AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar

  334

Dünən şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi, tibb xidməti polkovniki Həkim Qəninin anım günü idi. 

Demokratikmusavat.com Kulis.az-a istinadən bu münasibətlə onunla bağlı maraqlı faktları təqdim edir.

Hüseynov Qəni Hüseynqulu oğlu 16 fevral 1918-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Tibb İnstitutunda alıb. İkinci Dünya Müharibəsinin iştirakçısı olub, müharibədə hərbi həkim kimi fəaliyyət göstərib. 1967-ci ildə ordudan tərxis olunandan sonra Mirqasımov adına Mərkəzi Xəstəxananın nevropotologiya şöbəsinə rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropotoloqu olub. Şair Əliağa Vahidin şəxsi həkimi və yaxın dostu imiş.

***

Həkim Qəninin çox intensiv və məhsuldar ədəbi fəaliyyəti olub. Əruz və heca vəznində yazılmış müxtəlif məzmunlu poetik nümunələr, bir çox mənzum pyeslər, həmçinin nəsrlə qələmə alınmış dram əsərləri və digər əsərlər hələ müəllifin sağlığında ayrıca nəşrlər kimi ictimaiyyətə təqdim edilib və oxucu rəğbəti qazanıb. Bununla belə, müəllifin indiyə kimi işıq üzü görməmiş bir xeyli əlyazmaları var.

***

O, bütün yaradıcılığı boyu Məhəmməd Füzuli, Əliağa Vahid yaradıcılığının tərənnümçülərindən biri kimi tanınıb və inanılmaz hafizəsinin hesabına onları təbliğ edib.

Gallery

Həkim Qəni Tibb İnstitutunu bitirdiyi il müharibə başlayır, cəbhəyə aparılır. O həm də Zaqafqaziya Hərbi Dairəsində əsgərlərimizə ilk tibbi yardım göstərməyi öyrətməklə məşğul olur. Belə dərslərin birində gənc Qəni poliqondan acıqlı səs eşidir. Zabit Qubenko bir əsgərə xitabən deyir:

- Vışe noqi, ya tebe qovoryu, vışe noqi! (Ayağını yuxarı qaldır - red.)

Həmin an ikinci mərtəbədən baxan həkim tanış səs eşidib məəttəl qalmışdı:

"Ayə, sənə deyirəm, ayağım iflicdir, bunnan artıq "vışe" olmur!"

Onda Həkim Qəni gözlərinə inanmayıb aşağı enmişdi. Demə, zabit Qubenko başında "pilotka"sı əyilmiş, ayaqlarında dolaqları açılmış Əliağa Vahidə piyadalar üçün məşğələ keçirmiş. Həkim cəld Vahidə tərəf gedib, uzaqdan dostunu görən şair cərgədən çıxıb, qayda-qanunu pozaraq, sağında və solunda dayanan əsgərləri itələyərək irəli qaçıb. Nə baş verdiyini anlamayan zabit Qubenko əsgərə baxıb, "sıravi, hara gedirsən?" deyə təəccüblə soruşub. Sıravi isə elə bil sualı eşitməyib, heç nə görmürmüş kimi, avazla şeir söyləyib:

Yoxdu bir kafər ki burada Şümrə tapşırsın məni,

Bu biyabanda... az dolaşdırsın məni.

Vahid Qənini bağrına basıb deyir ki, özünü öldür, məni burdan qurtar.

Həkim Qəni general rütbəsində olan hərbi məsləhətçinin yanına gedib, ona "bizim şairimiz təsadüfən buraya düşüb, ona kömək etməliyəm, yoxsa xalqın üzünə baxa bilmərəm" deyə müraciət edir. Hərbi məsləhətçi də zabit Qubenkonu çağırıb soruşur ki, səndə şair İsgəndərov Əliağa adlı əsgər varmı? Bunu eşidən Qubenko özündən çıxıb, cavab verir ki, şair nədir? Bu adam heç atasının adını yaza bilmir.

Bu zaman Həkim Qəni söhbətə qarışıb soruşur:

-Taras Şevçenko kimdir?

Qubenko:

- Taras Şevçenko Ukraynanın xalq şairidir.

Qəni:

- Siz bilən, Taras Şevçenko atasının adını azərbaycanca yaza bilərdi?

