AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Vüqar Rəhimzadə: "Milli şura"çıların Ermənistan hakimiyyətinə dəstəyi itmiş mənəviyyatın, simasızlığın pik nöqtəsidir

  80

Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışının, səsləndirdiyi hər bir bəyanatın mahiyyətində Ermənistanın işğalçılıq siyasətinin dünyaya çatdırılması, ədalətin bərpa olunması, həqiqətə həqiqət gözü ilə baxılması tələbi dayanır. Bu günlərdə möhtərəm Prezidentimizin Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışındakı nitqində söylədiyi fikirlər bir daha işğalçı dövlətə və ona dəstək olan dairələrə ciddi mesaj oldu. Hazırda diqqəti çəkən məqam möhtərəm Prezidentimizin nitqində əksini tapan reallıqlar qarşısında aciz durumda qalan Ermənistan hakimiyyətinin beynəlxalq ictimaiyyətin diqqətini özündən yayındırmaq üçün əsassız iddiaları və nə qədər təəccüblü də olsa onlara Azərbaycanın antimilli ünsürləri tərəfindən verilən dəstəkdir. Təbliğatı yalana əsaslanan, ən əsası özünə saxta tarix yazıb bu günə qədər dünyanı yalanlarına inandırmaq üçün dəridən-qabıqdan çıxan işğalçı bir dövlətə beynəlxalq dəstək uzunömürlü ola bilməz. Çünki bu yolu tutlan dövlətlər hər zaman güclü dövlətlər qarşısında əzilən olur, onların maraqlarının ifadəçisi qismində çıxış edir. Necə ki, işğalçı Ermənistanın müstəqilliyimizin ilk illərində Azərbaycanla bağlı apardığı yalan təbliğat ayaq tutub yeriyir, dünya erməniləri "məzlum, döyülən, əzilən" xalq kimi qəbul edirdi.

Azərbaycanın həmin dövrünün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutması ermənilərin və erməni diasporunun fəallaşmasına meydan açmaqla yanaşı, eyni zamanda, torpaqlarımızın işğalına səbəb olmuşdur. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan nitqində məhz bu reallıqlara diqqət yönəltmişdir. Bu günə qədər özlərində cəsarət tapıb həqiqəti etiraf etmək imkanında olmayan daxili bədxahlarımız ənənələrinə sadiqlik nümayiş etdirərək işğalçı Ermənistana dəstək olmaqla əsl simalarını ortaya qoyur, ictimaiyyətdə bir illik hakimiyyətləri dövründə əməllərinə görə yaratdıqları qınağı daha da dərinləşdirirlər. Amma unudurlar ki, zaman hakim, tarix isə yaddaşdır.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, istər Ermənistan hakimiyyətinin, istərsə də onların Azərbaycandakı dəstəkçilərinin, "Milli şura"çıların dövlətimizin başçısının söylədiyi fikirlərin guya ölkəmizə aid olması kimi əsassız, gülünc doğuran iddialarına gəlincə, bu gün işğalçı dövlət heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil: "İqtisadi böhran içəriçində çabalayan Ermənistan hazırda koronavirus pandemiyasının ən ağır nəticələrini yaşamaqdadır. Azərbaycanın iqtisadi imkanları əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlara yol açdı.

Azərbaycan ilə Ermənistanın sosial-iqtisadi inkişafı, regional və dünya siyasətində rolu və yeri arasında aydın görünən kəskin fərqləri geniş təhlil etməyə ehtiyac yoxdur. Təkcə pandemiya dövründə Azərbaycan dövlətinin istər daxildə, istərsə də beynəlxalq çərçivədə əməkdaşlığa, birliyə, həmrəyliyə verdiyi töhfələrə diqqət yetirmək kifayətdir. Türk Şurasının, Qoşulmama Hərəkatının videoformatda konfranslarının keçirilməsi təşəbbüsü ilə çıxış edib bunu əməli fəaliyyətində təsdiqləyən Azərbaycan növbəti uğuru ilə diqqət çəkir. Belə ki, 130 ölkə dövlətimizin başçısı İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədi. Yenə də bu təşəbbüsün əleyhinə çıxan, ona dəstək verməyən işğalçı Ermənistan oldu. Bu da başadüşülən idi. Səylərin birləşdirilməsi fonunda hər bir ölkə malik olduğu təcrübəni ortaya qoymalı, ümumi yanaşmanı dəstəkləməlidir. İşğalçı Ermənistan pandemiyanın ən ağır nəticələrini yaşayırsa, yoluxma sayına görə dünyada liderliyi ələ alırsa, bu halda baş nazir Nikol Paşinyan hansı təcrübədən, qabaqlayıcı tədbirin görülməsindən bəhs edə bilər? Nikol Paşinyan bu məsələdə də aciz vəziyyətə düşdüyündən çıxış yolunu təşəbbüsü "bəyənməməkdə" gördü. Amma unutdu ki bu, çıxış yolu yox, acizliyin, zəifliyin, bir dövlət olaraq inkişaf modelinə malik olmamağın, hər zaman olduğu kimi, bu məsələdə də digər dövlətlərdən asılılığın göstəricisidir. Belə olan təqdirdə dövlətimizin başçısı İlham Əliyevin Ermənistan hakimiyyətinin ünvanına söylədiyi fikirlər Azərbaycana necə aid edilə bilər?".

