AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Hikmət Babaoğlu: Yaz və növbədənkənar sessiyalar ərzində qəbul olunmuş qanunlar ölkəmizin gələcək inkişafına mühüm töhfələr verəcək

  122

"Parlament həm yaz, həm də növbədənkənar sessiyalar dövründə uğurla fəaliyyət göstərib".

Demokratikmusavat.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin martın 10-da VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələrin yerinə yetirilməsi üçün parlamentdə ardıcıl tədbirlər görülüb:

"Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən əsaslı və hərtərəfli islahatların tərkib hissəsi kimi parlamentin və onun komitələrinin rəhbərliyində müxalif partiyaların təmsilçilərinin yer alması siyasi sistemin yeni konfiqurasiyasının formalaşması baxımından mühüm əhəmiyyətə malik olub.

Azərbaycan Prezidentinin VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışı məzmun etibarilə konseptual, çağırışlar etibarilə tarixi çıxış idi. Əslində, bu çıxışda irəli sürülən fikirlər və vəzifə kimi müəyyənləşdirilə biləcək tövsiyələr siyasi sistemimizdə və ictimai münasibətlər sistemimizdə yeni tarixi mərhələ yaradacaq keyfiyyət mərhələsinin başlanğıcı da hesab edilə bilər.

Çünki Prezident İlham Əliyev siyasi sistemimizin möhkəmləndirilməsi, siyasi proseslərin sağlam zəmində gücləndirilməsinin vacibliyi, genişmiqyaslı siyasi islahatların aparılması və yeni siyasi konfiqurasiyadan danışdı. Bunlar önümüzdə nə qədər dərin və məzmunlu islahatların həyata keçiriləcəyinin anonsu, bu islahatları təmin edəcək siyasi iradənin qətiyyəti idi.

Elə yeni parlamentin tərkibi və parlament rəhbərliyinin çoxpartiyalı əsaslarda formalaşması da bunun əyani sübutudur. Çünki bu vaxta qədər parlamentarizm tariximizdə Milli Məclisin Sədr müavinlərinin müxalifət və bitərəf deputatlardan təşkil olunması təcrübəsi yox idi və altıncı çağırışda bu, bir ilk oldu. Paralel olaraq komitə sədri və müavinlər səviyyəsində də müxalif və bitərəflərin iştirakçılığının təmin olunması artıq Milli Məclisdə yeni siyasi konfiqurasiya yaratdı ki, bu da ayrıca bir yenilikdir".

H.Babaoğlu yaz sessiyasının ilk günlərindən Milli Məclisin strukturunda islahatlar həyata keçirilməsinin də mühüm əhəmiyyətə malik olduğunu deyib: "Hazırda Azərbaycanın indiki inkişaf mərhələsində elə inkişafın özünün gətirdiyi yeni şərtlər formalaşıb ki, bu da yeni milli və qlobal çağrışlar kontekstində daha dinamik və daha səmərəli fəaliyyət tələb edir. Ölkəmizdə köklü islahatlar həyata keçirilir və bu islahatlar kompleks xarakter daşıyır. Milli Məclisdə həyata keçirilən islahatları da bu kontekstdə qiymətləndirmək lazımdır. Məlumdur ki, Milli Məclis Aparatında islahatlar nəticəsində 9 şöbə, İşlər İdarəsində isə 4 şöbə yaradılıb. Yeni bir şöbə - İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi yaradılıb ki, bu şöbənin fəaliyyətinin əsas istiqaməti qanunvericilik hakimiyyəti ilə icra hakimiyyətləri arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir. İslahatlar parlamentin işinin daha səmərəli surətdə təşkil və təmin edilməsinə öz müsbət təsirini göstərir".

Millət vəkili deyib ki, Milli Məclisin sessiyaları ərzində Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə Müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabat və məruzələri dinlənilib: "Parlamentin fəaliyyətində yeni tendensiyalardan biri qanun layihələri ilə bağlı ictimai dinləmələrin keçirilməsinə geniş yer verilməsi olub. Təcrübə göstərir ki, bu cür dinləmələr qanun layihələri üzərində iş prosesində qarşıya çıxan məsələlərin həll edilməsinə və nəticə etibarilə layihələrin keyfiyyətinin yüksəlməsinə kömək göstərir".

