AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Pandemiya ərəfəsində qucaqlaşıb öpüşməyi kənara qoya bilmirik" - Zülfiyyə Xanbabayeva

  78

"Biz başqa xalqlara nəzərən bir qədər duyğulu, istiqanlı xalqıq, duyğularımızı başqalarına nisbətdə daha çox büruzə verməyi xoşlayırıq".

Demokratikmusavat.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq artisti Zülfiyyə Xanbabayeva deyib. O bildirib ki, bizdə bu xüsusiyyətimizdən qaynaqlanan sanki bir çəkingənlik də var:

"Həmişə qanımız qaynayır deyə, görüşəndə sarılmağı, qucaqlaşıb öpüşməyi kənara qoya bilmirik. Biz də belə xalqıq. Nə edək? Bu gün, bu pandemiya dövründə bu xasiyyətimizi birdən-birə dəyişdirmək əlbəttə bizə çətin gəlir. Amma nə edək? Qoyulan qaydalara mütləq əməl etməliyik. Dəfələrlə bu barədə demişəm, çünki bizim övladlarımız, gələcəyimiz var. Yaxşı, deyək ki, boş şeydir, inanmırıq, buna görə də özümüzü qorumuruq. Amma biz tək deyilik axı. Əgər özümüzü nəzərə almırıqsa, gələcəyimizi nəzərə alaq. Axı biz övladlarımız üçün canımızdan keçməyə hazır olan xalqıq. Niyə görə əhli-keflik edirik?".

Xalq artisti yay fəsli ilə əlaqədar insanların bayıra çıxmaq, dənizə, sərin bölgələrə getmək istəklərini anladığını da vurğulayıb:

"Amma heç olmasa, duyğularımızı bir balaca kənara qoyaq, səbrlə hərəkət edək ki, xəstələnməyək. Mən hardasa məcbur qalıb qaydaları pozanları başa düşürəm, məcbur olub evinə bir parça çörək aparmaq üçün çölə çıxanları demirəm, bəs məcbur olmayanlar niyə bunu edir, qaydaları pozurlar? Elə ailələr var ki, məhrumiyyətlərə baxmayaraq, hər şeyə dözür, səbr edir. Elələri də var ki, evində hər şəraiti var, bununla belə, qaydaları yenə pozurlar. Biz artıq böyüməliyik, uşaq kimi özümüzü aparmayaq. Heç olmasa, ciddiləşək. Bəziləri arada zarafata salırlar, düzdür, zarafatsız da keçinmək olmur, bunu da başa düşürəm, amma unutmayaq ki, bu ciddi xəstəlikdir, zarafatın da öz yeri var, ciddi yanaşmalı, özümüzü qorumalıyıq".

Z. Xanbabayeva insanlardan səbrli olmağı rica edib:

"Mən xalqımızdan tələb edə bilmərəm, yalnız rica edərəm. Xalq artisti, müğənni, tanınmış bir adam kimi yox, bu xalqın bir nümayəndəsi kimi xahiş edirəm, özünüzü qoruyun, nə qədər bacarırsınız özünüzü qoruyun ki, sabah peşmanlıq olmasın. Bəzən məndən soruşurlar, sən səbr edirsən? Əlbəttə, edirəm. Düzdür, darıxdığım zamanlar da olur. Məsələn, təyyarəyə minmək üçün çox darıxıram. Mən təyyarəni çox sevirəm. Amma indi nə edək? Əgər bütün dünya buna dözürsə, biz də dözək, özümüzə səbr aşılayaq, qoyulan qaydaları qulaqardına vurmayaq. Hər gün nə qədər yoluxma olur. Cahillik, savadsızlıq etməyək, anlayaq ki, nəinki biz, bütün dünya ciddi bir təhlükə ilə üz-üzədir. Səbir edin, məsafə saxlayın, evdə qalın, maska taxın. Başa düşürəm bunları demək asandı, lakin əməl etmək, xüsusən yayda əməl etmək çox çətindir. Amma inanıram ki, bu bəladan üzüağ, alnıaçıq çıxarıq. Mən yenə deyirəm, biz istiqanlı xalqıq, görüşəndə sarılmağı, öpüşməyi sevən xalqıq. Hələlik bunları bir kənara qoyaq, səbrimizi basaq. İnşallah o gün də gələcək, bir-birimizi sarılacağıq, bağrımıza basacağıq. Bu gün isə sosial məsafə saxlayaq, maska taxaq ki, o gözəl günlərə salamat çıxa bilək".

