AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

“Lufthansa” beynəlxalq uçuşları bərpa edir

  16

Almaniyanın "Lufthansa" ( LHAG.DE ) aviaşirkəti iyunun ortalarından beynəlxalq uçuşları bərpa edir.

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə  bu gün aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

"Lufthansa"nın iyunun ortalarından 20 məntəqəyə uçuş həyata keçirməyi  planlaşdırır. Həmin məntəqələr sırasında Mayorka, Kipr, Rodos, Faro, Venesiya, İbiza və Malaqa da var. Digər uçuş istiqamətləri gələn həftənin sonlarında açıqlanacaq.

Qeyd edək ki, hazırda "Lufthansa" 9 milyard avro maliyyə yardımı alınması üçün Almaniya hökuməti ilə danışıqlar aparır.

Demokratikmusavat.com

Xəbər Lenti