Biz hərbi gücümüzü göstərmişik və göstərəcəyik!

 

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor,

YAP Siyasi Şurasının üzvü

 

Ötən gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi bir daha qaçqın və məcburi köçkünlərə dövlətin ən yüksək qayğısını nümayiş etdirdi.

Bu möhtəşəm sosial hadisə təqdiqləyir ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması Cənab Prezidentin yürütdüyü siyasətin təməl prinsiplərindəndir. Məhz İlham Əliyevin xüsusi diqqəti sayəsində ölkəmizdə bütün çadır düşərgələri ləğv edilib və hər il respublikamızın müxtəlif şəhər və rayonlarında məcburi köçkünlər üçün keyfiyyətli və müasir yaşayış binaları inşa edilərək istifadəyə verilməkdədir.

Ötən illər ərzində Şirvan, Beyləqan, Göyçay, Göygöl, Ucar, Kürdəmir və digər şəhər və rayonlarda minlərlə ailənin mənzil təminatı həll edilib. Ümumilikdə, 300 min nəfərdən çox məcburi köçkün mənzillə təmin olunub.

Məcburi köçkünlər üçün ən müasir və geniş hərtərəfli infrastrukturun yaradıldığı “Qobu-Park” yaşayış komplekslərinin inşasının isə xüsusi bir özəlliyi, unikal bir şəhərsalma fərqliliyi var. İlk öncə, vurğulamaq lazımdır ki, əvvəllər baxımsız və yaşamaq üçün heç bir sosial infrastrukturu mövcud olmayan bu sahənin cənnətə çevrilməsinin təşəbbüskarı Mehriban xanım Əliyevadır.

guc

Birinci Vitse-prezident seçildikdən sonra qaçqın və məcburi köçkünlərlə təmasları daha da dərinləşdirən Mehriban xanım onların mənzil təminatı məsələsinə xüsusi diqqət ayırdı və onlar üçün ən müasir və bütün şəraitləri olan, füsunkar bir şəhər ansamblını əks etdirən “Qobu-Park” şəhərçiyi ideyası da məhz Onun əməyinin məhsuludur.

Müasir şəhərsalma panoramasının ən modern xüsusiyyətlərini özündə əks etdirən bu böyük bir ərazi 2 il əvvəl əsası qoyulan ilk komlekslə böyük bir şəhərçiyə çevrilməkdədir. Ötən dövrdə “Qobu Park-1” yaşayış kompleksində 1026 ailə evlə təmin olunub, “Qobu Park-2” yaşayış kompleksində isə 1300 ailə mənzillə təmin olunub. İndi isə “Qobu Park-3” yaşayış kompleksi istifadəyə verildi və burada istifadəyə verildi və daha 1336 ailənin mənzil problemi öz həllini tapdı. Məcburi köçkünlərin böyük minnətdarlıqla qarşıladığı bu məkan abadlaşdırılaraq cənnətə çevrilməkdədir, burada daha bina inşa olunur.

Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb. Ərazidəki istehsalat sahələri, ticarət obyektləri, sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə salınmış istirahət parkı, uşaq əyləncə meydançaları, geniş yaşıllıq və işıqlandırma xüsusi zövqverici bir aura yaradır.

Beləliklə, “QobuPark” şəhərsalmanın yeni vizyonunu özündə əks etdirməklə və müasir tikinti ansamblının harmoniyasını cəmləşdirməklə şəhərətrafı böyük bir ərazinin simasını dəyişdirir, gözəllik və zövqverici bir yaşayış simfoniyasını formalaşdırır. Təbii ki, bu uğur hekayəsinin müəllifi Mehriban xanım Əliyevadır.

Yeni kompleksin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin mesajlarında dövlətin sosial humanizminin təntənəsi ilə bərabər, çox ciddi və siyasi proseslərə yeni qiymətin verilməsi ilə bağlı nüansları görmək mümkündür. Prezident İlham Əliyevin diqqət çəkdiyi bir sıra məqamlar vardır, qürur və iftixar tariximiz olan Azərbaycan Xalq Cümhuriyyətinə dərin məhəbbət və ehtiram,

1920-ci ildə endirilən üçrəngli bayrağımızın 70 il sonra Naxçıvanda Ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda yenidən qaldırılması, Cümhuriyətin varisi olan müstəqil Azərbaycanın inamla və qətiyyətlə güclənərək irəiləməsi və s. məsələlərə olduqca məzmunlu və əsil vətənpərvər bir yanaşma ilə qiymət verildi.
Dövlət başçısının Dağlıq Qarabağ münaqişəsi ilə yeni bəyanatı isə gündəmin siyasi həyatında xüsusi diqqətçəkici əhəmiyyət kəsb etməkdədir.

İlham Əliyev torpaqlarımızın Ermənistan tərəfindən işğalı və bu işğalda yarıtmaz keçmiş hakimiyyətin roluna çox dəqiqliklə lakonik qiymət verdi, eyni zamanda Dağlıq Qarabağla bağlı məlum olan açıq və qətiyyətli prinsipial mövqeyini yenidən xatırladaraq erməni separatizminin son günlərdəki təxribatlarının, saxta prezident seçkiləri keçirməsinin heç bir siyasi-hüqiqi əhəmiyyətinin olmadığını, bütün beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bəyan etdi.

Bu gün beynəlxalq situasiya dəyişir, güc və nüfuz faktoru ön plana çıxır. Beynəlxalq nüfuzunu və hərbi qüdrətini gücləndirən Azərbaycan torpaqlarımızın azad olunmasında məhz bu faktorların xüsusi rol oynadığını qiymətləndirir və güc sayəsində torpaqlarımızın azad olunacağı əsas rol oynayacaqdır. Cənab Prezidentin bəyan etdiyi kimi “Heç kimdə şübhə olmasın. Daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik”.

0.30130314826965