AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin videokonfrans formatında görüşü baş tutub

  81

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə videokonfrans formatında görüşü baş tutub.

Xarici İşlər Nazirliyindən Demokratikmusavat.com-a verilən məlumata görə, bir saat davam edən videokonfransda tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə etdilər.

Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırdı.

Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd etdilər. Nazir Elmar Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğuladı.

Tərəflər qarşıdan gələn ay ərzində Minsk Qrupunun həmsədrlərin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti videokonfrans formatında görüşünün təşkilinə razılaşdılar. Həmçinin həmsədrlər nazirlərin birbaşa təmaslarının imkan olan ilk fürsətdə təşkili imkanlarını araşdıracaqlarını qeyd etdilər.

Demokratikmusavat.com

Xəbər Lenti

Monqolustanda yayılan vəbanın qonşu dövlətlərə keçmək təhlükəsi varmı?

Qırğızıstanda ötən gün 552 nəfər koronavirusa yoluxub

“Şevrolet Aveo”nun istehsalı dayanır

Türkiyəli cazibədar aparıcı Bodrumda yaxtada görüntüləndi - FOTO

Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu - VİDEO

Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar

ABŞ-dan İran qərarı: 879 milyon kompensasiya...

EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub

Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub - Bəhruz Quliyev

İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib - FOTO

Məşhur model: "Ronaldo mesaj yazdı, mən rədd cavabı verdim" - FOTO

Özbəkistanda həftəsonu günlərində özünütəcrid rejimi tətbiq olunacaq

İlqarə Kazımova elə arıqladı ki... - FOTO

İranda koronavirusa yoluxanların sayı 255 mini keçib

Naqif Həmzəyev: Soydaşlarımızın girovluqda saxlanılması Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin sübutudur

"Attestatı 100 dollara almışam" - Anar Ağakişiyev

Koronavirusun ağır gedişatını proqnozlaşdırmağın yolları açıqlanıb

"Yazırlar ki, Şəbnəm getdi, biz qaldıq"

Ermənistanda futbol klubunun 17 üzvü koronavirusa yoluxub