AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Klub prezidentinə qarşı araşdırma başlandı

  24

İtaliya Futbol Federasiyası (FIGC) "Latsio" klubunun prezidenti Klaudio Lotitoya qarşı araşdırmaya başlayıb.

Demokratikmusavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, buna 63 yaşlı funksionerin martın 8-də keçirilmiş "Yuventus" - "İnter" matçının danışılmış xarakterli olduğuna dair açıqlaması səbəb olub.

Lotito Turin komandasından 1 xal geri qalmalarını məhz bu görüşdə baş verənlərlə əlaqələndirib.

FIGC klub prezidentinin bu açıqlamasına aydınlıq gətirmək istəyir. Dedikləri təsdiqlənməsə, Lotitonu ciddi sanksiya gözləyir.

Qeyd edək ki, "Latsio" koronavirus pandemiyasına görə martda dayandırılmış A Seriyasında 26 turdan sonra 62 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Yuventus"un isə 63 xalı var.

Demokratikmusavat.com

Xəbər Lenti