Baş redaktor qeyd edib ki, ən əsası pandemiya Azərbaycanın yenilkçi, innovasiyalar sahəsində böyük irəliləyişlərə malik olan ölkə olduğunu nümayiş etdirdi: "Bu baxımdan ki, koronavirus pandemiyası insanların sağlamlığına təhdid, iqtisadiyyata böyük zərbə olmaqla yanaşı, yeni texnologiyaların, müasir idarəçiliyin tətbiqinin önəmini açıqladı. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə "COVID-19-a qarşı birlikdəyik" devizi altında Türk Şurasının, həmçinin Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi. Bu müddət ərzində Prezident İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti arasında, eyni zamanda, Asiya İnkişaf Bankının, "Signify" və CISCO şirkətlərinin təşəbbüsü əsasında bu qurumların rəhbərləri ilə dövlətimizin başçısı arasında videoformat şəklində konfranslar keçirildi. Bütün bu addımlar ölkəmizin yeni texnologiyaların inkişafı və tətbiqi sahəsində əldə etdiyi təcrübələrin aydın mənzərəsini yaradır".

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanla işğalçı Ermənistanı heç bir sahədə müqayisə etmək mümkün deyil: "Ermənistan demokratik dəyərlərə etinasız münasibət bəsləyən, qonşu dövlətin ərazisinin 20 faizini 30 ilə yaxın müddətdə işğal altında saxlamaqla beynəlxaq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, ümumiyyətlə, bu prinsiplərin mahiyyətini dərk etməyən bir ölkədir. İşğalçı dövlətdə bu gün siyasi opponentlərə, müstəqil mediaya, vətəndaş cəmiyyəti institutlarına və fəallarına qarşı ciddi təzyiqlər göstərilir. Amma təəccüb doğuran, eyni zamanda, hər zaman müxtəlif sualların yaranmasına səbəb olan dünyanın bu gerçəkliklərə hələ də göz yummasıdır. İnanmaq istərdik ki, beynəlxalq birlik bu gün dünyanı silkələyən, insanların sağlamlığına və iqtisadiyyata böyük təhdid olan koronavirus pandemiyasına qarşı 130 ölkənin dəstəyini qazanan təşəbbüsün işğalçı Ermənistanı "razı salmamasının" səbəblərini araşdıracaq, artıq ədalət meyarına söykənərək işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı onillərdir ki, kağız üzərində qalan qərarları reallaşdıracaq".

Baş redaktor dövlətimizin başçısı İlham Əliyevin Ermənistanın ünvanına səsləndirdiyi fikirlərə daxili bədxahlarımızdan gələn dəstəklə bağlı fikirlərini bir daha belə ümumiləşdirib ki, qondarma "Milli Şura"nın sədri Cəmil Həsənlinin, bu qurumda təmisl olunmuş digər fəalların, habelə keçmiş səfir Arif Məmmədov kimi xaricdə yaşayan bəzi bədxahların milli hisslərini tam itirmələri, hakimiyyətə qarşı deyil, artıq xalqa və dövlətə qarşı mübarizə aparması, "Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" prinsipindən çıxış etməsi, öz iddialarını gerçəkləşdirmək üçün hətta işğalçı Ermənistanı təbliğ etməkdən, vətənlərini isə ləkələməkdən belə çəkinməmələri bu ünsürlərin nə qədər simasız, xəyanətkar, şəxsi ambisiyalarının quluna çevrildiklərini ortaya qoyur: "Amma bu antimilli ünsürlər unudurlar ki, ictimai qınaq ən böyük cəzadır. Belə olmasaydı, bu günə qədər ölkədə keçirilən seçkilərdə varlıqlarını belə nümayiş etdirmək üçün prosesə qatılmaq cəsarəti tapar, illərdir boykot yolunu tutmazdılar. Xalq bu ünsürlərin qiymətini çoxdan verərək onları tarixin zibilliyinə atıb. Zibilliyi özlərinə məkan seçən belələrindən ancaq müxtəlif dairələrin istəklərinə uyğun addımlar gözləmək olar. "Milli Şura"nın son videokonfransından yayılan görüntülərdən də aydın görünür ki, bu qurumun əsas vəzifəsi Azərbaycan hakimiyyətini şərləməkdir. Bu etiraf onların əsl simasını və xislətini aydın nümayiş etdirir. Hər zaman qeyd etdiyimiz kimi, Vətənə, dövlətə xəyanat bağışlanmaz. Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bu duyğular yoxdursa, həmin insan mənəviyyatsızdır. Bu ünsürlər, eyni zamanda, unudurlar ki, doğru yol tutmaqla, dövlətinə, xalqına bağlılıq ruhunda, zəhmətlə qazanılan kiçik məbləğ dövlətini, xalqını satmaqla əldə olunan milyonlardan daha qürurvericidir. Çünki itmiş mənəviyyatı milyonlar xərcləsən belə bərpa etmək mümkünsüzdür".

