AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Günün qoroskopu: peşəkarlıq sizdən mütəhərrik və çeviklik tələb edir

  88

Demokratikmusavat.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - məqsədlər arasında çaş-baş qalmayın. Qarşınıza bir hədəf qoyun, onu prioritet sayın və əldə etməyə çalışın. Eyni vaxtda bir neçə iş görməyin heç bir mənası yoxdur.
Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla münaqişə istisna olunmur.
Çətin situasiyanın məqamlarını tezliklə çözün və dürüst qərarlar qəbul edin. Bu, peşəkarlığınızın ən bariz izharı olar.
Axşam saatlarında şəxsi münasibətlərdə cəsarətli addım ata bilərsiniz.

Buğa - cari məsələlərin həllində nizamı pozmayın. Xidməti, maliyyə və məişət məqamlarındakı çətinliklərin aradan qaldırılması üçün zəruri addımlar atın. Verdiyiniz vədə əməl edin, dediklərinizi unutmayın. Həmkarlarınız və şərikləriniz arasında nüfuzunuza xələl gələcək situasiyanın yaranmasına imkan verməyin.
Günün ikinci yarısında hansısa işlər əvvəlcədən hazırlanmış planda dəyişikliklər etmək zəruridir. Seçilmiş kursdan sapmayın. 
Axşam saatlarını ailə üzvlərinə həsr edin. Səmimi və qayğıkeş olun.

Əkizlər - önəmli məsələlərin həllində ciddi olun. Şit zarafatlar edən, təlxək təsiri bağışlayan insanlardan uzaq durun. Tapşırıqları vaxtında yerinə yetirin. Ağır işləri görməkdən qaçmayın.
Günün ikinci yarısında fəaliyyətiniz cari situasiyaya uyğunlaşdırılmalıdır. Maliyyə məsələlərində diqqətli olun, sayıq davranın. Ödənişlərin gecikməsini istisna edin. 
Axşam saatlarında çətin anlar yaşasanız, yaxınlarınız sizə yardım edəcəklər.

Xərçəng - əvvəlki anlaşmaları və sövdələşmələri unutmayın. Yarımçıq işləri başa vurun. Fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdəki anlaşılmazlıqları aradan qaldırın. Yaxın ətrafınızdakı insanlarla maraqlarınız üst-üstə düşərsə, sərinləmiş tərəfdaşlıq münasibətlərini bərpa etmək olar.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla kəskin mübahisələrə başlamayın. Qarşı tərəfi dinləməyi bacarın. Əks təqdirdə tək qala bilərsiniz.

Şir - məqsədə doğru aparan yoldakı müxtəlif sədlər və problemləri aradan qaldırmaq üçün təşəbbüskar olun. Situasiya o qədər də sərfəli, rahat deyil. İrəliyə doğru usanmadan, yorulmadan hərəkət edin.
İradə əsas məsələdir.
Günün ikinci yarısında ailə üzvlərindən birinin yardıma ehtiyacı yaranacaq. Qayğınızı əsirgəməyin. Dostlar və qohumların dediklərinə qulaq asın, amma münasib saydığınız qərarı qəbul edin.
Xroniki xəstəliklərin yaranmasının qarşısını almağın ən yaxş yolu müayinədir.

Qız - önəmli qərarlar və çətin danışıqlar zamanıdır. Yaxın gələcəkdəki işləriniz, perspektivləriniz bugünkü davranışınızdan asılıdır. İfrat dərəcədə mühafizəkar olan hadisələrin ənənəvi axarını pozmaqdan çəkinməyin.
Günün ikinci yarısında eksperimentə başlamaq, risk etmək olar. Şəxsi münasibətlərdə, habelə işdə yeniliklər olacaq.
Planlarınızda ehtiyatlı olun. 
Axşam saatlarında yaxınlarınızla təmaslarda səbrli, soyuqqanlı olun.

Tərəzi - çətin, qarışıq gündür. Ən sadə təsir bağışlayan məsələlər elə çətinləşəcək ki, çıxış yolunu tapmaq ağırlaşacaq. Məişət qayğıları təcili həllini tələb edir. İşdə rəhbərlikdən yeni tapşırıq alacaqsınız.
Günün ikinci yarısında mürəkkəb işi qısa müddətə başa vurmaq zərurəti ilə qarşılaşacaqsınız. Maliyyə və pul müstəvisində əsəbləri gərəcək qarşıdurmaya başlamayın. Amma belə situasiya olarsa, mənasız xeyriyyəçilik etməyin, borcları bağışlamayın, maraqlarınızın tapdanmasına imkan verməyin.
Axşam saatlarında biznes və daşınmaz əmlakla bağlı məsələlərdə maksimum dərəcədə ehtiyatlı davranın.

Əqrəb - yaranan problemləri dərhal həll edin. Çözüm prosesini təxirə salmayın, cavab tələb edən sualların araşdırılmasını ertələməyin. İşgüzar məsələlərin yoluna qoyulmasında nə qədər cəsarətli olsanız, bir o qədər yaxşıdır.
Günün ikinci yarısında sevdiyiniz insanla romantik anlar yaşayacaqsınız. Hisslərinizin sınanmasına ehtiyac duyulmur. Yalan danışmayın, yetər.
Axşam saatlarını özünüzə həsr edin.

Oxatan - qəti qərar verməzdən əvvəl yaxşı düşünün. Sadəlövh olmayın, hər deyilən sözə inanmayın. Elementar təhlükəsizlik qaydalarına riayət edin. Ətrafınızdakı insanların tələblərini birmənalı şəkildə qulaqardına vurmayın.
Günün ikinci yarısında bəlli qaydalar çərçivəsində çalışmaq sizi çox bəlalardan hifz edəcək. Mübahisələrdə kiçik də olsa, güzəştlərə meylli olun. Sizə qarşı tələblər və iradlarla çıxış edən insanın sözlərinə qulaq asın.
Aqressiv olmayın.

Oğlaq - emosional baxımdan dayanıqlı olun. Dəmir qətiyyətiniz, iradəniz və təmkininiz olmalıdır. Yaşamın az qala bütün sahələrində qəfil hadisələr, təsadüflər sizi sınağa çəkəcək.
Günün ikinci yarısında səbrli olsanız, potensial və resurslara qənaət edəcəksiniz. Maliyyə məsələrində risk etməyin. Bununla belə, şanslarınızı da vaxtında dəyərləndirin. Rəqiblərin kölgəsində qalmayın, fatalist olmayın.
Gəlir mənbələrinizi artıra bilərsiniz. Axşam saatlarında sakit olun, dialoqları konstruktiv məcrada qurun.

Dolça - peşəkarlıq sizdən mütəhərrik və çeviklik tələb edir. Qətiyyətli, əzmkar olun. Kimsənin qarşısında geri çəkilməyin. Fövqəladə vəziyyətlərdən çıxış yolunu sürətlə arayın. Astagəl və ləng olmayın.
Günün ikinci yarısında bəzi qərarlarınızı yaxın ətrafınızdakı insanlar bəyənməyə bilərlər. Səbrli olun, qəlb qırmayın.
Səhhətinizə ziyan vuracaq əməllər etməyin. Sınanmış vasitələr arzuolunmaz effekt verə bilər.

Balıqlar - ehtiyatlı, sayıq olun. Əvvəllər əldə etdiyiniz təcrübələr sizi yeni səhvlərdən hifz edəcək. Peşəkar fəaliyyət müstəvisindəki mümkün dəyişiklikləri sakit, təmkinlə qəbul edin.
Günün ikinci yarısında intuisiyanıza güvənərək məntiqsiz addımlar atmayın. 
Axşam saatları dostlarla görüşlər üçün əlverişlidir. Bədxərclik etməyin.

Demokratikmusavat.com

Xəbər Lenti

Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib

Mingəçevirdə birmərtəbəli ev yanıb

Maurisionun biri gedir, biri gəlir – “Yuventus” Poçettinoyla danışıqlara başlayır

Beyrutda nümayişçilər XİN binasına girdilər, 130 yaralı var

Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib

İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq

ABŞ-da son sutkada COVID-19-dan 1 243 nəfər ölüb

Məşhur futbolçunun xəyanət görüntüləri yayıldı - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər - Hikmət Babaoğlu

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTO

Bu qızın titullu boksçu olduğuna inanmaq çox çətindi - FOTOlar

Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist - Bağırov ona bayquş demişdi

Ronaldunun sevgilisinin yeni FOTOsu "Instagram"ı "partlatdı"

Niderlandın Livandakı səfirinin həyat yoldaşı partlayış nəticəsində vəfat etdi

Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı - Maraqlı faktlar

Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu

İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalır

“Mançester Yunayted” daha bir qapıçı tapdı - Bu dəfə İtaliyada

Livanda partlayış nəticəsində 60-dan çox şəxs itkin düşüb

Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında

1/8 finalda son gün - Çempionlar Liqası

22 yaşlı qız qonşusuna təcavuz edib öldürdü - FOTO

"Fövqaladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm" - Zidan

"Niyə özünü xanım kimi aparmırsan?" - Səmranın "üçüncü gözü" - FOTO

Ronaldodan yeni rekord

“Liverpul”un futbolçusuna daha bir müştəri

Rayo Vallecano-nun yeni baş məşqçisi bilindi

PSJ-nin almaq istədiyi müdafiəçi bəlli oldu

Lider xalsız qaldı, digərləri qazandı - UEFA reytinqində

Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib

Ermənistanda koronavirusa yoluxanların sayı 40 min nəfəri keçdi

Premyer Liqamızın başlama tarixi - PFL açıqladı

"Zorakılığa məruz qalan qadınlarımız qınaqdan qorxub ayrılmır"

Pərvin Kərimzadə: Ölkəmizdə şəhid ailələlərinin sosial müdafiəsi daim diqqət mərkəzindədir

Rəqəmsallaşma davam etdirilsə, dövlət sahibkarlara dəstək mexanizmi həyata keçirə bilər - Rövşən Nəcəf

Rusiyada koronavirusa yoluxanların sayı 882 min nəfəri keçib

Prezidentin köməkçisindən rayonlara gediş-gəlişlə bağlı müjdəli xəbər

"Milli şuradıkıların əsas məqsədi ölkəmizi qan gölünə çevirib hakimiyyətə gəlməkdir"

Benzema Levandovskini arxada qoydu

Gürcüstanda dövlət bayraqları endirilib

Prosineçkinin yeni klubu

Çində daha bir təhlükəli epidemiya yayılır

Türkiyənin 81 vilayətində koronavirusa qarşı yeni qaydalar tətbiq edilir

Beyrutdakı partlayışla bağlı 19 nəfər həbs edildi

“Hizbullah” lideri Beyrut partlayışı ilə heç bir əlaqələrinin olmadığını bildirib

Məşhur müğənni vəfat edib

Bu ölkədə güclü yağışlar daha 4 can aldı

Koronavirusa qarşı peyvənd hazırdır

"Zenit"dən növbəti kubok

Bakıda anqarda yanğın olub

Koronavirus əleyhinə peyvəndin təhlükəli olması barədə iddia təkzib edildi

Beyrutdakı partlayışla bağlı 19 nəfər həbs edilib

Tovuzda top mərmisi aşkar edilib - FOTO

Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib

Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub

Türkiyədə koronavirusdan sağalanların sayı 221 min nəfəri ötüb

"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalına yüksəlib