AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Qazaxıstanda karantin rejimi sərtləşdiriləcək

  84

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirusla mübarizə üzrə dövlət komissiyasına ölkədə sərt karantin rejiminin tətbiqi ilə bağlı təklifləri işləyib hazırlamağı tapşırıb.

Demokratikmusavat.com APA-ya istinadən əbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Hazırkı epidemioloji vəziyyətin stabilləşdirilməsi üçün sərt tədbirlərin qəbul edilməsi ilə bağlı dövlət komissiyasına bu ilin mart-aprel aylarında olduğu kimi, sərt karantin rejiminin tətbiq edilməsi barədə iki gün ərzində təkliflər hazırlayıb mənə təqdim etmələrini tapşırıram", - deyə Kasım-Jomart Tokayev hökumət üzvləri, dövlət orqanlarının rəhbərləri, şəhər və vilayət rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.

Bundan başqa, Qazaxıstan Prezidenti pandemiya ilə mübarizədə yaranan neqativ sosial və iqtisadi fəsadların aradan qaldırılması ilə bağlı dövlət komissiyasının rəhbəri, Baş Nazir Əsgər Maminə tapşırıq verib.

Demokratikmusavat.com