Demokratikmusavat.com

Xəbər Lenti

Azərbaycanın 16 şəhər və rayonunda bəzi iş və xidmət sahələrinin fəaliyyəti iyulun 20-dək dayandırılıb

Azərbaycanda ictimai yer, küçə və bulvarlarda 5 nəfərdən artıq toplaşmaq qadağan edilib

Azərbaycanın 16 şəhər və rayonunda xüsusi karantin rejimi başlayıb - SİYAHI

Bu gündən 16 şəhər və rayonda vətəndaşlar küçəyə icazə ilə çıxa biləcəklər

Günün qoroskopu: Rəqiblər arqumentlərinizə əla bələddir və onlar yeni heç nə deməyəcəklər

Binəqədidə boya zavodu yanır - YENİLƏNİB - VİDEO - FOTO

Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu - FOTO

30 il əvvəl türk hərbçini öldürmüş şəxslər Suriyada ələ keçirilib

Karantin müddətində panik atak halları: öhdəsidən necə gəlmək olar?

Bu xanım Avropada rəqib tanımır - FOTOlar

İranda koronavirusdan daha 148 nәfәr ölüb

Formula 1 pilotları yarşış ərəfəsində koronavirus testlərindən keçib

"Air France" 7 mindən çox işçini ixtisar edəcək

Gürcüstanda əcnəbi iş adamları üçün yeni qaydalar müəyyən edilib

Ermənistanda 5 klub və 58 şəxs danışılmış oyunlara görə cəzalanıb

Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi

Deputat: Milli Məclisdə çox inklüziv atmosfer mövcuddur

Sevdiyi qızı başqasına verdilər, bu VİDEOnu çəkib özünü öldürdü - FOTO

Solomon adaları yaxınlığında güclü zəlzələ olub

“Barselona”da dopinq-yoxlama

Səfir: ABŞ və Azərbaycanı vacib tərəfdaşlıq birləşdirir - VİDEO

Rusiya-Qazaxıstan sərhədində yüzlərlə Özbəkistan vətəndaşı toplanıb

Parisdə yanğın olub - Ölən var

Ermənistanda koronavirusdan ölənlərin sayı 477 nəfərə çatıb

Nisə Qasımova və Aygün Kazımovanın arxiv FOTOsu yayılıb

Komitə sədri: Yaz və növbədənkənar sessiya dövründə Milli Məclis öz işini səmərəli qurmağa nail ola bilib

Messi İngiltərə Premyer Liqasında?

Qırğızıstanda ötən sutka ərzində koronavirusa daha 327 nəfər yoluxub

Redaksiyaya məktub: Hüseynov qardaşlarının anasının erməni Yevgeniya Ovanesova olduğu ortaya çıxdı - VİDEO - FOTO

Koronavirusa yoluxan idmançı müalicədən sonra güzgüdə özünü tanımadı - FOTO

Pərvin cazibədar bədən quruluşu ilə göz oxşadı - FOTO

Türkiyədən TERROR ƏMƏLİYYATI: qırıcılarla zərbələr endirildi

"Arsenal" hücumçusu ilə yeni müqavilə imzaladı

Trampın məsləhətçisi koronavirusa yoluxub

"Özünüzü qoruyun!" - Koronavirusa yoluxan jurnalist sağaldı - FOTO

"10 gün ev şəraitində müalicə edildim, sonra xəstəxanaya yerləşdirildim" - Testi pozitiv çıxan Aynur Nəsirova

Koronavirusun yeni təhlükəli xüsusiyyəti məlum oldu

TANAP-la Türkiyəyə qaz tədarükünün həcmi 5,8 milyard kubmetri keçib

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Kabildə polis məntəqəsində partlayış baş verib, xəsarət alanlar var

Bakıda yük avtomobili piyadanın üzərindən keçib - FOTO

Misirdə siyasi partiya liderləri qarşıdakı parlament seçkilərini müzakirə edəcəklər

Britaniyada indiyədək 44 mindən çox insan koronavirusdan ölüb

Astarada heyvandarlıq məhsullarının istehsalı artıb

Koronavirusa yoluxma hallarının sayına görə Latın Amerikası Avropanı geridə qoyub

Massaçustsdə ticarət mərkəzində atışma olub

Asiya İnfrastruktur İnvestisiya Bankı koronavirusa görə Türkiyəyə 500 milyon dollar vəsait ayırıb

Dünyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb

Türkiyədə zəlzələ olub

Türkiyədə pirotexnika zavodunda partlayış nəticəsində 4 nəfər ölüb

DOST mərkəzləri fəaliyyətini 20 iyula kimi xüsusi iş rejimində davam etdirəcək