AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

COVID-19-un müalicəsində tətbiq edilən ən son dərman preparatları Azərbaycandakı xəstəxanaların depolarında var

  87

Hazırda Azərbaycanda klinikalar bütün dərman təchizatları ilə təmin olunub. Dünyada COVID-19-un müalicəsində tətbiq edilən ən son dərman preparatları xəstəxanaların depolarında var və istifadə olunur. Həmin preparatlar ölkəyə erkən gətirilib. Bu baxımdan hər hansı bir problem yoxdur.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində test nəticəsi pozitiv çıxan bütün koronavirus xəstələri xəstəxanalara yerləşdirilmirlər. Hətta xəstələrin bir hissəsi evdə müalicəni üstün tuturlar: "Xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq xəstə xəstəxanaya yerləşdirilir. Ancaq vəziyyəti stabil, yaşı az olan, hər hansı bir xroniki xəstəlikdən əziyyət çəkməyən, assimptomatik formalı xəstənin xəstəxanada yatmasına gərək yoxdur. Sadəcə müalicəsi həkim tərəfindən tənzimlənir. Eyni zamanda, sahə həkimi tərəfindən də izlənilir. Telefon vasitəsilə xəstənin şikayətləri, simptomları dinlənilir. Ehtiyac yaranarsa, xəstələr təkrar ambulator triaja cəlb olunurlar. Lazım gələrsə, onlardan qan analizi götürülür və müayinə edilirlər. Ehtiyac olarsa, müalicə takatikaları dəyişdirilir, xəstəxanada müalicə almaq zəruridirsə, xəstəxanaya yatırılırlar. Təbii ki, xəstəlik sayı artdığına görə, bütün belə xəstələr xəstəxanaya yerləşdirilə bilməzlər. Bu sistem bir gün içərisində qurula bilməz. Burada dərman təchizatı, həkimlərin həmin xəstəxanalara ezam olunması var. Son günlər fərqli xəstəxanalar da koronavirusla mübarizə mərkəzinə çevrilib. Xəstə sayı çox olduğuna görə, onların hamısının evdə izlənilməsi də mümkün deyil. Bu zaman səhiyyə işçilərinin üzərinə ağır xəstələrin düzgün triajını aparmaq məsuliyyəti düşür. Ağır xəstələr koronavirus testinin nəticəsindən asılı olmayaraq, yaş faktoruna əsasən dəyərləndirilirlər. Əgər xəstə xəstəxanada müalicə almalıdırsa, mütləq xəstəxanaya yatırılır. Lakin ev şəraitində izlənib nəzarətdə saxlanılmasına qərar verilibsə, o zaman həmin şəxs evdə qalmalıdır. Həmin xəstənin həkim tərəfindən müayinəsi, müalicəsi aparılmalı və o nəzarətdə saxlanılmalıdır".

"Bəzi vətəndaşlar koronavirusla mübarizədə istifadə edilən dərmanları qədərindən artıq alıb evlərində saxlayırlar. Bu baxımdan da dərman əskikliyi yaşaya bilirik. Lakin alternativ dərman preparatları da var. Son günlər bəzi dərmanlar apteklərdə çətin tapılırdı. Lakin onlayn aptek vasitəsilə həmin dərmanları əldə etməklə və ya digər alternativ dərmanlarla bunu tənzimləmək olur. Xəstəxanalar bütün dərman preparatları ilə dövlət hesabına təchiz olunub. Xəstənin yatdığı müddətdən və istifadə etdiyi dərmanın miqdarından asılı olmayaraq hamısı dövlət hesabına təmin edilir. Lakin şəxsin öz istəyi ilə xəstəxanalara müraciət edərək və ya müraciət etmədən apteklərdən gedib dərman alması onun öz hesabınadır. Məsləhət görürəm ki, dərman əskikliyi yaşayanlar həkimə müraciət etsinlər. Həkim onlara alternativ preparat təklif edə və ya həmin şəxslərin dərman istifadəsinə ehtiyacı olmadığını müəyyənləşdirə bilər", - deyə V.Əliyev diqqətə çatdırıb.