Həkimin hazırcavablığı generalın xoşuna gəlir. Qubenkonu yola salıb Qəniyə deyir ki, get, Vahidi tibbi komissiyadan keçir. Hərbi qulluğa yararsız olsa, tərxis edilməsinə sərəncam verərəm. Hərbi qulluqda da belə bir qayda var idi ki, əsgərdə üç xəstəliyin əlamətləri təsdiq edilsə, o zaman həmin əsgər hərbi mükəlləfiyyətdən azad olunmalı idi. O gecə həkim yatmayıb, Vahidin daşıdığı xəstəliklərdən 11-in adını yazıb komissiyaya təqdim etmək üçün məlumat hazırlayır. Hər halda, 11 xəstəlikdən, heç olmasa, 8-i məqbul hesab edilməli idi. İş elə gətirir ki, komissiya Vahidin xəstəliklərinin 11-ni də təsdiq edir, general da sözünün üstündə durur. Beləliklə, Vahid cəbhədən azad olub Bakıya qayıdır. Onunla çağırışa gedənlərin çoxu müharibədə həlak olur.

Gallery

Sonralar Həkim Qəni bu əhvalatı xatırladaq fəxrlə hər yerdə deyirdi: "Əlağa Vahidin həkimi olmuşam, onu müharibədən xəstə olduğuna görə mən azad etmişəm, faktiki ölümdən qurtarmışam."

***

Bir dəfə gənc şairlərdən birinin qadınlarla ifrat meyl etdiyini müşahidə edib zarafatla ona deyir:

- Yadda saxla, kişidə o atəşlər ki var, hamısı saynandır, tapança patronu kimi - əlini irəli uzadıb şəhadət barmağının ucunu göstərərək əlavə edir - belə-belə, bir-bir atılır, bir gün qurtarır - boğazını arıtlayıb gülümsünür - elə et ki, qocalığa da bir şey qalsın!

***

Həkim Qəni özü də qadınlara laqeyd deyildi. Həyat yoldaşı dünyasını dəyişəndən sonra özündən xeyli gənc olan rəssam bir xanımla evlənmişdi. Onlar həyatı gənc cütlüklər kimi doya-doya və ürəklə yaşayırdılar.

***

Həkim Qəni məşhur şair Hacı Mailin ölümündən sonra "Vahid" məclisinin rəhbəri olub. Məclis hər bazar günü saat 11-də Vahid Poeziya Evində keçirilirdi və ora çoxlu şair-yazıçı gəlirdi.

Gallery

Bir dəfə şair Rövşən Naziroğlu "Vahid" məclisinəki mühafizəkar qocalara ironik bir şeri yazır. Şeirin yazılması bir yana, hakim partiyanın qəzeti olan "Yeni Azərbaycan"ın "Ədəbiyyat" əlavəsində çap olunur. Həkim Qəni necə əsəbiləşirsə, bir gecəyə Rövşənə cavab yazır. Şeir açıq təhqirlərlə dolu həcv imiş. Ona görə heç bir qəzetdə çap eləmir, Rövşənə oxumaqla kifayətlənir.

***

Əruzçularla hecaçıların əzəli-əbədi davasında Həkim Qəni hər iki janrda yazan şair kimi barışdırıcı mövqe tuturdu. Başqa əruzçular heca şairlərinə, xüsusən, bu vəzni populyarlaşdıran Səməd Vurğuna çox qəzəbli idilər. Hətta bir dəfə Səməd Vurğunun üstündə mübahisə düşmüş, yaşlılar birləşərək onu çox tərifləyən gəncləri polislə hədələyib məclisdən qovmuşdular.

***

Bir dəfə isə mərhum şair Böyükxan Pərvizlə qırğına çıxırlar. Bu vaxt yaxında oturan şairə Nəcibə Nəcib nəvazişlə Böyükxan Pərvizin qolundan tutur:

- Oğlum, Həkim Qəni yaşlı adamdı, nə düşmüsən üstünə?

Böyükxan Pərviz cavab verir:

- Nəcibə xanım, o, elə adamdır ki, üstünə düşməsəm altına düşə bilərəm!

***

Şair Qəşəm Nəcəfzadə xatirələrinin birində deyir: Bir dəfə necə oldusa, Həkim Qəni heca şairlərinin üstə qışqırdı. Gördü, mən pis oluram. Yavaşca qulağma dedi ki, Qəşəm, ürəyinə başqa fikir gəlməsin, mən əruzla heca arasında kontakt yaradıram!

Gallery

Onun söhbətləri çox maraqlı olduğundan məclis vaxtı Arif Babayev, Canəli Əkbərov, Əlibaba Məmmədov, Habil Əliyev, tarçılar, nağaraçılar, zurnaçılar kənarda əyləşib böyük maraqla qulaq asardılar. Əruzu yaxşı bildiyi üçün hərdən Əlibaba Məmmədov ona söz atardı, Həkim də qayıdardı, nə qayıdardı, izahı izah gətirərdi... Yenə bir deməzdi, beş deməzdi...

***

Həkim Qəni 10 iyun 2008-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və öz vəsiyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn edilmişdi. Ailə üzvləri onun nəşinin Vahid Poeziya Evindən götürülməsini arzulasalar da buna nail ola bilməyiblər.

Demokratikmusavat.com

Xəbər Lenti

Oyun meydançasında beton plitə aşdı: uşaq öldü

Qazaxıstandan indiyədək gəmi ilə 180 azərbaycanlı gətirilib

Qəsəbəyə giriş-çıxış bağlandı - Toydan sonra kütləvi yoluxma

Polad Həşimovun adının verildiyi küçə əvvəl Həzi Aslanovun adına olmayıb - Rəsmi - FOTO

Beyrut partlayışı: həlak olan ermənilərin sayı artır - FOTO

Səfir: "Ermənistanın son əməlləri sülh prosesi üçün real perspektivlərə zərbə vurur"

Goranboydakı qətlin təfərrüatı: evli qadını sevgilisi güllələdi - YENİLƏNİB

Seul KXDR ilə ticarətə başlaya bilər

Beyrutda yükü partlayan gəminin kapitanı: “Sənəddə gübrə daşındığı yazılmışdı”

Virusoloq Rusiyada koronavirusun ikinci dalğasının vaxtını açıqlayıb

Avroliqada 1/4 finala yüksələn 4 klub müəyyənləşdi

Rəşad Sadıqova ağır itki üz verib

Qayıdışı rəsmiləşdi - Arda Turanın

Putin İstintaq Komitəsinin 3 generalını istefaya göndərib

Baklda piyadanı motosiklet vurub

Goranboyda qadın aldığı güllə yarasından ölüb

"Mançester Yunayted" və "İnter"Avropa Liqasının 1/4 finalına çıxıblar

Pompeo Avstriya, Sloveniya, Polşa və Çex Respublikasına səfər edəcək

Estoniyada koronavirusun ikinci dalğası başlayır

Moskvada son sutkada koronavirusdan daha 13 nəfər ölüb

Pakistanda partlayış nəticəsində 39 nəfər yaralanıb

"Peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır" - Tanınmış professor

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 206 mindən çox artıb

"Vaksinlərin yaradılmasına milyardlar xərclənir"

Virusun ikinci dalğası nə zaman gəlir?

Qazaxıstan COVID-19 peyvəndinin sınaqlarına başlayır - TARİX AÇIQLANDI

Vasif İsmayıl: Çimərliklərin açılmasında əsas məqsəd D vitamini deyil

Milli Məclisin qarşısında törədilən təxribatla bağlı cinayət işi davam edir - VİDEO

Messi Kasilyasla vidalaşdı

Beyrut limanında baş verən partlayış taxıl ehtiyatının 85 faizini məhv edib

Türkiyədə koronavirusdan sağalanların sayı 219 min nəfəri ötüb

Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib

"Karantin qaydaları yumşalsa da, özümüzə qadağalar qoymalıyıq"

Ermənistanda Rusiya telekanallarının yayımı qadağan edilib

"Amerikada evim var, ora vətəndaşıyam"

Ukrayna hökuməti MDB-nin daha bir sazişindən çıxmaqla bağlı qərar qəbul edib

"Orient Queen" Beyrutdakı partlayışdan sonra batıb - 2 ölü, 7 yaralı

Almaniyanın federal əyalətləri arasında COVID-19 statistikasında Gessen "liderdir"

“Porsche” 400-dən çox avtomobili geri çağırır

Xaricdəki azərbaycanlı professorlar: Qarabağ məsələsi qeyrət, namus, milli şərəf məsələsidir

Yaponiyanın Aiçi prefekturasında da fövqəladə vəziyyət rejimi elan olunub

Hər bir Azərbaycan vətəndaşının sosial həyatı və rifahı dövlət qayğısı ilə daim əhatələnəcək - Bəhruz Quliyev

