AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Tramp qoruyucu maska taxdığını etiraf edib

  13

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə qoruyucu maska taxmağa başladığını deyib.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, Donald Tramp bu barədə Miçiqan ştatının İpsilanti şəhərində COVID-19 infeksiyası ilə mübarizədə istifadə olunacaq respirator və digər tibbi avadanlıqların istehsalı üçün uyğunlaşdırılan "Ford" zavodunu ziyarət edərkən bildirib.

"Ford" kompaniyasının daxili qaydalarına, həmçinin ABŞ administrasiyasının tövsiyəsinə əsasən, belə obyektlərdə qoruyucu maska taxmaq lazımdır.

Qeyd edək ki, Donald Tramp indiyədək qoruyucu maskada cəmiyyət qarşısına çıxmamışdı. O, bir müddət öncə bu hərəkətini özünü tibbi maskada dünya lideri qismində təsəvvürə gətirmədiyi ilə izah etmişdi.

Demokratikmusavat.com

Xəbər Lenti