Demokratikmusavat.com

Xəbər Lenti

Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib

Mingəçevirdə birmərtəbəli ev yanıb

Maurisionun biri gedir, biri gəlir – “Yuventus” Poçettinoyla danışıqlara başlayır

Beyrutda nümayişçilər XİN binasına girdilər, 130 yaralı var

Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib

İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq

ABŞ-da son sutkada COVID-19-dan 1 243 nəfər ölüb

Məşhur futbolçunun xəyanət görüntüləri yayıldı - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər - Hikmət Babaoğlu

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTO

Bu qızın titullu boksçu olduğuna inanmaq çox çətindi - FOTOlar

Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist - Bağırov ona bayquş demişdi

Ronaldunun sevgilisinin yeni FOTOsu "Instagram"ı "partlatdı"

Niderlandın Livandakı səfirinin həyat yoldaşı partlayış nəticəsində vəfat etdi

Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı - Maraqlı faktlar

Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu

İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalır

“Mançester Yunayted” daha bir qapıçı tapdı - Bu dəfə İtaliyada

Livanda partlayış nəticəsində 60-dan çox şəxs itkin düşüb

Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında

1/8 finalda son gün - Çempionlar Liqası

22 yaşlı qız qonşusuna təcavuz edib öldürdü - FOTO

"Fövqaladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm" - Zidan

"Niyə özünü xanım kimi aparmırsan?" - Səmranın "üçüncü gözü" - FOTO

Ronaldodan yeni rekord

“Liverpul”un futbolçusuna daha bir müştəri

Rayo Vallecano-nun yeni baş məşqçisi bilindi

PSJ-nin almaq istədiyi müdafiəçi bəlli oldu

Lider xalsız qaldı, digərləri qazandı - UEFA reytinqində

Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib

Ermənistanda koronavirusa yoluxanların sayı 40 min nəfəri keçdi

Premyer Liqamızın başlama tarixi - PFL açıqladı

"Zorakılığa məruz qalan qadınlarımız qınaqdan qorxub ayrılmır"

Pərvin Kərimzadə: Ölkəmizdə şəhid ailələlərinin sosial müdafiəsi daim diqqət mərkəzindədir

Rəqəmsallaşma davam etdirilsə, dövlət sahibkarlara dəstək mexanizmi həyata keçirə bilər - Rövşən Nəcəf

Rusiyada koronavirusa yoluxanların sayı 882 min nəfəri keçib

Prezidentin köməkçisindən rayonlara gediş-gəlişlə bağlı müjdəli xəbər

"Milli şuradıkıların əsas məqsədi ölkəmizi qan gölünə çevirib hakimiyyətə gəlməkdir"

Benzema Levandovskini arxada qoydu

Gürcüstanda dövlət bayraqları endirilib

Prosineçkinin yeni klubu

Çində daha bir təhlükəli epidemiya yayılır

Türkiyənin 81 vilayətində koronavirusa qarşı yeni qaydalar tətbiq edilir

Beyrutdakı partlayışla bağlı 19 nəfər həbs edildi

“Hizbullah” lideri Beyrut partlayışı ilə heç bir əlaqələrinin olmadığını bildirib

Məşhur müğənni vəfat edib

Bu ölkədə güclü yağışlar daha 4 can aldı

Koronavirusa qarşı peyvənd hazırdır

"Zenit"dən növbəti kubok

Bakıda anqarda yanğın olub

Koronavirus əleyhinə peyvəndin təhlükəli olması barədə iddia təkzib edildi

Beyrutdakı partlayışla bağlı 19 nəfər həbs edilib

Tovuzda top mərmisi aşkar edilib - FOTO

Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib

Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub

Türkiyədə koronavirusdan sağalanların sayı 221 min nəfəri ötüb

"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Bu gündən avqustun 10-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək