Millət vəkili naziri niyə tənqid edir?

 

Qüdrət Həsənquliyev doğruları dedi

 Milli Məclisdə deputat Qüdrət Həsənquliyev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayeylə bağlı tənqidi fikirlər səsləndirdi və cəmiyyət silkələndi.

O, qeyd edib ki, Sahil Babayev nazir təyin olunandan sonra ən yaxşı işi qotur danaları kasıb camaata sırımaq olub. Ayaqüstə qırxı çıxan inəkləri kəl qiymətinə “aformut” edən nazir və onun yaxın ətrafı ilə bağlı bu cür tənqidi fikirlərin Milli Məclisdə nə zamansa səslənəcəyinə şübhə yox idi. Hələ nazirin xırda keçiləri ucuz qiymətə alıb, baha qiymətə əhaliyə sırıdığını demirəm. Sahil Babayevin ən sevimli nazir sayıldığını və hər məqamda tərifləndiyini görən millət iki ildir ki, çığırıb haray salsa da, onun barəsində tədbir görən tapılmır. Ölkədə hər kəs "qoca qurdların" kürsülərdən çıxmasının, gənclərin önünün açılmasının tərəfdarı olub. Xalq ümid edirdi ki, bütün gənclər bizim kimi xalq, dövlət maraqlarını üstün tutur və səlahiyyət sahibi olanda camaata gün ağlayacaqlar. Ancaq Sahil Babayev və gənclərdən ibarət komandası bizə qısa müddətdən sonra yanıldığımızı sübut etdilər. Hətta iş o yerə çatıb ki, xalq sələfi Səlim Müslümovun ölülərinə indi də rəhmət oxuyur. Ən azından, Səlim Müslümov hər şeyi başa düşən, imkansızlara “çörək verən adam” idi,- deyilir. Gənc nazir Sahil Babayev isə xalqa zülm edən, amansız və dəhşətli məmur kimi tanınır.

Karantin dönəmi Sahil Babayevin kimliyini ortaya qoydu, xalqın gözündə bütün olan-qalan hörmətini yerdən yerə vurdu. Xalq qənaətində çox haqlı idi. Ölkə başçısı insanların sosial vəziyyətinin yaxşılaşdırılması siyasətini ona tapşırmışdı. Amma Sahil Babayev ağır dönəmdə Prezidentin etimadını doğrultmadı, xalqın gözündə dəyərdən düşdü və iflasa uğradı. Və xalqın hər zaman olduğu kimi, Sahil Babayevin haqqında dediyi də tam doğrudur.

Baxın,190 manatlıq müavinətin təyinatı olduqca ağır idi. Təsəvvür edin, hətta yüz minlik maşını, 50 evi olan adam da yardım üçün müraciət edir. Bəs o müraciətləri kimlər araşdırdı, kimlər əziyyət çəkdi? Təbii ki, yüzlərlə sıravi işçi. Bu yük Məşğulluq Mərkəzlərindəki əksəriyyəti kasıb camaatın balalarından ibarət olan işçilərin üzərinə düşdü. Onlar gün ərzində 14-15 saat işləmək zorunda idilər. Minlərlə insanın problemini dinlə, ah-naləsini eşit, axırda da...…

Deyilənə görə, Sahil Babayev 190 manat prosesində əziyyəti çəkən xeyli sıravi işçinin əməyini yüksək “qiymətləndirib”. Elə təkcə Bakıdakı Məşğulluq Mərkəzlərində çalışan yüzə yaxın işçıni ixtisar adı ilə işsiz qoyub. Özü də karantin dövründə. Halbuki Prezident İlham Əliyev tapşırmışdı ki, heç kimi işdən çıxarmayın. Görünür, Sahil Babayev ölkədə həyata keçirilən sosial siyasətin əleyhinə gedir. Nazirin belə lazımsız mövqe tutmasına hər kəs bir cür qiymət verir, hətta nazirə "hakimiyyətə soxulmuş casus" - deyənlər də az deyil.

İnsanlarda belə təsəvvür formalaşıb ki, Azərbaycanda ədalət tərəzisi yaxşı işləmir. Amma gəlin, son baş verənləri unutmayaq. Tərəzi illərlə yaxşı işləməsə də, son həbslər də göstərdi ki, o, qəflətən çox düz işləyir. Xalq inanır ki, Sahil Babayev də bir gün ədalət tərəzisinin bir gözünə qoyulacaq və xalqa qarşı törətdiyi pis əməllərin hesabını alacaq.

Lakin, millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclisdə nazir Sahil Babayev və onun xalqa fırıldaq gələn komandası barədə dediyi fikirlər ölkə başçısının nazir haqqında müvafiq tədbir görməsini sürətləndirə bilər. Çünki biz yazarların uzun zaman ərzində xalqın harayına əsasən yazdığımız real tənqidi yazıların heç bir faydası olmadı. Amma bu dəfə nazirin "çəkdiyi zəhmətə" qiymət veriləcəyinə güman çoxdur.

Gəlin, gözləyək...

 Tahir Abbaslı
[email protected]

0.18584084510803