AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Ən güclü dövlətlər belə pandemiyanın maliyyə yükünü tam qarşılamırlar

  15

Koronavirus pandemiyası... Dünyanın 215 ölkəsində hələ də tüğyan edir. 78 dövlətdə bu və digər formada karantin rejimidir, küçəyə çıxan, ictimai yerlərdə olan şəxslərdən maska, bəzi ölkələrdə isə əlcək də tələb olunur.

Ümumdünya Səhiyyə Təşkilatının göstərişlərini nəzərə alsaq, koronavirusa yoluxmuş pasiyentin müalicəsinin orta müddəti 21 gündür. Əsas xərclər koronavirusun yaratdığı ağır formalı pnevmoniyanın müalicəsi ilə bağlıdır.

Müalicədə dəə əsasən anti-virus və anti-malyariya preparatlarından istifadə olunur, çünki COVİD-19 koronavirusunun spesifik müalicəsi və ya peyvəndi hələ də yoxdur.

Dünya ölkələrində müalicə zamanı "Ribavirin", "Plakvenil", "Arbilol", "İnterferon" və "Lopinavir" kimi preparatlar ən çox işlənən farmasevtik vasitələr arasında yer alır.

Koronavirusa yoluxmaların sayının azaldılması və pandemiyanın yayılmasının qarşısının alınması ilə bağlı xərclər hər bir ölkənin büdcəsinə ağır yükdür. Bununla yanaşı, COVİD-19 virusuna yoluxmuş şəxslərin müalicəsi də ciddi vəsaitlə resurs tələb edən prosesdir.

Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi, koronavirusun genişmiqyasda yayılaraq böyük arealdakı bəla formasını almağa imkan verilməməsi məqsədilə preventiv işlərin gerçəkləşdirilməsi nəticələrini verib.

Bununla belə, virusa yoluxmuş şəxslərin müalicəsi də külli miqdarda vəsait tələb edir.

Sadəcə, bir fakt: Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə gündəlik xərclənən vəsait təxminən 80-150 manat arasında dəyişir. Virusu yüngül keçirən xəstəyə 80, ən ağır xəstəyə 150 manat düşür.

Bunu bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Təbii, bəhs olunan rəqəm dəyişən rəqəmdir, çünki qeyd olunan rəqəm marta aid rəqəmdir. Bu xərclərə xəstənin yeməyi, onun üçün istifadə olunan dərman, geyim, maska və həkimlərə verilən əməkhaqqı, əlavələr və onların istifadə etdiyi xüsusi qoruyucu vasitələrə sərf olunur.

Azərbaycan dövləti vətəndaşlarının sağlamlığını və səhhətini ən böyük dəyər bildiyindən bu xərclər büdcədən ödənir. Təbii, belə olub və pandemiya başa çatanadək belə olacaq.

Proses dəyişməz qalmalıdır, yoxsa müalicədə qismən də olsa, ödənişli əsaslar tətbiq olunmalıdır?

Sual ritorik təsir bağışlayaraq demaqoqigik şərhlərə məruz qala bilər, fəqət rasional düşüncə və praqmat davranışa zərurət duyulur.

Müxtəlif ölkələrdə bu məsələ artıq geniş müzakirə olunur.

Məsələn, Çexiya, Fransa, Rusiya, Çin və daha 24 ölkə koronavirusa yoluxmuş şəxslərin bir qisminin müalicəsinin dövlət hesabına yox, həmin şəxsin öz vəsaiti hesabına ödənilməsi prosedurlarına keçidi düşünür.

ABŞ: ən azı 22 min dollar

Məsələn, ABŞ-dakı "FAIR Health" təşkilatının hesablamalarına görə, koronavirusa yoluxmuş pasiyentin müalicəsi federal büdcəyə on minlərlə dollara başa gəlir.

"Məbləğ hətta tibği sığortası olan şəxslərə də şamil olunur", - hesabatda bildirilir.

Məhz bu səbəbdən ABŞ Konqresi COVİD-19 testlərinin keçirilməsini pulsuz saxlasa da, koronavirusa yoluxmuş şəxslərin xəstəxanaya yerləşdirilməsi və müalicəsi üçün ödənişli əsasların tətbiqinə icazə verib.

Hazırda situasiya belədir ki, Birləşmiş Ştatlarda koronavirusa yoluxmuş vətəndaş tibbi sığortasınının şərtlərindən asılı olaraq, 21900-38700 dollar ödəməlidir.

Sığortası olmayan pasiyent üçünsə hospitalda 6 günlük müalicə 73300 dollara başa gələcək.

ABŞ Səhiyyə Nazirliyi ötən həftə yaydığı müraciətində vətəndaşlara xitab edərək bildirib ki, koronavirusa yoluxması təsdiqlənmiş şəxsdə xəstəlik ağır keçmirsə, o, evdə müalicə olunarsa, "daha məqsədəuyğundur".

