MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə yayılan məlumatlar yalandır

 

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.

Bu barədə Demokratikmusavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.

Demokratikmusavat.com

0.13133502006531