AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Bakıda "otel macərası" hamıya dərs olmalıdır

  92

Qanun hamı üçündür və kimsənin də ölkədəki qanunları pozaraq bunu adi yaşam tərzi kimi qələmə verməyə ixtiyarı yoxdur. Çünki kimliyindən asılı olmayaraq qanunların pozulduğu bir məkanda dövlətin sadəcə adı qalır - özü olmur. Olan insan toplusunun yaşadığı məkandır.

Azərbaycan qanunların idarə etdiyi və qanunlarla idarə olunan bir ölkədir. Əksini düşünənlər, özlərini qanundan üstün bilənlərsə mütləq şəkildə elə həmin qanunların çərçivəsində cəzalarını alırlar.

Buna kimsənin şübhəsi olmasın.

"Fairmont Flame Towers Baku" hotelində və "Relax" istirahət mərkəzində insanların istirahəti və əyləncəsi barədə görüntülərin yayılması ilə əlaqədar sosial şəbəkələrdə əhalinin "ağlar" və "qaralara" bölündüyü, hakimiyyətə yaxın şəxslərin obyektləri üçün xüsusi imtiyazlar olduğu, karantin rejimindən yaılnız sıravi insanların əziyyət çəkidiyi, onların cərimələndiyi barədə iddialar irəli sürülür. Hazırda bu mövzu daha çox müzakirə olunur. Amma necə - bax, bu sualın cavabı maraqlıdır.

"Fairmont Flame Towers Baku" otelinin hovuzunda əylənənlərin istisnasız olaraq hamısı saxlanılıblar, onlarla profilaktiki söhbət aparılıb və cərimələrə məruz qalıblar.

Ötən bazar günü baş verən olay karantin rejiminin aşkar şəkildə, çox kobud pozuntusu idi. Bununla bağlı otelin baş meneceri Matye Qreppo cərimələnib.

Ən azı ona görə ki, "Fairmont Flame Towers Baku"nun İnstagram səhifəsində elan vardı: "Bu həftəsonu özünüzə "kiçik tətil" edin və həftəsonunu evdə deyil, "Fairmont Baku"da keçirin". Elanda vurğulanırdı ki, otelin hovuzunda çimmək istəyənlər mütləq "Deluxe" otaq sifariş verməlidirlər.

Əslində, bu elanın özü karantin rejiminin kobud pozuntusu idi. Fəqət, elan sosial şəbəkələrdə "qlamur" potensial mühtəriləri tərəfindən razılıqla qarşılandı və onlar otelə axışdılar.

Karantin rejiminin tələblərini pozaraq, qanunları heçə sayaraq.

Onların arasında iş adamlarının övladları, aktrisalar, teleaparıcılar vardı və bu şəxslərin kimliyi artıq hər birinizə bəllidir.

"Fairmont Flame Towers Baku"da "qlamur istirahət" edənlər təbii ki, hovuzda və hovuz kənarında çəkilmiş fotolarını sosial şəbəkələrdə paylaşıblar.

Qalmaqal da bundan sonra başlanıb.

Özlərini "qızıl gənclik" sayan "qlamur"ların paylaşımları sosial şəbəkələrdə təbii ki, haqlı narazılıqla qarşılanıb.

Ölkədə koronavirus pandemiyasının olduğu, karantin rejiminin qüvvədə olduğu bir dönəmdə bir dəstə "major"un özlərini "həyatın ağaları" sayaraq qanunları heçə sayacaq gücdə hesab etmələri sərt qınaqlara səbəb olub, ciddi qıcıq yaradıb.

Vətəndaşlar qəzəblərində, hətta hiddətlərində haqlı idilər.

Polis əməkdaşları də elə həmin gün, oteldə "istirahət edən"lərin əyləncəsi davam edərkən "Fairmont Flame Towers Baku"ya yollandılar, qanunu pozanları saxladılar.

Onlar cəzalarını aldılar, amma sosial şəbəkələrdəki qınaqdan öz məqsədləri üçün istifadə etməyə çalışanlar cəzalarını özləri verdilər.

Ağıldan bəlalılar həmişəki kimi, fürsətdən maksimum yararlanmağa can atdılar və olanları az qala "irqi seqreqasiya", "cəmiyyətin tabanlara bölünərək qanunun selektiv münasibəti" kimi qələmə verdilər, sosiumun "ağlardan və qaralardan ibarət olduğunu" iddia etdilər.

Radikal müxalifətin funksionerləri vəcdə gəldilər, buyurdular ki, karantin rejimində adi vətəndaşlar "qaralar", "Fairmont"da istirahət edən kimilərsə "ağlar"dır.