Teletəbabət, yəni telefonla məsləhətlər də artıq pulsuz deyil. Koronavirusa yoluxduğnu düşünən şəxs - təbii ki, tibbi sığortası varsa - həkimə zəng edərək məsləhət almaq istərsə, hər məsləhət üçün 34 dollar ödəməlidir.

Lakin yoluxmuş şəxsin xəstəliyi ağır formada olarsa və onun təcili xəstəxanaya yerləşdirilməsi tələb olunursa, ABŞ Səhiyyə Nazirliyinin təlimatlarına uyğun olaraq, xəstənin ailə üzvləri və qohumları hansı prosedurların təyin olunduğunu, hansı müayinələrin aparılmasını diqqətlə müşahidə etməlidirlər.

Ki, gərəkdiyindən artıq pul ödəməsinlər.

Amerikalı ekspertlərin və hətta dövlət məmurlarının, konqresmenlərin və senatorların dediklərinə görə, müalicə xərclərinə qənaət etməyin ən yaxşı yolu ümumiyyətlə, xəstələnməməkdir.

Ukrayna: pulsuz müalicə nağıldır

Ukraynada dövlət səhiyyə müəssisələrində vətəndaşlara koronavirusdan pulsuz müalicə vəd olunmuşdu. Rəsmilərin dediklərinə görə, müalicə pulsuzdur.

Lakin gerçək rəsmi relyasiyalardan çox fərqlidir. Belə ki, koronavirusa yoluxmuş Ukrayna vətəndaşları arasında müalicə üçün on minlərlə qrivna ödədiklərini deyənlərin sayı az deyil.

Bununla yanaşı, tibbi sığortası orlan ukraynalıların dediklərinə görə, sığorta şirkətləri onların COVİD-19-dan müalicə xərclərini ödəməkdən kütləvi şəkildə imtina edirlər.

Ukraynanın Odessa şəhər infeksion xəstəxanasnıda müalicə almış Şahin Əsədovun dediyinə görə, müalicənin sadəcə, ilk iki gününə 25 min qrivna ödəməli olub.

Fransa: "Başınıza çarə qılın"

Fransada səhiyyə sistemi koronavirus pandemiyasının öhdəsindən gələ bilməyib.  Ölkədə martın 24-də elan edilmiş "Sanitar vəziyyət haqqında" qanun faktiki olaraq karantin rejimini fövqəladə vəziyyət səviyyəsində tətbiq etmişdi.

Həmin qaydalar iyulun 10-dək qüvvədə qalacaq.

Rəsmi Parij koronavirusla mübarizədə ciddi uğurların əldə olunduğunu deyir. Sıravi fransızlar isə fərqli düşünürlər. Onları ən çox narahat edən məsələ müalicənin bahalı olmasıdır.

Daha doğrusu, rəsmi sənədlərə görə, koronavirusa yoluxmuş şəxslərin müalicəsi pulsuz sayılır, lakin xərclərin 65 faizini sığorta şirkətləri ödəyir.

Şirkətlər isə son vaxtlar ödənişlərdən müxtəlif şərtlərlə və bəhanələrlə boyun qaçırırlar.

Nəticədə xəstəxanalarda müalicə xərclərini özləri ödəmək məcburiyyətində qalan şəxslərin sayı sürətlə artır.

Nə etməli?

Azərbaycanda COVİD-19 koronavirus pandemiyasına qarşı mübarizə effektiv aparılır. Qabaqlayıcı tədbirlər, müxtəlif qurumların əlaqəli şəkildə fəaliyyəti, ən başlıcası isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın situasiyanı daim nəzarətdə saxlaması, vətəndaşlara bir neçə dəfə müraciət etməsi və bu kimi tədbirlərlə addımlar atması ciddi nəticələr verib.

Nazirlər Kabineti də xüsusi rejimdə fəaliyyət göstərir. Ölkədə şərtləri xeyli yumşaldılsa da, karantin rejimi qüvvədədir, koronavirusa yoluxmuş vətəndaşların müalicəsi davam etdirilir.

Müalicə bütünlüklə dövlət hesabınadır.

Amma belə olmalıdırmı?!

Konstitusiyaya görə, dövlət müəssisələrində müalicə üçün vətəndaş pul ödəməməlidir. De-yure və de-fakto belədir, amma dəyişən şərait, ölkənin üzləşdiyi çağırışlar, xüsusilə də koronavirus pandemiyasının yaratdığı qlobal maliyyə-iqtisadi böhran adekvat addımları şərtləndirir.

Həmin addımlar arasında, fikrimizcə, təxirəsalınmaz hesab edilə biləcəkləri arasında dövlət büdcəsinin xərclərinin qismən də olsa, azaldılması və ya kompensasiya edilməsi də var.

Qərb ölkələrinin, habelə Çin, Yaponiya, Cənubi Koreya, Sinqapur, Malayziya və Vyetnamın təcrübəsinə əsaslansaq, koronavirusa yoluxmuş pasiyentlərin müalicəsi ilə bağlı xərclərin müəyyən qismini sığorta şirkətləri ödəyə bilər.