Deputat Milli Məclisin pandemiya şəraitində öz işini səmərəli şəkildə təşkil etdiyini söyləyib. Bu dövrdə parlamentdə xüsusi iş qaydası tətbiq edilib. Komitələrin iclasları onlayn rejimdə keçirilib. Onun sözlərinə görə, bu dövrdə mühüm tədbirlərdən biri də yaz sessiyası ərzində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanmış qanvermə aksiyasında Milli Məclisin deputatlarının və əməkdaşlarının fəal iştirakı olub. Millət vəkili deyib ki, koronavirus pandemiyası Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyinə müəyyən təsir göstərsə də, parlamentin rəhbərliyi, komitələrin sədrləri, beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərimiz öz həmkarları ilə onlayn rejimdə bir sıra görüşlər keçirib və müzakirələr aparıblar.

H.Babaoğlu hesab edir ki, bütövlükdə yaz və növbədənkənar sessiyalar ərzində qəbul olunmuş qanunlar ölkəmizin gələcək inkişafına, islahatlar prosesinə mühüm töhfələr verəcək.

Demokratikmusavat.com

Xəbər Lenti

Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib

Mingəçevirdə birmərtəbəli ev yanıb

Maurisionun biri gedir, biri gəlir – “Yuventus” Poçettinoyla danışıqlara başlayır

Beyrutda nümayişçilər XİN binasına girdilər, 130 yaralı var

Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib

İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq

ABŞ-da son sutkada COVID-19-dan 1 243 nəfər ölüb

Məşhur futbolçunun xəyanət görüntüləri yayıldı - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər - Hikmət Babaoğlu

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTO

Bu qızın titullu boksçu olduğuna inanmaq çox çətindi - FOTOlar

Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist - Bağırov ona bayquş demişdi

Ronaldunun sevgilisinin yeni FOTOsu "Instagram"ı "partlatdı"

Niderlandın Livandakı səfirinin həyat yoldaşı partlayış nəticəsində vəfat etdi

Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı - Maraqlı faktlar

Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu

İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalır

“Mançester Yunayted” daha bir qapıçı tapdı - Bu dəfə İtaliyada

Livanda partlayış nəticəsində 60-dan çox şəxs itkin düşüb

Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında

1/8 finalda son gün - Çempionlar Liqası

22 yaşlı qız qonşusuna təcavuz edib öldürdü - FOTO

"Fövqaladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm" - Zidan

"Niyə özünü xanım kimi aparmırsan?" - Səmranın "üçüncü gözü" - FOTO

Ronaldodan yeni rekord

“Liverpul”un futbolçusuna daha bir müştəri

Rayo Vallecano-nun yeni baş məşqçisi bilindi

PSJ-nin almaq istədiyi müdafiəçi bəlli oldu

Lider xalsız qaldı, digərləri qazandı - UEFA reytinqində

Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib

Ermənistanda koronavirusa yoluxanların sayı 40 min nəfəri keçdi

Premyer Liqamızın başlama tarixi - PFL açıqladı

"Zorakılığa məruz qalan qadınlarımız qınaqdan qorxub ayrılmır"

Pərvin Kərimzadə: Ölkəmizdə şəhid ailələlərinin sosial müdafiəsi daim diqqət mərkəzindədir

Rəqəmsallaşma davam etdirilsə, dövlət sahibkarlara dəstək mexanizmi həyata keçirə bilər - Rövşən Nəcəf

Rusiyada koronavirusa yoluxanların sayı 882 min nəfəri keçib

Prezidentin köməkçisindən rayonlara gediş-gəlişlə bağlı müjdəli xəbər

"Milli şuradıkıların əsas məqsədi ölkəmizi qan gölünə çevirib hakimiyyətə gəlməkdir"

Benzema Levandovskini arxada qoydu

Gürcüstanda dövlət bayraqları endirilib

Prosineçkinin yeni klubu

Çində daha bir təhlükəli epidemiya yayılır

Türkiyənin 81 vilayətində koronavirusa qarşı yeni qaydalar tətbiq edilir

Beyrutdakı partlayışla bağlı 19 nəfər həbs edildi

“Hizbullah” lideri Beyrut partlayışı ilə heç bir əlaqələrinin olmadığını bildirib

Məşhur müğənni vəfat edib

Bu ölkədə güclü yağışlar daha 4 can aldı

Koronavirusa qarşı peyvənd hazırdır

"Zenit"dən növbəti kubok

Bakıda anqarda yanğın olub

Koronavirus əleyhinə peyvəndin təhlükəli olması barədə iddia təkzib edildi

Beyrutdakı partlayışla bağlı 19 nəfər həbs edilib

Tovuzda top mərmisi aşkar edilib - FOTO

Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib

Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub

Türkiyədə koronavirusdan sağalanların sayı 221 min nəfəri ötüb

"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Bu gündən avqustun 10-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək