AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Yuxarı vergi orqanlarında inzibati şikayətlərə hansı halda baxılır?

  89

İnzibati icraat çox geniş fəaliyyət dairəsini əhatə edir və inzibati şikayətlərə baxılması onun tərkib hissəsidir. Vergi orqanlarına edilən inzibati şikayətlərin əksəriyyəti kameral və səyyar vergi yoxlamaları, operativ nəzarət tədbirləri, ümidsiz vergi borclarının silinməsi, artıq ödənilmiş vergilərin geri qaytarılması və digər mübahisələrlə bağlı olur.

Demokratikmusavat.com Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergi hüququ üzrə ekspert Sirac Piriyevin şərhində bu aktual mövzuya bir daha aydınlıq gətirilib.

Ekspert bildirib ki, göstərilən məsələlərlə bağlı inzibati icraatın aparılması zamanı şikayət instansiyası (yuxarı vergi orqanı) həm Vergi Məcəlləsinin, həm də "İnzibati icraat haqqında" Qanunun tələbləri əsasında tədbir görür: "İlk olaraq, yuxarı vergi orqanı müraciətin inzibati şikayət olub-olmamasını aydınlaşdırmalıdır. Belə ki, yalnız inzibati aktdan verilən şikayət deyil, həm də inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) edilən müraciətlər inzibati şikayəti ehtiva etdiyi üçün ona inzibati icraat qaydasında baxılmalıdır. "İnzibati icraat haqqında" Qanunun 73-cü maddəsi ilə inzibati aktdan edilən şikayətlərin inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində edilməsi nəzərdə tutulsa da, vergi münasibətlərinin tənzimlənməsində Vergi Məcəlləsi xüsusi qanun kimi tətbiq olunduğu üçün Məcəllənin 63.2-ci maddəsinə əsasən, inzibati şikayət, şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir".

Onun sözlərinə görə, şikayətlərə birmənalı şəkildə yuxarı vergi orqanında baxılmalıdır. "İnzibati icraat haqqında" Qanunun 79.5-ci maddəsinə görə, şikayət instansiyası (yuxarı vergi orqanı) şikayətə baxılmasını heç bir halda şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqana və ya onun vəzifəli şəxslərinə həvalə edə bilməz. Həmin Qanunun 79.2-ci maddəsində göstərilir ki, şikayət inzibati aktı qəbul etmiş yerli vergi orqanına təqdim olunarsa, həmin orqan şikayəti və icraatla bağlı materialları yuxarı vergi orqanına göndərməyə borcludur.

S.Piriyev, həmçinin qeyd edib ki, yuxarı vergi orqanına təqdim edilən inzibati şikayətlərə Vergi Məcəlləsinin 63.1-ci maddəsinə uyğun olaraq 30 gün müddətinə baxılmalıdır. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün daha artıq müddət tələb olunarsa, maraqlı şəxsə (vergiödəyicisinə) məlumat verilməklə inzibati icraatın müddəti hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər.

Müddətin uzadılmasına səbəb olan hallar vergi orqanı tərəfindən inzibati aktda əsaslandırılmalıdır. Əgər şikayətin forması və məzmunu Qanunun 74-cü maddəsinə uyğundursa və şikayətin baxılmamış saxlanılması üçün Qanunun 75-ci maddəsi ilə müəyyən olunan əsaslar yoxdursa, yuxarı vergi orqanı 30 gün müddətində (əlavə araşdırmaya zərurət olmadıqda) inzibati icraat qaydasında araşdırma aparmalı, maraqlı şəxsi (vergiödəyicisinin səlahiyyətli nümayəndəsini) dinləməklə icraatın nəticəsi üzrə Qanunun 80-ci maddəsinə uyğun olaraq üç qərardan birini qəbul etməlidir. Yerli vergi orqanları tərəfindən qəbul edilən inzibati aktların cinayət tərkibi yaratması həmin inzibati aktlar üzrə edilən şikayətlərin araşdırılmasından imtina olunması üçün əsas deyildir. Belə ki, cinayət təqibinin fakt üzrə başlaması və onun da təməlini inzibati aktın qəbul edilməsi təşkil etdiyi üçün sonrakı mərhələlərin həyata keçirilməsi həmin inzibati aktdan asılıdır. Yəni inzibati aktdan şikayətin nəticəsi üzrə yuxarı vergi orqanının qərarına uyğun olaraq cinayət təqibi orqanı növbəti atacağı addımları müəyyən etməlidir.

O deyib ki, cinayət təqibi orqanı inzibati akt üzrə hər hansı qərar qəbul edərək onu ləğv edə bilməz: "İnzibati icraat haqqında" Qanunun 3.2-ci maddəsinə görə, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Başqa sözlə, cinayət təqibini və inzibati xətalara dair işləri həyata keçirən inzibati orqan (Dövlət Vergi Xidməti yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi və sair) həmin Qanunun müddəalarına istinad edərək inzibati icraatla bağlı hər hansı məsələni tənzimləyə bilməz.

Demokratikmusavat.com

Xəbər Lenti

Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib

Mingəçevirdə birmərtəbəli ev yanıb

Maurisionun biri gedir, biri gəlir – “Yuventus” Poçettinoyla danışıqlara başlayır

Beyrutda nümayişçilər XİN binasına girdilər, 130 yaralı var

Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib

İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq

ABŞ-da son sutkada COVID-19-dan 1 243 nəfər ölüb

Məşhur futbolçunun xəyanət görüntüləri yayıldı - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər - Hikmət Babaoğlu

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTO

Bu qızın titullu boksçu olduğuna inanmaq çox çətindi - FOTOlar

Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist - Bağırov ona bayquş demişdi

Ronaldunun sevgilisinin yeni FOTOsu "Instagram"ı "partlatdı"

Niderlandın Livandakı səfirinin həyat yoldaşı partlayış nəticəsində vəfat etdi

Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı - Maraqlı faktlar

Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu

İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalır

“Mançester Yunayted” daha bir qapıçı tapdı - Bu dəfə İtaliyada

Livanda partlayış nəticəsində 60-dan çox şəxs itkin düşüb

Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında

1/8 finalda son gün - Çempionlar Liqası

22 yaşlı qız qonşusuna təcavuz edib öldürdü - FOTO

"Fövqaladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm" - Zidan

"Niyə özünü xanım kimi aparmırsan?" - Səmranın "üçüncü gözü" - FOTO

Ronaldodan yeni rekord

“Liverpul”un futbolçusuna daha bir müştəri

Rayo Vallecano-nun yeni baş məşqçisi bilindi

PSJ-nin almaq istədiyi müdafiəçi bəlli oldu

Lider xalsız qaldı, digərləri qazandı - UEFA reytinqində

Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib

Ermənistanda koronavirusa yoluxanların sayı 40 min nəfəri keçdi

Premyer Liqamızın başlama tarixi - PFL açıqladı

"Zorakılığa məruz qalan qadınlarımız qınaqdan qorxub ayrılmır"

Pərvin Kərimzadə: Ölkəmizdə şəhid ailələlərinin sosial müdafiəsi daim diqqət mərkəzindədir

Rəqəmsallaşma davam etdirilsə, dövlət sahibkarlara dəstək mexanizmi həyata keçirə bilər - Rövşən Nəcəf

Rusiyada koronavirusa yoluxanların sayı 882 min nəfəri keçib

Prezidentin köməkçisindən rayonlara gediş-gəlişlə bağlı müjdəli xəbər

"Milli şuradıkıların əsas məqsədi ölkəmizi qan gölünə çevirib hakimiyyətə gəlməkdir"

Benzema Levandovskini arxada qoydu

Gürcüstanda dövlət bayraqları endirilib

Prosineçkinin yeni klubu

Çində daha bir təhlükəli epidemiya yayılır

Türkiyənin 81 vilayətində koronavirusa qarşı yeni qaydalar tətbiq edilir

Beyrutdakı partlayışla bağlı 19 nəfər həbs edildi

“Hizbullah” lideri Beyrut partlayışı ilə heç bir əlaqələrinin olmadığını bildirib

Məşhur müğənni vəfat edib

Bu ölkədə güclü yağışlar daha 4 can aldı

Koronavirusa qarşı peyvənd hazırdır

"Zenit"dən növbəti kubok

Bakıda anqarda yanğın olub

Koronavirus əleyhinə peyvəndin təhlükəli olması barədə iddia təkzib edildi

Beyrutdakı partlayışla bağlı 19 nəfər həbs edilib

Tovuzda top mərmisi aşkar edilib - FOTO

Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib

Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub

Türkiyədə koronavirusdan sağalanların sayı 221 min nəfəri ötüb

"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Bu gündən avqustun 10-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək