AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Ermənistanda rekord sayda koronavirusa yoluxma qeydə alındı

  12

Ermənistanda koronavirusa yoluxanların sayı 6 302 nəfərə çatıb.

Demokratikmusavat.com Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 374 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 77 nəfər koronavirusdan ölüb, 2 936 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Demokratikmusavat.com