AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycan müğənnilərinin "Şirinçay mahnılar"ı

  16

Demokratikmusavat.com kulis.az-a istinadən Qismətin "Şirinçay mahnılar" yazısını təqdim edir:

Vaxtilə dilimizdə "ara mahnıları" ifadəsi vardı, heç bir sənətşünaslıq təsnifatına ehtiyac duymadan cəmiyyət yüngül mahnılara bu adı özü layiq bilmişdi. Bu, o vaxtlar idi ki, şadlıq sarayları hələ var gücüylə çəngəl-bıçağını musiqi sektoruna batırmamış, zövqümüzə dünəndənqalma mayonez əndərməmiş, eyni diringəni qızdırıb-qızdırıb qulağımıza servis etməyə başlamamışdı. Onda hələ "musiqili meyxana" adlanan bədheybət sənət bulağının qabağını kəsməmişdi, onda hərəsi bir quyuda yaşayan əjdaha müəllimlər zövq almasını oğurlayaraq əvəzinə bir sintezator danqıltısı qoyaraq aradan çıxmamışdı. İndi əjdaha axtaran bütün uzunsaçlar kliplərində ağlamalı sözlərə oynaya-oynaya darıxır, əjdahasını tapanlar isə gülməli sözlərə ağlamsına-ağlamsına sevinirlər...

Ötən günlərdə yutubda trend olan yeni mahnılarımıza qulaq asdım. Mahnıların hamısı eyni qəlibin rəngsiz-ruhsuz, zövqsüz kopyasıdır. Bu mahnıların mütləq əksəriyyəti "an"la bitən meyxana qafiyəsi üstündə yazılıb və toyxanaya hesablanıb. İlk onluqda olan bir neçə mahnının sözlərindən bəzi hissələrə baxaq:

Vəfa Şərifova - Canımsan mənim.

"Səni sevirəm, canımsan mənim,
Hər dəqiqəm, anımsan mənim.

Aşiqinəm, canım-ciyərim,
Şirinimsən, balım-şəkərim,
Sevgidə sənsən şah əsərim,
Romanım, dastanımsan mənim..."

Vəfa xanım əksər kliplərində olduğu kimi, burada da cürbəcür paltarlar dəyişir, BMW sürür və imkan olanda, yaxud yadına "canımsan mənim" dediyi adam düşəndə, maşını qırağa verib rəqs etməyə başlayır. Mahnının sözləri də, musiqisi də Fuad Təqvalınındır. Ümumiyyətlə, bu imzaya bir neçə mahnının altında rast gəldim, deyəsən yeni fenomendir. Məncə, bu mahnını Ağamirzə yazsaydı, qafiyə qurtaranda "adə, karmanımsan mənim" kimi yazardı. Nə isə, başqa bir mahnıya baxaq:

Aysun İsmayılova - Əzizsən. Sözləri və musiqisi yaradıcılığının məhsuldar dövrünü yaşayan Fuad Təqvalınındır.

"Sən mənə candan da əzizsən,
Dünya, cahandan da əzizsən.

...Sənə hər anımla qurbanam mən,
Elə bu canımla qurbanam mən,
Hər zamanımla qurbanam mən,
Deməli zamandan da əzizsən."

Yenə eyni qəlib, "an" qafiyəsi üstündə yazılmış diringə. Zövq də, məntiq də sürgünə göndərilib. Bu qafiyə ilə nə qədər desəniz, əttökənlik etmək olar, test edək:

"Nə olsun ki, haysan-həşirsən,
Maya buraxıb gözəlləşirsən,
Divanda da yadıma düşürsən,
Deməli divandan da əzizsən..."

Bu mahnının da klipində gözəl-göyçək bir qız qarderobunu eşələyir, bir-iki paltar dəyişir, sonra üzü kameraya dayanıb rəqs edə-edə sevgilisini mədh etməyə başlayır.

Son illərin maraqlı tendensiyalarından biri də kliplərdə mahnı sözlərinin subtitr kimi verilməsi, üstəgəl, müğənnilərin kliplərdə mahnının sözlərini jestləriylə də başa salmaq üçün əldən-ayaqdan getməkləridir. Məsələn, elə Aysun xanım 3 milyon izlənən "Kefimi yaman korlamısan" adlı klipində artıq bizim şou-biznesə virus kimi yayılan qəlibi təkrarlayır, kimsəsiz yolun ortasında rəqs edə-edə mahnısını ifa edir, amma əsas iş budur ki, sözlərin yüngüllüyünə də etibar etmir, əlləriylə də sözləri başa salmaq istəyir, elə bil, qabağındakı sağır-dilsizlər topasıdır. Bu klipdə də xanım müğənni "mənim ürəyimi oğramısan, dilim-dilim doğramısan" deyəndə əlləriylə ürəkdoğrama prosesini göstərir, yəqin mahnının adı "kefimə soğan doğramısan" olsaydı, trasın ortasında ləyən qoyub soğan doğrayacaqdı.

