AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Yolu Bakıdan keçən marşal: Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri - FOTO

  82

O, SSRİ-nin 70 il mövcud olduğu dövrün 40 ilində ən yüksək vəzifə kürsülərinə sahiblik edib, 1935-ci ildə marşal rütbəsi təsis ediləndə bu ali rütbəni alan ilk beş nəfərdən biri də məhz Kliment Voroşilov olub. 

On beş hərbi nazir vəzifəsini daşıyan Voroşilovun heç bir ali təhsili olmayıb. 1930-cu illərdə ölkədə universitetlər, akademiyalar yaradılanda, Siyasi Büroda yüksək vəzifəli hərbçilərin təhsil alması müzakirəyə çıxarılarkən Kliment Voroşilov İosif Stalinə müraciət edib:

- Koba, məni nə vaxt oxumağa göndərəcəksən?

Stalin bu suala təbəssümlə cavab verib:

- Heç vaxt, sənin oxumağına ehtiyac yoxdur.

Voroşilov Stalinə məhz "sən" və "Koba" deyərək müraciət edib. Onların arasında dostluq münasibətləri hələ inqilabdan əvvəlki illərdə yaranıb. 1900-cü illərin əvvələrindən Voroşilov inqilabi hərəkata qoşulub, "Volodin" təxəllüsü ilə Luqanskda, Petroqradda və Bakıda gizli partiya fəaliyyəti ilə məşğul olub.

Demokratikmusavat.com musavat.com-a istinadən bildirir ki, vətəndaş müharibəsinin ən fəal iştirakçılarından olan Voroşilov 1918-1920-ci illərdə 10-cu ordunun komandanı, cənub cəbhəsi hərbi şurasının üzvü, bir neçə ay Ukrayna daxili işlər komissarı, Xarkov hərbi dairəsinin komandanı vəzifələrində işləyib.

Qatı Stalinçi kimi tanınan Voroşilov 1925-ci ildə SSRİ-nin hərbi naziri təyin edilib. Onun bu quruma 15 illik rəhbərlik dövrü hərbi araşdırmaçılar tərəfindən ordu quruculuğunda heç də uğurlu bir dövr kimi qiymətləndirlməyib.

1939-1940-cı illərdə sovet-fin müharibəsində ən uğursuz hərbi əməliyyat Voroşilovun adı ilə bağlı olub. Sovet-alman müharibəsi zamanı Dövlət Müdafiə Komitəsinin üzvü olan Voroşilov şimal-qərb cəbhəsinə komandanlıq edib. Məhz onun səriştəsizliyi ucbatından Leninqrad alman qoşunları tərəfindən mühasirəyə düşüb. Vəziyyətin son dərəcə gərgin və mürəkkəb olduğunu anlayan İosif Stalin Georgi Jukovu Leninqrada göndərərək Voroşilovu geriyə, Moskvaya çağırıb.

Əslində Voroşilovu şimal-qərb cəbhəsindəki uğursuzluğa görə ən ağır cəza gözləyib, Kreml məmurları onun hərbi kollegiya tərəfindən güllələnəcəyi haqqında hökmün çıxarılacağını düşünüb. Amma hər şey əksinə olub. Stalin köhnə dostluğu unutmayıb. Qeyd edək ki, Voroşilov yeganə şəxs olub ki, buraxdığı səhvlərə görə Stalin tərəfindən bir-neçə dəfə bağışlanıb.
Təbii ki, Stalinin marşala bu cür münasibəti səbəbsiz olmayıb. Voroşilov öz sədaqəti ilə Stalini ovsunlaya bilib, onun ən güclü təbliğatçısına çevrilib. Stalin repressiyaları zamanı Voroşilov çox vaxt könüllü olaraq illərlə tanıdığı, ailə dostu olduğu insanları çox asanlıqla güdaza verib. Müntəzəm olaraq orduda xidmət edən yüksək çinli hərbçilərin siyahısını Yejovun "repressiya aparatına" göndərib. Siyahılarda marşal Rokossovskinin adı da əks olunub. Bu məsələdə onun üçün əsas meyar yalnız Stalinin xoşuna gəlmək, rəhbərin "sevimli kadr"na çevrilmək prinsipi əsas tutulub.

Voroşilovu digərlərindən fərqləndirən cəhətlərindən biri cəlbedici nitqi, insan kütlələrini inandırmaq bacarığı, xoş ünsiyyət yaratmaqla nüfuz qazanmağı olub. O, xalq arasında böyük populyarlığı ilə özünü sevdirməyi bacarıb.

Kremldaxili oyunlardan həmişə qalib çıxan Voroşilov Stalinin vəfatından sonra da mövqelərini qoruya bilib. Vaxtilə Stalinin ən yaxın silahdaşı olan marşal Xruşovun da ürəyinə yol tapıb və 1953-cü ildə o, Nikita Xruşovun təşəbbüsü ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçilib.

Xruşovu ələ alaraq hakimiyyətin ən yüksək eşalonunda təmsil olunan Kliment Voroşilov 1957-ci ildə sonralar "antipartiya qrupu" adlanan Vyaçeslav Molotov, Gorgi Malenkov, Lazar Kaqanoviçə dəstək verərək saray çevrilişinə cəhd edənlərin fəallarından birinə çevrilib. Şanslı marşalın bu dəfə də bəxti gətirib. Hakimiyyəti əldə saxlaya bilən Xruşov Voroşilovu bu xəyanətinə görə vəzifəsindən uzaqlaşdırmayıb. Amma sözsüz ki, onunla vidalaşmağa məqam gözləyib.

Xruşovun oğlu Sergey Xruşov öz xatirələrində bu haqda yazıb:
"Atamla Voroşilovun arasındakı münasibətlər çox da səmimi olmayıb. Voroşilov hakim dairələrdə olduğu bütün dövrlərdə qisas hissi ilə yaşayıb. O, vəzifədə qalmağı üçün ən yaxın silahdaşlarını belə güdaza verməyə hazır olub. Uzun illər orduda birgə xidmət etdiyi Konstantin Rokossovski haqqında Stalinə yazdığı məktub bu gün də arxivlərdə saxlanılır. Bu qısqanclıqdan irəli gəlib. Voroşilov Stalinin yanında yalnız özünü görmək istəyib. Atam yeni siyasi konfliktlərin yaranmaması üçün Voroşilovu SSRİ Ali Soveti Rəyasət Heyətinə sədr vəzifəsinə seçdirmişdi. Əslində onun bu vəzifədəki səlahiyyətləri məhdudlaşdırılmışdı və özü də bunu bilirdi və deyirdi ki, mən heç bir səlahiyyətə malik olmayan SSRİ-nin fəxri prezidentiyəm. İranın SSRİ-dəki səfiri ilə görüşündən sonra isə atam onunla konkret danışıb və artıq getmək vaxtının olduğunu bildirib. Belə ki, bu görüş zamanı Voroşilovun səfirə "siz nə qədər bu şahla (İran şahı nəzərdə tutulur) işləyəcəksiniz, nə qədər ona dözəcəksiniz" deməsi atamı qəzəbləndirib. Görüşdən sonra atamın onunla ciddi söhbəti olub. "Sənin bu cür danışıqların yeni müharibələr yaradacaq, sən artıq getməlisən" deyərək fikrini bildirib..."

Bununla da, 1960-cı ilin may ayında 80 yaşlı Kliment Voroşilov SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən azad edilib. Uzunömürlü marşal 1969-cu ildə 89 yaşında vəfat edib. Onun nəşi yandırılaraq Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.

Demokratikmusavat.com

Xəbər Lenti

Paytaxtda oğurluq və narkotik satışı ilə məşğul olan şəxslər saxlanıldılar - FOTO

"Bos Shelf": ACE layihəsi üçün dayaq bloklarının yola salınması gələn ilin sonunda gözlənilir

Mədəniyyət Nazirliyində İşçi qrup yaradıldı

Oqtayın Ayselə xəyanət mesajları üzə çıxdı - VİDEO

Pandemiya dövründə ictimai iaşə müəssisələri necə fəaliyyət göstərməlidir? - FOTO

Pandemiya zamanı biznesinizi xilas edin!

“Feyenoord”un daha bir futbolçusu koronavirusa yoluxub

Azərbaycanda gümüşün qiyməti 50 manata yaxınlaşır

Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib

Putin əhalinin 60 faizə qədərini qripə qarşı vaksinləşdirmək barədə tapşırıq verib

SOCAR və “Equinor” birgə müəssisə yaradır

Sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq

Avqustun 14-dən banklarda bloklanmış əmanətlərin qaytarılmasına başlanılacaq

Təranə Qumralın qızı yenə qınandı - Bu VİDEOya görə

Azyaşlı oğlunu velosiped oğurlamağa təhrik edən ata saxlanıldı - FOTO - VİDEO

Paris yaxınlığında yaşayış evi yanıb: ölənlər var

Hamilə qala bilmədiyi üçün həkimə gedən qadın "kişi" çıxdı - İllərdir özü də bilmirmiş - FOTO

Rusiyada daha 130 nəfər koronavirusdan öldü

Rusiya millisinin keçmiş futbolçusu meydanda hakimi döyüb - VİDEO

"Qəhqəhə səbəbim, heyran qaldığım" - İradədən həyat yoldaşına

Evə basqın edən şəxs 64 min manat pul apardı

Ceyhun Bayramov Ərdoğanla görüşəcək

Ceyhun Bayramov: "Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə uğurla inkişaf edir"

Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü keçirilib - YENİLƏNİB - FOTO

Tərk edilmiş "Qarabağa" qayıdırıq. Qarabağ bizimdir

"2006-2009-cu illərdə sığortaedənlərin ödədiyi vəsaitin 75 faizi işçilərin fərdi hesablarına yerləşdirilib" - Nazir

Hər 1000 manat kredit üçün, ayda 33 manat ödəniş edin!

Gürcüstanda son sutkada 14 yoluxma qeydə alınıb

Diplomatiya Könüllülərinin növbəti layihəsi - "Mən Qarabağam, Qarabağ Azərbaycandır!" - VİDEO

Ağ Ev yaxınlığındakı atışma zamanı məxfi xidmət əməkdaşı yaralanıb

Neboyşa Stefanoviç: "Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

"Deyirlər, yaşın keçib, qocalmısan"

Serbiyanın Baş nazirinin müavini: "Serbiya və Azərbaycan arasında güclü dostluq münasibətləri mövcuddur"

Serbiya Baş nazirinin müavini və Azərbaycan nümayəndələri arasında görüş keçirilir - FOTO

Kənandan ayrılıq xəbərlərinə reaksiya

Xaçmazda ər arvadını döyüb öldürdü

Röya Ayxan oğlu ilə - FOTO

Azərbaycan Beynəlxalq Bankı FICOSiron® proqramının tətbiqini başa çatdırdı

Braziliyada daha 22 min yoluxma...

Pandemiyadan zərər çəkmiş sahibkarlara Azərbaycan Beynəlxalq Bankından güzəştli kredit

