Lukaşenko səs verdi

"Arsenal"da mövsümün futbolçusu müəyyənləşdi

"Qlyukoza" 3 illik deportasiya olundu

Alimlər hazırladıqları koronavirus peyvəndini öz üzərlərində sınaqdan keçirdilər

Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

"Başakşehir"də yeni transfer

İstanbulda avtobus qəzaya uğradı: 5 ölü, 26 yaralı - VİDEO

ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan YENİ PROQNOZ

Hindistanda oteldə yanğın: 7 nəfər ölüb - VİDEO

Suraxanıda qardaşını öldürən şəxs saxlanıldı

Azərbaycan-Türkiyə təlimlərində xüsusi təyinatlılar - FOTO - VİDEO

Arye Qut: "Ermənistanda faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib"

Gürcüstanda 9 yeni yoluxma...

Tovuzda bıçaqlanan qadın öldü

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda avtobuslar üçün zolaqların təşkili ilə bağlı təklif hazırlanıb, 5 əlavə ekspress xətt istifadəyə veriləcək

Çində koronavirusa 23 nəfər yoluxub

Çexiyada güclü yanğın: 11 nəfər öldü, 3-ü uşaqdı

"İldə 100 min dollardan az qazananlar üçün əmək haqqı vergisi ilə bağlı vergi tətilləri elan edirəm"

Livanın baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib

Kanadada tornado 2 nəfərin ölümünə səbəb olub

Çempionlar Liqasının 1/4 finalçıları bilindi - "Bavariya" "Barselona"ya rəqib oldu"

Braziliyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb

Belarusda prezident seçkiləri başlayıb

Cəbhədə son vəziyyət: mövqelərimiz pulemyotlardan və snayperlərdən atəşə tutuldu

Beyrutda iğtişaşlar: 728 nəfər yaralandı

Qazaxıstanda daha 872 nəfər koronavirusa yoluxub

"Payızın sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi qalacaq"

Moskvada koronavirusdan daha 12 nəfər öldü

Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib

Mingəçevirdə birmərtəbəli ev yanıb

Maurisionun biri gedir, biri gəlir – “Yuventus” Poçettinoyla danışıqlara başlayır

Beyrutda nümayişçilər XİN binasına girdilər, 130 yaralı var

Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib

İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq

ABŞ-da son sutkada COVID-19-dan 1 243 nəfər ölüb