Mən sizə zövqün, aristokrat, alicənab dəyərlərin itməsi haqqında, musiqiylə bağlılığı olan iki türk filmi tövsiyə etmək istəyirəm. Bu filmlər ssenariləri və sənət problematikasına müraciətlərinə görə düşüncəyə yer açırlar. Birincisi, Yavuz Turqulun 1987-ci ildə çəkdiyi "Muhsin bəy" filmidir. Baş rolunu Şənər Şənin oynadığı filmdə İstanbul bəyəfəndisi musiqi təşkilatçısı Muhsin bəyin timsalında Türkiyənin dəyişən sosio-ekonomik şərtlərində göbələk kimi artan ucuz, zövqsüz arabesk musiqisi qarşısında ciddi sənətin ikinci plana düşməsi göstərilir. Kənddən İstanbula, Muhsin bəyin yanına gələn əsgərlik dostunun oğlu Urfalı Əli Nazik (Uğur Yücəl) İbrahim Tatlısəs olmaq istəyir. Dəyərlərin deqradasiyası filmin ən dilsiz, sakit səhnələrindən birində, az qala, pıçıltıyla ifadə edilib: eyni kadrda səliqəli masada əyləşən nahar etməyə hazırlaşan Muhsin bəyi və yerdə özünə çiy köftə yoğuran Əli Naziki görürük...

İkinci film isə 2000-ci ildə çəkilmiş, baş rolunda Mətin Akpınarın oynadığı "Abuzər Kadayıf" filmidir. Bu film eyni problemə fərqli dövrdən və fərqli rakursdan baxır. Filmdə kütlələrin niyə bu cür bayağı, zövqsüz "sənət" nümunələrinə meyl etməsini araşdıran sosioloq-professor bir gün qərara gəlir ki, Abuzər Kadayıf adı altında şou-biznesə atılsın, arabesk ifaçısı olsun. Bu layihəsini həyata keçirib məşhurlaşır, milyoner olur. Professorun məqsədi burdan qazandığı pulla faydalı bir mərkəzi açmaqdır. Film boyu səhnədən düşən maskasını dəyişən professorun universitetdə auditoriyada baş verənləri şərh etməsini də görürük. Bu maraqlı filmin dramatik finalında çatlamış güzgüdə professorla Abuzər Kadayıfın unudulmaz dialoqu baş tutur...

Qardaş Türkiyədə, təxminən, 20 il ərzində bu cür banallaşmağa, zövqsüzləşməyə hələ mənim bildiyim iki film həsr edilib, elə buna görə də ora da yüngüllüklə yanaşı, ciddi, dəyərli olan qızıl damar itmir, çünki reaksiya var, bizdə isə bu damar itməkdədir...

P.S. Bir link paylaşıram, 26 yaşı olan bu qızı dinləyin, seçdiyi mahnılara, çox diqqətlə həmin mahnıların sözlərinə, öz evində yaratdığı təvazökar konseptlə necə qiymətli işlər gördüyünə fikir verin və imkan varsa, özümüzə danışdığımız yalanlar, özümüzü inandırdığımız əsassız bəraətlər barədə düşünün:

Demokratikmusavat.com

 

Xəbər Lenti

Dövlət Vergi Xidməti icazələrin verilməsi qaydasına aydınlıq gətirdi

XİN-də Azərbaycanın Aİ və Şərq Tərəfdaşlığı çərçivəsində iştirakı məsələləri müzakirə olunub - FOTO

"Qalatasaray" belə uduzdu - VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışından iştirak ediblər

Belçikalı velosipedçi yarış zamanı həyatını itirdi

Mənim atam xoşbəxt kişi deyildi - Səidə Dadaşova atasından danışıb ağladı - VİDEO

Karantin rejimi yumşaldılan ölkədə insanlar küçələrə axışdı, polis hərəkətə keçdi - FOTO

Moskvada koronavirusun ikinci dalğası olacaq? - Virusoloq açıqladı

Rusiya Premyer Liqasında qalib müəyyənləşdi

Rusiyanın Azərbaycanın hava məkanından istifadə edərək İrana zərbə endirməsi yalandır - RƏSMİ

Təcavüzkarlardan qaçan 16 yaşlı qız həkimlərdən kömək istədi

Ermənistanda koronavirusa yoluxanların sayı 28 mini keçib

Ermənistanın pandemiyanın əlində aciz qalması Paşinyan hakimiyyətinin ən böyük uğursuzluq göstəricisi kimi tarixə düşəcək - Ekspert

Bank Respublika həssas əhali qruplarına biznes qurmaqda dəstək olur

Martda koronavirusa yoluxan 41 yaşlı aktyor dünən xəstəlikdən öldü - FOTO

Hindistan yoluxma sayına görə Rusiyanı keçdi, üçüncü yerə çatdı

Tailandda xüsusi polis şöbəsi yaradılır - Turistlər koronavirusa görə yoxlanılacaq

