AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

“Lefortovo” zindanında koronavirus: milyarder Ziya Maqomedov və digərləri yoluxdular - FOTO

  15

Moskvadakı məşhur "lefortovo" istintaq təcridxanasında saxlanılan biznesmen-dustaqlar arasında koronavirus yayıılıb.

Virtualaz.org "Kommersant"a istinadən xəbər verir ki, dağıstanlı milyarder Ziya Maqomedov və prezident Vladimir Putinin Novo-Oqaryevodakı iqamətgahının rekonstruksiyası zamanı mənimsəmələrə yol verdiyi üçün tutulan biznesmen Dmitri Mixalçenko ilə Andrey Kaminov virusa yoluxublar.

Z.Maqomedovun vəkili Aleksandr Qofşteyn bildirib ki, təcridxanada koronavirusdan adekvat  müdafiə tədbirləri görmək mümkün deyil. "Summa" şirkətlər qrupunun sahibi Z.Maqomedov 2018-ci ildən həbsdədir, o dövlət büdcəsindən maliyyələşən layihələr zamanı mənimsəmələrdə və cinayətkar qrup formalaşdırmaqda ittiham olunur.

Bildirilir ki, Andrey Kaminov və Ziya Maqomedov bir kamerada olublar. Onlardan biri istintaq hərəkətləri zamanı koronavirusa yoluxa bilərdi, daha sonra isə kamera yoldaşına virusu ötürüb. Mixalçenkonun da istintaq hərəkətləri zamanı yoluxduğu təxmin edilir.

Milyarder Maqomedovda xəstəlik yüngül formada keçir, amma Mixalçenko beş ildir təcridxanada olduğu üçün səhhəti korlanıb. Kaminov isə astma xəstəsidir və əvvəllər pnevmoniyadan müalicə olunub. Bu baxımdan virus onlar üçün daha böyük risk yaradır.

Demokratikmusavat.com

Xəbər Lenti