AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

2021 ilin Cenevrə avtomobil sərgisi təxirə salınır

  80

Cenevrə Beynəlxalq avtomobil sərgisi 2021-ci ildə koronavirus pandemiyası səbəbindən keçirilməyəcək.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bu qərarı sərginin təşkilatçıları qəbul ediblər.

Bildirilir ki, sərgi iştirakçılarının çoxu 2021-ci il şousunda iştirak etməyəcəklərini və 2022-ci ildə iştirak etmək istədiklərini açıqlayıblar. Şou 2021-ci ilin martında baş tutmalı idi.

Daha əvvəl cari ilin yazına planlaşdırılan sərgi də koronavirus ilə əlaqədar olaraq reallaşmayıb.

Xatırladaq ki, Cenevrə avtosərgisi hər il ən böyük dünya avtomobil markalarını təqdim edən dünyanın aparıcı şoularından biridir.

Demokratikmusavat.com