Ağ Ev yaxınlığında baş vermiş atışmaya görə Tramp brifinqi tərk etdi - VİDEO

Aysel Şükürlə Oqtayın ayrılığına səbəb xəyanət imiş - VİDEO - FOTO

Azərbaycan - Lüksemburq matçının məkanı dəyişdirilə bilər

Ukrayna Futbol Federasiyasının prezidenti koronavirusa yoluxdu

Konor Makqreqor evləndi - FOTO

Ronaldu ən yaxşı oyunçu seçildi

Venesuelada rekord sayda yoluxma qeydə alınıb

Avropa Liqasında görünməmiş seriya

İraq Komandılığı ABŞ karvanına hücumu təkzib etdi

Davamlı hıçqırıq koronavirusun əlaməti ola bilər

Yarım milyondan çox əcnəbi Küveytdən deportasiya ediləcək

Bakıda piyadanı avtomobil vurub

İmtahan nəticələri ilə bağlı 17 avqustda apelyasiya prosesi təşkil ediləcək

"Mançester Yunayted" Avropa Liqasının yarımfinalına çıxıb

2173 nəfər buraxılış və qəbul imtahanlarında iştirak etməyib

Dünyada koronavirusa yoluxanların sayı 253 mindən çox artıb

Astarada 2 otaqlı ev yanıb

İraq-Küveyt sərhədi yaxınlığında partlayış baş verib

Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub

Livan prezidenti hökumətin istefasını qəbul edib

23-24 iyul tarixlərində keçirilən imtahanların nəticələri elan olunub

"Barselona"dan rekord göstərici

Türkiyə XİN: Ermənistan bölgədə sülhün bərqərar olmasına əsas əngəldir

Ər hamama gizli kamera yerləşdirdi - Xanımı dəhşətə gəldi: "Anamın və rəfiqələrimin..."

Bu ölkədə 100 gündür koronavirusa yoluxma qeydə alınmır

ABŞ-da güclü partlayış olub

De Byazi Bakıya gəldi, test verdi

Çində yayılan SFTS epidemiyaya səbəb olacaq? - Mütəxəssis rəyi

ABŞ-da son sutkada koronavirusdan 528 nəfər vəfat edib

ABŞ hazırlayacağı vaksini yalnız bu şərtlə dünyaya paylayacaq - NAZİR

Livanın baş naziri hökumətin istefasını elan edib

"İnsanlar elə bilirlər ki, virus yoxa çıxıb" - Baş infeksionist

ABŞ və Portuqaliyanın botanika bağlarından alınan ekzotik bitkilər Abşeronda əkilə bilər - YENİ TƏDQİQAT

Sosial mediada gündəm olan hadisənin detalları açıqlandı: qohumlarına tava atarkən...

Bu sahibkarlıq subyektlərində sanitar-epidemioloji tələblər pozulub

Operativ Qərargah koronavirus testlərinin qiymətinin optimallaşdırılması üçün tədbirlər görməlidir - Musa Quliyev

ABŞ polisi cinayətkarın zərərsizləşdirilməsi anını görüntüyə alıb - VİDEO

Prosineçkinin əvəzinə Bektaş

Borclu şəxslərlə bağlı notariat hərəkətləri barədə məlumatlar icra məmurlarına elektron sorğular əsasında veriləcək - QANUN TƏSDİQLƏNDİ

Yeni növ koronavirus mövsümi xəstəlik hesab edilir? - ÜST-dən AÇIQLAMA

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişiklik edildi

Lerikə qeyri-qanuni yollarla istirahətə gələn daha 24 nəfər cərimələndi

Avrokuboklarda Azərbaycan üçün bir ilk

"Arsenal" transferlərə 110 milyon ayırdı

"Kefim olmayanda Elgizin videolarına baxıram"

Bu il sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb

"Gərək insanın başına gəlsin ki, inansın"

Avtomobili düzgün saxlamadığı üçün sürücünün ayağını sındırdılar

Beyrutdakı partlayış nəticəsində 200-dən çox insanın öldüyü güman edilir

"Singapore Airlines" 6 mindən çox əməkdaşı ödənişsiz məzuniyyətə göndərib

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

Sevil-Sevinc: “Qayınana ilə bir evdə yaşamaq daha doğrudur"

"Qarabağ" - "Sileks" oyununun vaxtı bəlli oldu

Şehiçdən transfer açıqlaması

Bilsələr toya gəlməyəcəkdilər - Gəlinin anası koronavirus çıxdı, qonaqları da yoluxdurdu

“Beşiktaş”ın rəqibi bilindi - Çempionlar Liqasında

"Bu gün Azərbaycanda bütün neft-qaz layihələri uğurla icra edilir"

"O şeirə görə ev, maşın aldım" - Mikayıl

Koronavirusla bağlı şayiələri yayanlar kimlərdir? - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

Azərbaycanda ümumilikdə 790 141 koronavirus testi aparılıb

Daha bir ölkə BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya edib