AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Beynəlxalq koalisiya Suriyada İŞİD-in iki liderini məhv edib

  11

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya və "Suriya Demokratik Qüvvələri"nin İŞİD terror qruplaşmasına qarşı birgə əməliyyatı keçirilib.

Demokratikmusavat.com Trend-ə istinadən xəbər verir ki, xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının iki lideri məhv edilib.

Bildirilir ki, qruplaşmanın liderləri Əhməd İsa İsmayıl əz-Zavi və Əhməd Abd Məhəmməd Həsən əl-Cuqayfi məhv edildiyi əməliyyat mayın 17-si keçirilib.

Qeyd edilir ki, Əhməd İsa İsmayıl əz-Zavi Bağdadın şimalında rəhbərliyin göstərişlərinin qruplaşma üzvləri arasında yayılması, Əhməd Abd Məhəmməd Həsən əl-Cuqayfi isə silahların əldə olunması və daşınması ilə məşğul olublar.

Demokratikmusavat.com