Əslində isə ağ və qara bölgüsü, ətrafla şüurun bu iki rəngə parçalanması, reallığın məhz bu iki spektrdə qavranılması radikal müxalifətin yaşam tərzi, şüur formatı, düşüncə modelidir.

Gerçəksə budur ki, Azərbaycanda üzü, niyyəti, məramı və qəlbi qara olanlar elə həmin radikal müxalifət mənsublarıdır. O kəslər ki, sosial şəbəkələrdə özlərinə əl qatırlar, xaricdəki olmayan "vicdan səsləri"ni YouTube-da "müstəqil bloqer və ictimai fəal" kimi təqdim edirlər. Həmin fəallar da virtual laqqırtıxanalarında özlərini saxlaya bilməyərək "İşimizin adı elə hakimiyyəti şərləməkdir" deyərək etiraflarda bulunurlar.

Halbuki dövlət başçısı İlham Əliyev dövlət üçün isnsanların sağlamlığının və təhlükəsizliyinin prioritet olduğunu bəyan edib və hazırda həyata keçirilən siyasətin, reallaşdırılan tədbirlərin əsasında da məhz bu prinsip dayanır.

Prezident dəfələrlə bəyan edib ki, kimliyindən asılı olmayaraq karantin qaydalarını pozan, insanların həyatına təhlükə yaradan hər bir hal araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır.

Yaşananlar da bunu təsdiqləyir. Karantin rejimi dönəmində bəzi məsuliyyyətsiz vətəndaşlar tərəfindən ad günləri, şadyanalıqlar və yas mərasimlərinin təşkil olunması, karantin qaydalarının kobud surətdə pozulması halları ilə müvafiq dövlət qurumları qətiyyətlə mübarizə aparırlar. Bununla bağlı mediada, sosial şəbəkələrdə yetərincə məlumatlar, xəbərlər var.

Prezident İlham Əliyev dünən "Fairmont Baku" otelindəki olayı çox qısa və konkret dəyərləndirib: "Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir".

O, daha sonra söyləyib: "Bilirsiniz ki, biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır. Deyə bilərəm ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib. Son bir neçə gün ərzində, dediyim kimi, artıq 500 ətrafında yeni yoluxan insan var. Ancaq biz hələ müsbət dinamikaya çıxmamışıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür. Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik. Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir.

Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik".

... Bakıdakı oteldəki son olay da göstərdi ki, kimliyindən asılı olmayaraq qanunları heçə sayan, qaydaları pozan hər bir vətəndaş, bütün biznes subyekti məsuliyyətə cəlb olunacaq və onlarla bağlı müvafiq tədbir görülür və bundan sonra da onlar qanunun boz, sərt üzünü görəcəklər.

Vətəndaşlar, xüsusilə də iş adamları birdəfəlik anlamalıdırlar ki, koronavirus pandemiyasına qarşı mübarizə cəmiyyətin qarşısında duran ümdə, ən vacib vəzifədir. Hər kəs ümumi işə öz təhfəsini verməli, qaydalara riayət etməklə, nizam-intizam, məsuliyyətli davranışla örnək olmağa çalışmalıdır;

Qaydaların pozulması hallarına qarşı hər birimiz barışmaz olmalı, pozuntulara yol verənləri qınamalı və məsuliyyətə dəvət etməliyik.Yalnız belə olarsa cəmiyyətimiz koronavirus bəlasının öhdəsindən gələ bilər.

"Urra, neftin qiyməti 14 dollara düşdü, məni təbrik edin" deyənlər indi koronavirus pandemiyasının ölkədə yaratdığı obyektiv çətinliklərdən öz murdar məqsədləri üçün yararlanmağa, çirkin vasitələrlə siyasi dividentlər əldə etməyə çalışırlar.

Fəqət bu biçarələr dərk etmirlər ki, koronavirus insanları maddi durumuna, sosial statusuna, tutduğu vəzifəyə, habelə milli, dini, siyasi mənsubiyyətə görə ayırmır.

Koronavirus hamımız üçün eyni dərəcədə təhlükəlidir.

Virusla mübarizədə məsuliyyətsiz davrananlar, cəmiyyət və dövlət üçün problem yaradanlarsa bilməlidir: onlar ilk əvvəl özlərinin, ailə üzvlərinin, yaxıınlarının həyatlarını çox böyük təhlükəyə atırlar.

Heç olmasa, bunu dərk etsinlər...

