AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Hulusi Akar: Liviya liviyalılarındır

  93

"Türkiyə və Liviya xalqının 500 illik ortaq keçmişi, dəyərləri və tarixi var. Liviya Liviyalılarındır. Bu çətin günlərində onların yanında olmağa davam edəcəyik".

Demokratikmusavat.com Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar müsahibəsində deyib.

Türkiyənin beynəlxalq hüquq çərçivəsində Liviya ilə bağlanmış müqavilələrə uyğun olaraq fəaliyyətlərini davam etdirəcəyini söyləyən Hulusi Akar "Biz burada həm beynəlxalq hüquq normalarına, həm dəniz hüququna, həm də Liviya ilə ikitərəfli müqaviləyə uyğun olaraq fəaliyyətimizi davam etdiririk. Həm ikitərəfli müqavilələr, həm də beynəlxalq hüquq çərçivəsində BMT tərəfindən tanınan, Sərracın təmsil etdiyi hökumətlə münasibətlərimizi davam etdiririk. Bu mənada münasibətlərimizi bu günə qədər əldə etdiyimiz razılaşmalar çərçivəsində inkişaf etdiririk", - deyib.

Liviya sahillərində bir fransız gəmisinin türk donanması tərəfindən təcavüz edildiyi iddiasıyla əlaqədar danışan Akar "Bu iddiaları heç bir halda qəbul edə bilmərik, əlimizdəki bütün məlumatları və sənədləri NATO-dakı bütün qurumlarla, hərbi və mülki orqanlarla paylaşdıq. Bütün məlumatları da verdik. Əlavə məlumatlar verməyə də hazırıq. Əlimizdəki məlumatlar və görüntülər Fransanın iddialarının doğru olmadığını ortaya qoyur. Fransanın belə bir yola baş vurması dostluğa, müttəfiqliyə uyğun deyil. Ancaq bildiyiniz kimi, Fransa Haftarı dəstəkləyir. Daha sonra Haftarın vəhşi tərəfi üzə çıxdıqdan, xüsusilə Tarhunadakı kütləvi məzarlıqlar, qadınların və uşaqların necə öldürüldükləri ortaya çıxdıqdan sonra Haftarla münasibətlərini qorumaq üçün əsasları qalmadı. Həmçinin Haftar tərəfdarları tərəfindən kustar üsulla hazırlanan, bölgədəki bütün mülki əhalini hədəf alan partlayıcılarla, minalarla ərazini çirkləndirmiş olmaları da onların bəşəriyyətə qarşı cinayət etdiklərini ortaya qoyur. Fransa etdiyi siyasi səhvləri kompensasiya etmək üçün müxtəlif bəhanələrlə Türkiyəni günahlandırır.

Türkiyənin hər hansı bir şəkildə bunu qəbul etməsi mümkün deyil. Bunlar yaxın günlərdə NATO tərəfindən araşdırılmaqla bütün həqiqətlər aşkar ediləcəkdir. Bizim oradakı gəmimizin tamamilə NATO prosedurları çərçivəsində hərəkət etdiyini, beynəlxalq dəniz qanunlarına əməl etdiyini və bu məsələdə səhvimiz olmadığını açıq şəkildə göstərəcəyik. Bizim fransız gəmisinə təcavüz etməməklə birlikdə, əvvəl yunan gəmisi ilə bir dialoqumuz oldu və heç bir problem yaşanmadı. Və yenə İtaliya gəmisi ilə qarşılıqlı xəbərləşməmiz oldu. Fransız gəmisi eyni şəkildə gələndə suallarına uyğun məntiqli cavablar verilməsinə baxmayaraq, fransız gəmisi bizim üç dəniz gəmimizdən ibarət karvana 20 dəniz mili sürətlə araya girərək çox təhlükəli bir manevr etdi", deyə bildirib.

Türkiyənin NATO-dakı öhdəliklərini yaxşı bildiyini və əksiksiz yerinə yetirdiyini bildirən H.Akar Türkiyənin BMT tərəfindən tanınan Liviya hökuməti ilə əlaqələrini davam etdirdiyini, bunun qanuni fəaliyyət olduğunu, hər şeyin açıq bir şəkildə həyata keçirildiyini və beynəlxalq hüquqa uyğun olduğunu vurğulayıb.
O, Fransanın daxili siyasəti üçün Liviyadan istifadə etməməsinin ittifaqın maraqları baxımından əhəmiyyətli olduğunu söyləyib.

Akarın Türkiyənin Liviyadakı gələcəyi ilə əlaqədar suala cavabı belə olub: "İki xalqın 500 illik ortaq keçmişi, dəyərləri və tarixi var. Bu çətin günlərində onların yanında olmağa davam edəcəyik. Bunu hamı bilməlidir. Bu mənada hərbi təhsil, əməkdaşlıq və məsləhət xidmətlərində liviyalı qardaşlarımızın ehtiyaclarını mümkün qədər təmin etmək və bu çətin günlərində onlara kömək etmək üçün əlimizdən gələni etdik. Bundan sonra da etməyə davam edəcəyik. Tələb və ehtiyaclara uyğun olaraq da burada varlığımızın davam edib etməyəcəyini qiymətləndirəcəyik."

"Türk Silahlı Qüvvələri Liviya, Suriya və İraqın şimalında aktivdir və bu, bölgədə bəzilərini narahat edir və Türkiyəni hərbi avantürizm və başqa ölkəyə qarışmaqla günahlandırırlar. Türkiyənin məqsədi nədir?" sualına Akar, "Burada bütün məsələ, xüsusən 83 milyonluq Türkiyənin maraq və hüquqlarını qorumaq, təhlükəsizliyimizi təmin etmək, sərhədlərimizin təhlükəsizliyini təmin etməkdir. Bütün əməliyyatlarımızın hədəfi budur. Digər tərəfdən də bacardığımız qədər dost və qardaş ölkələrin ehtiyaclarına kömək etməkdir. Təbii olaraq bunlar tamamilə qanuni bir çərçivədə, müqavilələrə və qarşılıqlı razılaşmalara əsasən aparılır. Etdiklərimizin hamısı beynəlxalq hüquqa uyğun olaraq edilir. Bəzi həqiqətlərə göz yummaq istəyənlər bunları şişirdərək təhrif etmək istəyirlər. Bunlara diqqət yetirmək lazımdır. Bizim buradakı ən vacib çıxış nöqtəmiz, hazırda Liviyada mövcud haqq iddia edənlər arasında Sarracın təmsil etdiyi Milli Razılıq Hökumətinin BMT tərəfindən tanınmasıdır. Biz də BMT tərəfindən tanınan bu hökümət ilə əməkdaşlıq edirik. Çox təbii, çox açıq, çox şəffaf", - deyə cavab verib.

Akar, "Türkiyə təkcə Yaxın Şərqdə deyil, şərqi Aralıq dənizində də nə kimi rol oynamaq istəyir?" sualını belə cavablayıb: "Biz əvvəldən beri öz fəaliyyətimizi son derece real, təhlükəsizlik və müdafiə siyasətimizi həyata keçirərək planlaşdırırıq və idarə edirik. Bu mənada bir müddət əvvəl dediyim kimi biz İraqın şimalında, Suriyanın şimalında Türkiyəyə olan təhdid ve təhlükələri ortadan qaldırmaq, sərhədlərimizi və xalqmızı qorumaq üçün bəzi əməliyyatlar etmək məcburiyyətində qaldıq. Digər tərəfdən, Liviyada olduğu kimi, dost və qardaş ölkələrimizin ehtiyaclarını ödəməyə çalışırıq."