Bayden seçkiöncəsi təşviqata 280 milyon dollar xərcləməyi planlaşdırır

“Ford” şirkətinin rəhbəri istefa verib

Sahibkarlara icarə haqları 9 ay müddətində hesablanmayacaq

Rusiyada koronavirusun ikinci dalğasının başlayacağı vaxt proqnozlaşdırılıb

Son sutkada Özbəkistanda koronavirusa 764 nəfər yoluxub

Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir

Mayk Taysonla döyüşdən qabaq qulaqlarını sığortalamağı planlaşdırır

Son gündə Qırğızıstanda koronavirusdan 11 nəfər ölüb

"Yaxın adamım mənə dedi ki, ya sənətini dəyiş, ya da..." - Üzeyir Mehdizadə

Banqladeşdə sərnişin qayığı batıb - 17 ölü

Eyfel qülləsinin işıqları Livan üçün söndürüləcək

ABŞ-da son sutkada 57 mindən çox yoluxma qeydə alınıb

BMT: COVID-19 bir milyard tələbə və məktəblinin təhsilinə mane olur

"Azerbaijan Golden Kids Awards 2020"nin mükafatlandırma mərasimi onlayn formatda baş tutacaq - FOTOlar

"Mançester Siti"dən rəsmi transfer

Livanda partlayış nəticəsində Niderland səfirinin həyat yoldaşı ağır yaralanıb

"Məndən nə istəyirsiz, koronavirusu Azərbaycana mən gətirmişəm?"

AQTA koronavirusla bağlı ictimai iaşə müəssisələrinə çağırış etdi - FOTO

Portuqaliya çempionatının başlama tarixi açıqlandı

"Azərbaycan kinosunu 1970-ci illərdəki səviyyədə görmək istəyərdim" - Xalq artisti

İtaliyada mövsümün ən yaxşıları bilindi

"Gecə ilə İnstaqram səhifəm ələ keçirilib" - Elnarə qalmaqallı status barədə

"Sabitlik və təhlükəsizlik pozulan yerlərdə uğurdan danışmaq qeyri-mümkündür"

Kompüter siçanının yaradıcısı öldü

Azad Rəhimov: Çox istərdik ki, idman kompleksləri yenidən idman fəaliyyətinə qayıtsın

İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi

Hindistanda ötən sutka 52 mindən çox yoluxma qeydə alınıb

Banqladeşdə daha 50 nəfər koronavirusdan öldü

Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı, 3 nəfər öldü

Avstraliyada ştatlar arasında sərhədlər bağlanır

Baş infeksionist: "Yumşalma yalnız bu halda ola bilər"

İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi dəyişdirilir

uBankdan yeni imkan: Sizə "Contact" ilə göndərilən pulu banka getmədən alın!

"Qucaqlarda oturmamışam"

Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı

Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlayacaq

Smollinq "Roma"dan ayrıldı

"Dövlət xərclərə görə narahat olmadığını nümayiş etdirdi və heç nəyi vətəndaşlarından əsirgəmədi"

Koronavirusun müalicəsində İNQİLABİ ÜSUL: Seroloji testlərin üstünlükləri

Fransada ikinci dalğa...

"Almaniya koronavirus pandemiyasının ikinci dalğasının başlanğıcındadır"

Alimlər İngiltərədə daha güclü ikinci COVID dalğası barədə xəbərdarlıq edirlər

Bu gün Avroliqa bərpa olunur - 4 oyun keçiriləcək

Yaponiyada təkrar fövqəladə vəziyyət rejimi elan oluna bilər

Qubernator: “Beyrut limanına dəyən ziyan 3-5 milyard dollar civarındadır”

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

Bu şəhər və rayonlarda məhkəmələrin keçirilməsi qaydaları açıqlandı

Quterreş pandemiya şəraitində qlobal təhsilin xilas edilməsi planını açıqladı

Beyrutdakı partlayışın yeni görüntüləri yayıldı - Çəkiliş edən şəxs öldü - VİDEO

"Baldızım məni dar geyinməyə qoymurdu" - Roza Zərgərli

Siyavuş Novruzov "Milli Şura"dan danışdı: "Onlar insanların taleyini düşünmür"

Sahibkarlığın İnkişafı Fondu və Bank Respublika sahibkarlara dövlət zəmanətli kreditlərin verilməsinə başlayıb

Rusiyada hərbi təlimlər zamanı körpü çökdü: onlarla yaralı var

Nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - Məhkəmə

"Avqustun 5-dən qaydalara riayət etməsələr..." - Baş infeksionist

Rüfət Dadaşov ABŞ-da rəmzi komandaya düşdü

Bu ölkə koronavirusa yoluxan turistlərə pul ödəyəcək

Beyrutda partlayışdan sonra başlayan yanğın söndürülməyib, 10 yanğınsöndürən itkin düşüb

Qadın futbolçu kişi klubuna transfer oldu

Beyrut dəhşətli partalyışdan sonra - CANLI

Los Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri pisləyib

Gürcüstanda 15 nəfər koronavirusa yoluxub