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti

"Bu şəhərdə" bu dəfə də Şəbnəmi parodiya etdi - VİDEO

Azərbaycanın ən çox mal satdığı və mal aldığı ölkələr - SİYAHI

Aysel Şükür: “Mənə təsir edən başqa şeylərdir”

Polis Oğuzda reyd keçirib - FOTO

"Zülfiyyə Xanbabayeva deyir ki, Aygün, Röyanı çağır, sonra efirinə gəlim"

Nazir: Almaniya yaxın aylarda öz vaksinini istehsal edə bilər

Filippin Rusiyanın istehsal etdiyi koronavirus vaksinini sınaqdan keçirməyi planlaşdırır

"Leipzig" - "Atletico Madrid" oyununu bu kanallar göstərəcək

"Ayağım qırılmasaydı, 40 metr qaçardım" - Tuheldən qələbə şərhi

"Oğlumun o nənəsinə ehtiyacı yoxdur" - Səidə anası ilə barışmır

Türkiyəli aktrisa vəfat etdi

İndiyə qədər 5,9 milyon manat ƏDV məbləği geri ödənilib

Orta məktəblərdə dərslərin ənənəvi qaydada keçirilməsi məqsədəuyğun sayılmır

Litva "Hizbullah"ı terror təşkilatı kimi tanıyıb

Zakir Həsənov: Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək

Hulusi Akar: Xocalı soyqırımını törətmiş və Dağlıq Qarabağı işğal etmiş Ermənistana qarşı sonadək Azərbaycanın yanındayıq

“The Jewish Press”: İsraildə yaşayan yüzlərlə Azərbaycan mənşəli yəhudi Ermənistanın təcavüzünə qarşı çıxış edib - FOTO

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanun təsdiqləndi

Bu gün keçirilən qəbul imtahanlarının nəticələri nə vaxt elan ediləcək? - RƏSMİ - FOTO

"İnstagram”da narkotiki təbliğ edən videolar yayan şəxs həbs edildi

Cəmi 15 dəqiqəyə Unibankda onlayn sahibkar hesabı aç!

Sosioloq: "Azərbaycanda ictimai qınağın yüksəldilməsinə böyük ehtiyac var"

BP: Pandemiya materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olur

Ermənistanın Bolqarlstandakı səfrliyinin yalanları ifşa olundu - FOTO

Prokurorluq sosial şəbəkələrdə - VİDEO

Sevr müqaviləsi Türkiyə Böyük Millət Məclisində rədd edilmiş və lazımsız kağız parçası kimi cırılıb kənara atılmışdı - Professor

Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür - FOTO

Nazirlər Kabineti 65 yaşdan yuxarı şəxslərlə bağlı QƏRAR VERDİ

Avstraliyada işsizlərin sayı ilk dəfə 1 milyon nəfəri keçib

Saatlıdan Saatlıya

Karantin günlərində Bakı bulvarı: idman qurğuları və veloparka necə nəzarət edilir? - FOTO

Ermənistandan deportasiya edilən azərbaycanlı: "Azərbaycanlıların sıxışdırılması 1988-ci ildən əvvəl başlamışdı" - FOTO

Karantin qaydalarına təsir edən testlər keçiriləcək - Evlərə zəng edib...

Aynişan ilk dəfə həyat yoldaşı ilə boşanmalarından danışdı - FOTO

Azərbaycan vətəndaşları Türkiyədə 90 gün vizasız qala biləcəklər - Saziş qüvvəyə mindi

Rusiyada son sutkada 5 057 nəfər COVID-19-a yoluxub

DİM: 3 nəfər maksimal bal toplayıb - FOTO

Ögey anaları tərəfindən dəhşətli işgəncələrə məruz qalan azyaşlı bacı-qardaşdan xəbər var

Azərbaycan əcnəbi serialların yayımı bərpa olunub

Ermənistanda koronavirusa yoluxa sayı yenidən artır

Bir ailənin üç üzvü koronavirusdan öldü - FOTO

Azərbaycanda telekanallara ayrılan vəsaitin məbləğləri açıqlandı

Yasamalda 7 km uzunluğunda küçə və yol yenidən qurulur - FOTO

Fransada COVID-19-un ikinci dalğası başlayıb

""Qarabağ" barədə düşünməyi qadağan etmişəm" - "Sileks"in baş məşqçisi

İsrail ABŞ-la birgə raketdən müdafiə sistemi sınaqlarını keçirib

TAP-ın tikintisinin 97 faizi başa çatıb

"Atletiko" "Leyptsiq"ə qarşı

Gürcüstanda 5 nəfər yeni yoluxan var

"Beşiktaş"da yeni transfer

Ukraynada “Lotu Quli”nin adamları həbs olundular - FOTO

Rüşvət alarkən tutulan məmurların işi məhkəməyə göndərildi

Dəbdəbəli mərasimlərindən imtinanın zamanı yetişib - Özünüzü yeni şərtlərə uyğunlaşdırın

Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

“Məni döyüb uşaqların gözü qarşısında alt paltarlarımı balkondan həyətə atırdı”

"Nə məni kimləsə tutublar, nə də yatağıma kimisə salmışam"

Yüksək bal toplayan məzunlar - FOTO

"Banu"nun Güneli saçlarını keçəl ertdi - Səbəbini açıqladı - FOTO

“Qarabağ” - “Sileks” matçının hakimləri açıqlandı

Bayrağımızı tapdalayan erməni axtarılır - FOTO

Son sutkada Braziliya, Hindistan və Meksikada COVID-19-dan ölənlərin sayı açıqlandı

Azərbaycanın Los Ancelesdəki baş konsulu Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşüb - FOTO

"Fənərbağça” sabiq “Qarabağ”lı ilə razılığa gəldi

ABŞ-da naməlum şəxslər hərbi vertolyotu atəşə tutdular

Azərbaycan səfirinin Kaliforniya qəzetində məqaləsi: “Nifrət zəminində cinayətlərə yer yoxdur”

"Qalatasaray"dan növbəti transfer

"Beşiktaş"dan ilk transfer

Çempionlar Liqasında texniki məğlubiyyət

Çempionlar Liqasında ilk yarımfinalçı PSJ oldu

Bu gün 19 mindən çox abituriyent qəbul imtahanı verəcək

Masazırda tanışı ilə mübahisə edən şəxs bıçaqlanıb

Tovuzda minaatan mərmisi tapılıb - FOTO

Somalinin paytaxtında terror aktı törədilib

Bakıda köməkçi tikili yanıb

İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlib - FOTO

Qəlblərdə əbədi yaşayan şəhidlər... - REPORTAJ - FOTO

Koronavirusu aşkar edən ağıllı saat hazırlandı - Testdən daha effektlidir

Türkiyədə koronavirusdan sağalanların sayı 227 min nəfəri ötüb

Batma təhlükəsi ilə üzləşən şəxs xilas olunub

Ekspert: Peyvənd 2021-ci ilə qədər geniş istifadə edilə bilməz

Türk professorlar dünyada analoqu olmayan COVID-19 serumu hazırladı: 6 həftə sonra...

103 yaşlı kişi və 90 yaşlı qadın koronavirusdan sağalıb

Fransız həkim ikinci dalğa haqqında: "Tamamilə fərqli olacaq"

Qırğızıstanda zəlzələ baş verib

30 cinayətin üstü “isti izlər”lə açıldı

Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir - FOTO

Birmərtəbəli ev yanıb

Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna 304 nəfər yoluxub

Norveç 5 ölkə üçün 10 günlük karantin rejimini tətbiq edir

ABŞ-da çimərliklər və parklar bağlanır

İranla sərhəddə 200 kiloqramdan artıq heroin aşkar edildi

Misirdə ailələr arasında torpaq davası olub, azı 8 nəfər öldürülüb

Albert Riera “Qalatasaray”a qayıtdı

Qlobal neft tələbatı cari ildə sutkada 7 milyon barrel artacaq

Paris marafonu koronavirusa görə ləğv olunub

ABŞ COVID-19 peyvəndindən 100 milyon ədəd sifariş etdi

"Dənizdə məndən başqa heç kim yox idi" - FOTO

Çində yayılan yeni virus daha bir nəfərin həyatına son qoydu

Hakan Çalkanoğlu Premyer Liqa nəhənginin hədəfində

Çində bağlamalar üzərində koronavirus aşkarlanıb

İsveçrədə koronavirusa yoluxma göstəriciləri kəskin artır

“Valensiya” kapitanı ilə vidalaşıb

Renat İngiltərə klubunun yenidən gündəmində

Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir

OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb

Ana oğlu və gəlini boşandığına görə məktub yazaraq özünü asdı - Azərbaycanda dəhşət

ÜST-dən Rusiyadakı peyvəndlə bağlı aparılan sınaqlar haqda AÇIQLAMA

Hindistanda avtobus yandı - Ölənlər var

Məşqi boykot edən futbolçu “Beşiktaş”dan FİFA-ya şikayət edəcək

Azərbaycan Premyer Liqasının yeni loqosu

Nazir: Türkiyədə "İldırım-5" antiterror əməliyyatı keçirilir

Son gündə Özbəkistanda koronavirusdan 14 nəfər ölüb