Ödənişin vətəndaşın özü tərəfindən həyata keçirilməsi də mümkündür.

Təbii, situasiya düşünülmüş, ciddi təhlil olunmuş və bütün alternativ variantları nəzərdən keçirilmiş qərarların qəbulunu ehtiva edir.

Dövlət daim vətəndaşın yanında olduğu kimi, çətin dönəmlərdə vətəndaş da dövlətinə dəstək verməlidir.

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti

Yaponiya koronavirusa qarşı vaksinin hazırlanmasına 300 milyon dollar ayıracaq

Ağrıkəsici koronavirusun müalicəsində istifadə olunacaq - ARAŞDIRMA

Yunanıstan hökuməti koronavirusa yoluxduğu halda turistlərin tibbi xərclərini ödəyəcək

Qız ona ayaqqabı almayan anasını PİLLƏKƏNDƏN İTƏLƏDİ - FOTO

Tokio Olimpiya və Paralimpiya Oyunları sadələşdirilmiş variantda keçirilə bilər

Günün qoroskopu: Zahiri görünüşə aldanmayın

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

ÜST: "Vəziyyət yaxşılaşır deyə, bayram etmək vaxtı deyil, ikinci dalğaya hazırlaşmalıyıq"

YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

İqtisadiyyat Nazirliyi: 1505 obyektdə sanitar-epidemioloji tələblər pozulub - FOTO

DİN dəfn icazəsi ilə bağlı məsələyə aydınlıq gətirdi

Heminqueyin naməlum hekayəsi çap olunub

Türkiyədə koronavirusdan ölən azərbaycanlıların sayı artdı - VİDEO

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib

Putin: "Rusiyada koronavirusla bağlı vəziyyət yaxşılaşır"

Türkiyədə 3 deputatın səlahiyyətlərinə xitam verildi

TƏBİB sədri: "Ölkədə müxtəlif səbəblərdən hər gün 150-170 nəfər vəfat edir"

"Abituriyentlərdən koronavirus test nəticəsi tələb olunmur" - RƏSMİ

"Modul tipli xəstəxanalarda 2000-ə qədər çarpayı fondu olacaq"

"Erməni tərəfinin həyasızlığı özlərinə qaşı çox mürəkkəb bir vəziyyət yaradır"

TƏBİB sabahkı iş günü ilə bağlı özəl qurumlara tövsiyə etdi

Belarusda yeni Baş nazir təyin olunub

Türkiyə Afrikaya tibbi yardım göndərdi

Braziliyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

“Qəbələ”nin daha iki futbolçusu “Sabah”a keçir - Rəsmi

Nə işin... nə işim var? - YUNUS OĞUZ YAZIR

“Neftçi” rəqiblərini açıqladı

Rusiyada daha 169 nəfər koronavirusdan ölüb

“Elə dəli şeylər etmək istəyirəm ki...” - Natavan Həbibi - VİDEO - FOTO

3-cü dəfə ailə quran aparıcı: "Boşanmasına səbəb oldu"

Azərbaycan nefti bahalaşır

Sevgilisindən ayrılan aparıcı intihar etdi - FOTO

Bu ölkə iyulun 1-dən turistləri qəbul edə bilər

Bu il Bakıda kişi və qadın idman gimnastikası üzrə Avropa çempionatları keçiriləcək

Ermənistanda bir gündə koronavirusa 700-ə yaxın yoluxma qeydə alınıb

"Xəyanət varsa, sevgi ola bilməz" - Gülay

Sosial şəbəkə mərəzliləri: onlar xalqa və dövlətə qənim kəsiliblər - "Politşou" təqdim edir - VİDEO

Çində məktəblilərə hücum - 40 yaralı

Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdi

Koronavirusa inanmayanların gətirdiyi əsaslar, şübhələr və cavabları - FOTO

Avropanın bu ölkəsində də çempionat bərpa olunur

İspaniyada ölüm səviyyəsi 24 faiz artıb

Polisin öldürdüyü Corc Floydun koronavirusa yoluxduğu məlum oldu

İstirahət olmayacaq, rayonlara gediş isə...

Tolikin İlhamə Quliyeva və Flora Kərimovanın mehriban videosunu paylaşması qalmaqala səbəb olub

ABŞ səfirliyinin binasına yandırıcı maddələr və daş atıldı - Yunanıstanda

Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək - SİYAHI

"Barcelona"nın hücumçusu "Juventus"a keçməyə razıdır

Türkiyədə həftə sonu komendant saatı tətbiq oluna bilər

ABŞ-da koronavirusa yoluxanların sayı 1,9 milyonu keçib

Misirdə 99 otel yerli turistlər üçün açılıb

Biləsuvarda zəlzələ oldu

Rəşad Mahmudov: Koronavirusa yoluxmaların artması həftə sonları sərt karantin rejiminin tətbiqini zərurətə çevirir