AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Ağstafada 6 piyada əleyhinə mina aşkarlanıb - FOTO

  12

Mayın 22-si saat 11:55-də Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Köhnəqışlaq kəndi ərazisində 6 ədəd partlamamış piyada əleyhinə minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Demokratikmusavat.com-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd piyada əleyhinə OZM-72 minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Piyada əleyhinə minaların ətrafında 100 kv.m əraziyə yerüstü, 25 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 22 may 2020-ci il tarixlərində 126 siqnal (əməliyyat çağırışı) əsasında 112 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 338 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 16 ədəd tank əleyhinə mina və 6 569 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 56 505 kv.m ərazi yerüstü və 7 376 kv.m ərazi yeraltı yoxlanılıb.

Demokratikmusavat.com

Xəbər Lenti

Günün qoroskopu: mübahisələrdə aqressiv darvanmayın

Bakıda “Gelandewagen”in sürücüsündən ağlasığmaz hərəkət: Tıxacda qalmamaq üçün...

Oyunlardan sonra müsahibələr olmayacaq

DİM ödənişsiz sınaq imtahanları keçirdi

"Saxtadır, yalan danışır, özünü mələk kimi göstərir"

Azərbaycan çempionatında müsahibələr ləğv olundu

Rozaya tərif yağdırdılar - “Fiqurası gəncləri yandıran məşhur” - FOTO

Küçəyə çıxmağa qadağa qoyulan Lənkərandan FOTOlar

Niyə Böyük Britaniya ölüm sayı ilə Avropada rekord qırdı?

Etirazçıları ələ salan arvadına görə klubdan qovuldu

İranda son sutkada koronavirusdan 75 nəfər öldü

"Tibbi maskadan istifadəyə dövlət səviyyəsində diqqət edilir"

"Nəvəm özümə oxşayır" - FOTO

Karantin qaydalarını pozan futbolçular cərimələndilər

Polis maska taxmayan şəxsi diziylə boğmağa çalışdı - Hindistanda - VİDEO - FOTO

Rusiyada bir gündə 197 nəfər koronavirusdan öldü

Tıxaca öyrəşdiyimiz yollar bomboş qalıb - FOTO

Türkiyənin türkdilli ölkələrə ixracı artıb

Bakı polisi küçələrdə çağırış edir... - VİDEO

Azərbaycan neftinin qiyməti 43 dolları ötüb

Polis jurnalistin xəstə anasına yardım etdi

Sevil Mikayılova: "AŞ PA-da müşahidə olunan anti-Azərbaycan meyillər ictimaiyyətdə haqlı narazılıqlar yaradır"

Suriyada partlayış: 2 uşaq öldü

Türkiyədə avtobus qəzası: 20-yə yaxın yaralı var

Gürcüstanda koronavirusa son sutkada 3 yoluxma qeydə alınıb

Əfqanıstanda polis maşını minaya düşdü: 11 nəfər ölüb

Fransa koronavirusa yoluxanların sayına görə onluqdan çıxdı, Hindistan altıncı yerə çatdı

10 günə Türkiyəyə 1000-dən çox xəstə gəldi

34 yaşlı müğənni koronavirusdan öldü

"Əl-Qaidə"nın Şimali Afrikadakı lideri öldürüldü

Qazaxıstanda koronavirusa yoluxanların sayı artıb

Son sutka ərzində Misirdə “COVID-19” virusundan 40 nəfər ölüb

İranın zənginləşdirilmiş uran ehtiyatı nəzərdə tutulandan dəfələrlə çoxdur

ABŞ İrana qarşı neft embarqosunun müddətini uzadıb

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Moskvada koronavirusdan ölənlərin sayı 2 864 nəfərə çatıb

Rasim Quliyev: "Uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!”