Demokratikmusavat.com

 

Xəbər Lenti

Azərbaycanın 16 şəhər və rayonunda bəzi iş və xidmət sahələrinin fəaliyyəti iyulun 20-dək dayandırılıb

Azərbaycanda ictimai yer, küçə və bulvarlarda 5 nəfərdən artıq toplaşmaq qadağan edilib

Azərbaycanın 16 şəhər və rayonunda xüsusi karantin rejimi başlayıb - SİYAHI

Bu gündən 16 şəhər və rayonda vətəndaşlar küçəyə icazə ilə çıxa biləcəklər

Günün qoroskopu: Rəqiblər arqumentlərinizə əla bələddir və onlar yeni heç nə deməyəcəklər

Binəqədidə boya zavodu yanır - YENİLƏNİB - VİDEO - FOTO

Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu - FOTO

30 il əvvəl türk hərbçini öldürmüş şəxslər Suriyada ələ keçirilib

Karantin müddətində panik atak halları: öhdəsidən necə gəlmək olar?

Bu xanım Avropada rəqib tanımır - FOTOlar

İranda koronavirusdan daha 148 nәfәr ölüb

Formula 1 pilotları yarşış ərəfəsində koronavirus testlərindən keçib

"Air France" 7 mindən çox işçini ixtisar edəcək

Gürcüstanda əcnəbi iş adamları üçün yeni qaydalar müəyyən edilib

Ermənistanda 5 klub və 58 şəxs danışılmış oyunlara görə cəzalanıb

Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi

Deputat: Milli Məclisdə çox inklüziv atmosfer mövcuddur

Sevdiyi qızı başqasına verdilər, bu VİDEOnu çəkib özünü öldürdü - FOTO

Solomon adaları yaxınlığında güclü zəlzələ olub

“Barselona”da dopinq-yoxlama

Səfir: ABŞ və Azərbaycanı vacib tərəfdaşlıq birləşdirir - VİDEO

Rusiya-Qazaxıstan sərhədində yüzlərlə Özbəkistan vətəndaşı toplanıb

Parisdə yanğın olub - Ölən var

Ermənistanda koronavirusdan ölənlərin sayı 477 nəfərə çatıb

Nisə Qasımova və Aygün Kazımovanın arxiv FOTOsu yayılıb

Komitə sədri: Yaz və növbədənkənar sessiya dövründə Milli Məclis öz işini səmərəli qurmağa nail ola bilib

Messi İngiltərə Premyer Liqasında?

Qırğızıstanda ötən sutka ərzində koronavirusa daha 327 nəfər yoluxub

Redaksiyaya məktub: Hüseynov qardaşlarının anasının erməni Yevgeniya Ovanesova olduğu ortaya çıxdı - VİDEO - FOTO

Koronavirusa yoluxan idmançı müalicədən sonra güzgüdə özünü tanımadı - FOTO

Pərvin cazibədar bədən quruluşu ilə göz oxşadı - FOTO

Türkiyədən TERROR ƏMƏLİYYATI: qırıcılarla zərbələr endirildi

"Arsenal" hücumçusu ilə yeni müqavilə imzaladı

Trampın məsləhətçisi koronavirusa yoluxub

"Özünüzü qoruyun!" - Koronavirusa yoluxan jurnalist sağaldı - FOTO

"10 gün ev şəraitində müalicə edildim, sonra xəstəxanaya yerləşdirildim" - Testi pozitiv çıxan Aynur Nəsirova

Koronavirusun yeni təhlükəli xüsusiyyəti məlum oldu

TANAP-la Türkiyəyə qaz tədarükünün həcmi 5,8 milyard kubmetri keçib

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Kabildə polis məntəqəsində partlayış baş verib, xəsarət alanlar var

Bakıda yük avtomobili piyadanın üzərindən keçib - FOTO

Misirdə siyasi partiya liderləri qarşıdakı parlament seçkilərini müzakirə edəcəklər

Britaniyada indiyədək 44 mindən çox insan koronavirusdan ölüb

Astarada heyvandarlıq məhsullarının istehsalı artıb

Koronavirusa yoluxma hallarının sayına görə Latın Amerikası Avropanı geridə qoyub

Massaçustsdə ticarət mərkəzində atışma olub

Asiya İnfrastruktur İnvestisiya Bankı koronavirusa görə Türkiyəyə 500 milyon dollar vəsait ayırıb

Dünyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb

Türkiyədə zəlzələ olub

Türkiyədə pirotexnika zavodunda partlayış nəticəsində 4 nəfər ölüb

DOST mərkəzləri fəaliyyətini 20 iyula kimi xüsusi iş rejimində davam etdirəcək