H.Akar jurnalistin "Türkiyənin bölgədə artan hərbi varlığının bəzilərini, bəzi qonşularının narahat etdiyini və NATO daxilində belə gərginlik yaratdığını qəbul edirsinizmi?" sualına cavab olaraq "Yəni burada "NATO" deyərkən diqqətli olmaq lazımdır. NATO-dakı 68 illik üzvlüyümüzü son dərəcə məlumatlı və şüurlu bir şəkildə davam etdiririk. NATO-nun bütün əməliyyatlarında, bütün təlimlərində iştirak etmişik və edirik. Məlumatlarımız və təcrübəmizlə NATO-nun daha da irəliləməsi üçün əlimizdən gələni edirik. Beləliklə, bizim ümumiyyətlə NATO ilə heç bir problemimiz yoxdur. Olan problemlərimiz də qanuni əsaslarla NATO daxilindəki qurum və təşkilatlar içərisində lazımi həll yollarını tapırıq. Fəaliyyətimizi NATO-nun həm mülki, həm də hərbi rəhbərliyi ilə sıx əməkdaşlıq şəraitində davam etdiririk. Bu səbəblə NATO-nun bizim bu etdiklərimizə görə hər hansı bir narahatlıq keçirməsindən söz gedə bilməz. Ancaq bəzi ölkələr bizim fərdi olaraq, öz maraqlarına zidd olaraq hesab etdikləri davranışlarımızı və hərəkətlərimizi bir şəkildə uydurmaq üçün NATO-dan bir vasitə kimi istifadə edirlər. Buna diqqət etmək lazımdır", - deyib.

Türkiyənin Liviyada daimi qalmaq fikrində olub olmadığı fikri ilə bağlı isə bunları deyib: "Belə bir şey söyləmək düzgün olmaz. Biz buradakı varlığımızı BMT tərəfindən tanınan qanuni Liviya hökuməti ilə ikitərəfli müqavilələrimiz çərçivəsində ve beynəlxalq hüquqa uyğun olaraq davam etdiririk və bundan sonra da davam etdirəcəyik. Buradakı mövcudluğumuzla liviyalı qardaşlarımızın hərbi hazırlığna və əməkdaşlığa töhfə verməyə çalışırıq.

Yəni biz buradakı varlığımızı mümkün qədər liviyalı qardaşlarımızı dəstəkləyici formada davam etdirəcəyik. Məqsədimiz Haftar və bənzər vəhşi varlıqlara, onları dəstəkləyən bəzi qruplara qarşı buradakı günahsız və bu yerin həqiqi sahibi olan liviyalılara hüquqlarını və haqlarını qorumaları üçün kömək etməkdir. Biz bunu gələcək dövrdə davam etdirəcəyik. Burada ən qısa müddətdə sülhün və əmin-amanlığın təmin olunmasına töhfə verməyə çalışırıq. Atəşkəsin və sabitliyin təmin olunmasına çalışırıq. Liviyanın da digər ölkələr kimi ən qısa müddətdə öz ölkələrini birlik və bütövlük içərisində idarə etmələri üçün əlimizdən gələni edirik. Liviya liviyalılarındır".

H.Akar "Türkiyənin NATO-nun ən güclü ordusundan birinə sahibdir. Ancaq Türkiyə getdikcə artan bir şəkildə öz yolu ilə getməyə hazır görünür. Bunun daha çox olacağını gözləməliyikmi? Başqa yerlərdə başqa hərbi əməliyyatlar keçirməyi planlaşdırırsınızmı?" sualına cavab olaraq bunları qeyd edib:

"Bizim xəyali planlarımız yoxdur. Əvvəldən də söylədiyim kimi, bizim məqsədimiz öz təhlükəsizliyimiz, öz müdafiəmiz, sərhədlərimizin təhlükəsizliyi, 83 milyon xalqımızın təhlükəsizliyidir. Öz hüquqlarımıza və maraqlarımıza uyğun olaraq fəaliyyətimizi davam etdiririk. Yunanıstanla münasibətlərimiz var. Bu münasibətlərin heç bir şəkildə qəlb qırıcı olmasını istəmirik. Yaxşı idarə olunan münasibətlər, beynəlxalq qanunlar çərçivəsində, qarşılıqlı danışıqlar, dialoq yolu ilə, dinc yollarla və üsullarla problemlərin həll yollarını axtarırıq. Buna Yunanıstan da daxildir. Heç kim buna şübhə etməməlidir. Təəssüf ki, Yunanıstandan gələn bəzi bəyanatlar qəlb qırıcı və təxribat xarakterlidir. Buna görə də biz davamlı olaraq çıxışlarımızda konstruktiv bəyanatların tərəfdarı olduğumuzu söyləyirik. İstifadə olunan dil vacib olmalıdır. Dil nifrət dili olmamalıdır, ayrıseçkilik dili olmamalıdır. Qonşuluğa uyğun bir dilin istifadəsinin çox vacib olduğunu vurğulamaq istəyirəm. Məsələn, Türkiyənin təxribatçı olduğu deyilir. Həqiqətən neytral bir gözlə baxdığımızda bunun belə olmadığını, həqiqət olmadığını aydın görürük. Burada iki ölkə arasındakı ən vacib müəyyən edici siyasi mətn, hamınızın bildiyiniz kimi Lozanna müqaviləsidir. Müqavilədə 23 ada sayılır və onların silahlandırılmayacağı qeyd edilir. Halbuki onlardan 16-sı qonşumuz tərəfindən silahlandırılıb. Biz buna nə deyə bilərik, necə izah edə bilərik? Bu gün dünyada 6 min su və 10 min hava sahəsi olan hər hansı bir ölkə tanıyırsınızmı? İndi bu qəribə vəziyyət ətrafında görülən işlər təcavüz və təhdid kimi qəbul edilir. Bunlar doğru deyil. Ancaq bizim həqiqətən nittətimiz Yunanıstan ilə Türkiyə arasında daha əvvəl başlatdığımız danışıqları davam etdirməkdir.

Digər tərəfdən həm dil, həm də edilən hərəkətlərdə diqqətli olmaq lazımdır. Yenə də bildiyiniz kimi, suverenliyi müzakirə edilən adalar var, bəzi qayalar var. Bu məsələlərdə də diqqət li olmaq lazımdır. Yunanlı qonşularımız çox şişirdilmiş, təntənəli şouya çevrilən ən yüksək səviyyədə ziyarət edirlər. Bunların necə olduğunu, nə vəziyyətə gətirib çıxardığını bizdən soruşmayın. Yunanıstandakı bəzi siyasətçilər, məntiqlə davranan siyasətçilər, bəzi alimlər, bəzi təqaüdçü əsgərlər çox yaxşı təhlil edirlər. Yunanlı dostlarımıza vətəndaşlarına qulaq asmağı məsləhət görürəm."

Demokratikmusavat.com

Xəbər Lenti

“Lənkəranskini o biri dünyaya göndərdim” deyən “qanuni oğru” 8 il tez azadlığa buraxıldı - FOTO

Minskdə gərginlik artır - rusiyalı jurnalistlər həbs olundu, Tixanovskaya üzə çıxdı - FOTO

Özbəkistanda daha 279 nəfər koronavirusa yoluxub

"Fənərbağça"dan növbəti transfer

"Bezmişəm, heç kim vecimə deyil" - Aysel boşanması haqda - FOTO

Parisdə maska taxmaq məcburi olacaq

ABŞ-da atışma: ölən var

Avropa Liqasında həftənin ən yaxşısı seçildi

ABŞ-da prezidentliyə namizədi yarasa dişləyib

Norveç millisinin ulduzu "Qalatasaray"da

"Gözəl qadın deyiləm..." - Roza Zərgərli

“Sileks”in baş məşqçisi: ""Qarabağ" qarşılaşmanın aşkar favoritidir"

Günay diqqət çəkən köynəyindən danışdı: "Əvvəllər azərbaycanlı kişilər... " - FOTO

“Qarabağ”ın rəqibini yaxından tanıyaq

Britaniyanın miqrantlara qarşı yeni mübarizə üsulu...