Arvadı ilə qızını xilas etdi, özü boğulub öldü

Arvadıyla dalaşdı, 5 mərtəbəli binanı yandırdı - FOTO

"İnter"in uduzduğu oyun - VİDEO

"Barselona"dan qələbə - VİDEO

"Mançester Siti" uduzdu - VİDEO

"Liverpul"dan qələbə - VİDEO

Ayrılığı həzm edə bilməyən kişi keçmiş sevgilisinin evini külə çevirdi

"Trabzonspor" "Qalatasaray"a qalib gəldi

Yoluxma sayı artan rayonda toylarla bağlı yeni qərar

Qazaxıstanda koronavirusa yoluxanların sayı 50 minə yaxınlaşır

ATV-nin aparıcısının koronavirusa yoluxmuş anası xəstəxanaya yerləşdirildi

Dilarə açıq-saçıq FOTOsu ilə gündəmdə

"Altın kelebek"i bu dəfə də Röya aldı

Hovuzda dincələnlər arasında olan Mələk Heydərova üzr istədi - VİDEO

Braziliyada koronavirusa yoluxanların sayı 1,6 milyon nəfəri ötüb

Özbəkistanda koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb

ABŞ-da gecə klubunda atışma olub, ölənlər və yaralananlar var

İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib

Boliviyanın səhiyyə naziri koronavirusa yoluxub

"Vilyareal" - "Barselona" oyununda 5 qol vuruldu

ÜST nümayəndəsi: Azərbaycan ÜST tərəfindən müəyyənləşdirilmiş prinsiplər əsasında pandemiya ilə mübarizə aparır - VİDEO

Moskvada koronavirusdan daha 22 nəfər ölüb

Lənkəranda təhlükəli tapıntılar - FOTO

Bottas "Formula-1"in start mərhələsinin qalibi oldu

Vanuatu sahillərində güclü zəlzələ olub

Günün qoroskopu: Laqeyd, təkəbbürlü insan təsiri bağışlamayın

Super Liqa klubu baş məşqçinin istefasını qəbul etmədi

Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Sosial şəbəkə istifadəçilərinə və jurnalistlərə “işverən” deyən gənc saxlanıldı - FOTO

Təbriz klubu səfərdən xalsız döndü

Mandzukiç Qətər klubundan ayrıldı

Xavi ilə yenii müqavilə - RƏSMİ

"Liverpul"da yeni müqavilə

Ukrayna klubunun 13 futbolçusunda koronavirus aşkarlandı

Bakıda "Wolt" şirkətinin əməkdaşı yol qəzasında öldü

Dövlət Turizm Agentliyi: Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər - VİDEO

Sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək

Bu şəhər və rayonlarda yaşayanlara da 190 manat veriləcək - Nazir açıqladı - VİDEO

Türkiyədə koronavirusdan sağalanların sayı 180 min nəfəri ötüb

"Atletik" - "Real" oyununda 1 qol vuruldu - FOTO

Əməkdar artist vəfat edib

Harlem Dezir kimilərinin sayəsində ATƏT öz mandatından uzaqlaşaraq bəzi ölkələrin siyasi sifarişlərinin qurbanına çevrilib

Türkiyədə pirotexniki vasitələrin istehsalı fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb

Azər Əliyevli "Ufa" doğma meydanda xal itirdi

DİN məşhur oteldə saxlanılanlarla bağlı məlumat yaydı - FOTO

Neymar PSJ ilə anlaşdı, "Barselona"ya qayıdır

"Qalatasaray"da ayrılıq

ABŞ-da koronavirusa yoluxanların sayı 2,8 milyonu ötüb

"İcazə.e-gov.az" portalında icazəsi ləğv olunan şəxslər nə etməlidir? - İZAH

İki əsas faktor COVID-19 xəstəliyinə SƏBƏB OLUR

“Levandovski bu il “Qızıl top”u qazanmağa layiqdir”

PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah - Video layihə - 05.07.2020 tarixli bölüm

Balotelli Avropadan gedir

"Roma"nın futbolçusu "Yuventus"un hədəfində

Bakıda daha bir yanğın baş verib

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı, 9 nəfər öldü

Qırmızı dənizdə neft sızması böyük ekoloji fəlakətə səbəb ola bilər

Binəqədidə ev yanıb

Buffondan rekord göstərici

Mövlud Çavuşoğlu: İndiyədək 130 ölkədən 90 mindən yuxarı vətəndaşımızı Türkiyəyə gətirmişik

Karantin rejimini pozub İsmayıllıya istirahətə gələnlər aşkarlandı - FOTO

Xaçmaz və Siyəzəndə polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar - FOTO

Sneyder karyerasını bərpa edir?

Anasını öldürüb, videoya çəkdi - Tükürpədici hadisə