AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

10 kiloqramdan çox narkotikin ölkəyə gətirilməsinin qarşısı alındı - FOTO

  624

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Demokratikmusavat.com-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sabunçu rayonu Maştağa qəsəbə sakinləri Elşad Nəbiyev və Müşfiq Xalıqov saxlanılıblar. Şəxsi axtarış aparılan zaman M.Xalıqovdan 1 kiloqram 25 qram heroin, 500,171 qram psixotrop maddə metamfetamin, E.Nəbiyevdən isə 50,375 qram heroin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən E.Nəbiyevin Maştağa qəsəbəsində yerləşən evindən 1 kiloqram 80 qram metamfetamin, 5 kiloqram 10 qram qurudulmuş marixuana və 3 kiloqram 75 qram heroin aşkar olunub. Beləliklə, sonuncu əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 10 kiloqram 740 qram narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Araşdırma zamanı müəyyən olunub ki, E.Nəbiyev və M.Xalıqov hələlik adı istintaqa məlum olmayan "Şəhram" adlı İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhərində qəbul ediblər və yaşadıqları evdə gizlədiblər. Onlar narkotik vasitələri İran vətəndaşının deyəcəyi adamlara satandan sonra pulun bir hissəsini geri göndərməli imiş.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Demokratikmusavat.com

Xəbər Lenti

Koronavirusa qarşı daha bir neçə potensial dərman tapıldı

Moldovada fövqəladə vəziyyət rejimi iyulun 31-dək uzadılıb

Koronavirus sonsuzluğa səbəb olurmu? - AÇIQLAMA

Kolumbiyalı fitnes-model 5 ən yaxşıdan biridi - FOTOlar

Monqolustanda yayılan vəbanın qonşu dövlətlərə keçmək təhlükəsi varmı?

Qırğızıstanda ötən gün 552 nəfər koronavirusa yoluxub

“Şevrolet Aveo”nun istehsalı dayanır

Türkiyəli cazibədar aparıcı Bodrumda yaxtada görüntüləndi - FOTO

Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu - VİDEO

Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar

ABŞ-dan İran qərarı: 879 milyon kompensasiya...

EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub

Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub - Bəhruz Quliyev

İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib - FOTO

Məşhur model: "Ronaldo mesaj yazdı, mən rədd cavabı verdim" - FOTO

Özbəkistanda həftəsonu günlərində özünütəcrid rejimi tətbiq olunacaq

İlqarə Kazımova elə arıqladı ki... - FOTO

İranda koronavirusa yoluxanların sayı 255 mini keçib

Naqif Həmzəyev: Soydaşlarımızın girovluqda saxlanılması Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin sübutudur

"Attestatı 100 dollara almışam" - Anar Ağakişiyev

Koronavirusun ağır gedişatını proqnozlaşdırmağın yolları açıqlanıb

"Yazırlar ki, Şəbnəm getdi, biz qaldıq"

Ermənistanda futbol klubunun 17 üzvü koronavirusa yoluxub