AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Ərdoğan və Ruhani hava sərhədlərinin açılmasını müzakirə etdilər

  15

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani koronavirus pandemiyası şəraitində tibbi göstərişlərə riayət olunmaqla hava sərhədinin açılması məsələsini müzakirə ediblər.

Demokratikmusavat.com APA-ya istinadən bildirir ki, bu barədə İran Prezidentinin saytı məlumat yayıb.

Prezidentlər ticarətin yenidən başlanmasını da müzakirə ediblər. R. T. Ərdoğan bununla əlaqədar müvafiq təlimatların hazırlandığını nəzərə çatdırıb. Türkiyə və İran prezidentləri koronavirusla mübarizə sahəsində təcrübə mübadiləsini də vacib sayıblar.

Demokratikmusavat.com

Xəbər Lenti