Kavaninin yeni klubu müəyyənləşdi

Rusiyada daha 77 nəfər koronavirusdan öldü

Azərbaycanda əsgərlər ilk dəfə belə and içdilər - FOTO

Lukaşenko: "Belarusda xaos olmayacaq"

“Köln” klubunun iki futbolçusu koronavirusa yoluxub

Sabahdan Maştağa sakinləri "BakuBus" avtobusları ilə gedib-gələcəklər

Qurban Qurbanov: “Rəqiblə durumumuz eynidir”

Bill Geyts “TikTok” anlaşmasını “içi zəhər dolu stəkana” bənzətdi

Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər bilindi

ABŞ kəşfiyyatı: “Rusiya Trampın, Çin isə Co Baydenin prezident olmasını istəyir”

Velosiped oğrusu tutuldu

“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - FOTO - VİDEO

İranda güclü zəlzələ olub

Toylarsız qalan meyxanaçı Vüqar Əbdülov "maklerliyə" başladı - FOTO

Çimərliklərdə bugünkü vəziyyət - Yenə sıxlıq - FOTO

Avropa Liqasında mövsümün ilk püşkü atıldı

Belarus MSK: Belarusda prezident seçkiləri baş tutub

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atıldı

Levandovski 4-cü oldu

Ermənistanda daha 225 nəfərdə koronavirus aşkarlandı

“Daha pis olacağını gözləyirdim”

Rasim Balayevin 72 yaşı tamam oldu - FOTO

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi

Belarusda prezident seçkilərində seçicilərin fəallığı 45,33% olub

"Yuventus" Sarriyə təzminat ödəyəcək

Meksikada koronavirusdan ölənlərin sayı 51 mini ötüb

Arzu Nağıyev: "Belarusda keçirilən prezident seçkilərində səsvermə qanunvericiliyə uyğun şəkildə gedir" - FOTO

Bakıda tanımadığı yeniyetməyə qarşı quldurluq edən 30 yaşlı İslamın gülünc motivi: "Dedi polisə şikayət etsən, səni tapıb öldürəcəm"

Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər - FOTO - VİDEO

Lukaşenko səs verdi

"Arsenal"da mövsümün futbolçusu müəyyənləşdi

"Qlyukoza" 3 illik deportasiya olundu

Alimlər hazırladıqları koronavirus peyvəndini öz üzərlərində sınaqdan keçirdilər

Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

"Başakşehir"də yeni transfer

İstanbulda avtobus qəzaya uğradı: 5 ölü, 26 yaralı - VİDEO

ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan YENİ PROQNOZ

Hindistanda oteldə yanğın: 7 nəfər ölüb - VİDEO

Suraxanıda qardaşını öldürən şəxs saxlanıldı

Azərbaycan-Türkiyə təlimlərində xüsusi təyinatlılar - FOTO - VİDEO

Arye Qut: "Ermənistanda faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib"

Gürcüstanda 9 yeni yoluxma...

Tovuzda bıçaqlanan qadın öldü

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda avtobuslar üçün zolaqların təşkili ilə bağlı təklif hazırlanıb, 5 əlavə ekspress xətt istifadəyə veriləcək

Çində koronavirusa 23 nəfər yoluxub

Çexiyada güclü yanğın: 11 nəfər öldü, 3-ü uşaqdı

"İldə 100 min dollardan az qazananlar üçün əmək haqqı vergisi ilə bağlı vergi tətilləri elan edirəm"

Livanın baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib

Kanadada tornado 2 nəfərin ölümünə səbəb olub

Çempionlar Liqasının 1/4 finalçıları bilindi - "Bavariya" "Barselona"ya rəqib oldu"

Braziliyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb

Belarusda prezident seçkiləri başlayıb

Cəbhədə son vəziyyət: mövqelərimiz pulemyotlardan və snayperlərdən atəşə tutuldu

Beyrutda iğtişaşlar: 728 nəfər yaralandı

Qazaxıstanda daha 872 nəfər koronavirusa yoluxub

"Payızın sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi qalacaq"

Moskvada koronavirusdan daha 12 nəfər öldü

Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib

Mingəçevirdə birmərtəbəli ev yanıb

Maurisionun biri gedir, biri gəlir – “Yuventus” Poçettinoyla danışıqlara başlayır