AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Biz pandemiya üzərində nəzarəti itirmək həddindəyik"

  79

ABŞ Səhiyyə və Sosial Xidmətlər naziri Aleks Azar bildirib ki, ABŞ pandemiya üzərində nəzarəti itirmək həddinə yaxınlaşır, çünki ölkədə infeksiyaların sayı 2,5 milyonu keçib və bəzi ştatlarda bu göstəricilər sürətlə artmaqda davam edir.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, CNN telekanalının efirində çıxış edən nazir xəbərdarlıq edib: "Əgər amerikalılar məsuliyyətsiz hərəkət etsələr, sosial məsafəni gözləməsələr, maskalardan istifadə etməsələr, müvafiq gigiyena normalarına əməl etməsələr, virus sürətlə yayılacaq". O qeyd edib ki, bugünkü vəziyyət iki ay əvvəlki vəziyyətdən fərqlənir. Əgər təcili olaraq müvafiq tədbirlər görülməsə, sonra pandemiya üzərində nəzarəti bərpa etmək gec olacaq.

Cons Hopkins Universitetinin iyunun 28-i üçün olan məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa yoluxanların ümumi sayı 2.530.587 nəfərə çatıb, 125.630 ölüm halı qeydə alınıb. ABŞ bu göstəricilər üzrə dünyanın digər ölkələrini qabaqlayır.

Son həftələrdə Florida, Texas və Arizona ştatlarında təsdiqlənmiş yoluxma hallarının sayının kəskin artması qeydə alınıb. Yoluxmaların ümumi sayına görə, Texas Amerika ştatları arasında dördüncü yerə "yüksəlib" - şənbə günü 5747 yoluxma halı qeydə alınandan sonra bu ştat üzrə testləri müsbət nəticə vermiş insanların ümumi sayı 143.371-ə çatıb. Bu ştatda xəstəxanalara yerləşdirilmiş pasiyentlərin sayı da rekord həddə çatıb. Şənbə günü 5523 pasiyent xəstəxanalara yerləşdirilib. Floridada bazar günü 8577, şənbə günü isə rekord sayda - 9564 yeni yoluxma qeydə alınandan sonra xəstələrin ümumi sayı 141.075 nəfərə çatıb.

Hər iki ştatın administrasiyaları cümə günü barların və restoranların bağlanması barədə sərəncam veriblər. Florida ştatının Brovard və Mayami-Deyd dairələri iyulun 3-dən 5-dək çimərliklərin bağlanmasını elan ediblər.

Demokratikmusavat.com

Xəbər Lenti

Koronavirusa qarşı daha bir neçə potensial dərman tapıldı

Moldovada fövqəladə vəziyyət rejimi iyulun 31-dək uzadılıb

Koronavirus sonsuzluğa səbəb olurmu? - AÇIQLAMA

Kolumbiyalı fitnes-model 5 ən yaxşıdan biridi - FOTOlar

Monqolustanda yayılan vəbanın qonşu dövlətlərə keçmək təhlükəsi varmı?

Qırğızıstanda ötən gün 552 nəfər koronavirusa yoluxub

“Şevrolet Aveo”nun istehsalı dayanır

Türkiyəli cazibədar aparıcı Bodrumda yaxtada görüntüləndi - FOTO

Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu - VİDEO

Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar

ABŞ-dan İran qərarı: 879 milyon kompensasiya...

EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub

Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub - Bəhruz Quliyev

İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib - FOTO

Məşhur model: "Ronaldo mesaj yazdı, mən rədd cavabı verdim" - FOTO

Özbəkistanda həftəsonu günlərində özünütəcrid rejimi tətbiq olunacaq

İlqarə Kazımova elə arıqladı ki... - FOTO

İranda koronavirusa yoluxanların sayı 255 mini keçib

Naqif Həmzəyev: Soydaşlarımızın girovluqda saxlanılması Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin sübutudur

"Attestatı 100 dollara almışam" - Anar Ağakişiyev

Koronavirusun ağır gedişatını proqnozlaşdırmağın yolları açıqlanıb

"Yazırlar ki, Şəbnəm getdi, biz qaldıq"

Ermənistanda futbol klubunun 17 üzvü koronavirusa yoluxub