AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir

  15

TÜRKSOY-un Baş Katibi Düsen Kaseinovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident. TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Zati-alinizin TÜRKSOY-a göstərdiyi qayğını və dəstəyi, ortaq türk mədəniyyətinin inkişafında və təbliğ olunmasında rolunu yüksək qiymətləndirir.

Əmin ola bilərsiniz ki, TÜRKSOY təşkilatı ilə Azərbaycan Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə davam etdiriləcək və TÜRKSOY çərçivəsində həyata keçiriləcək beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyəti, incəsənəti layiqincə təmsil olunacaqdır.

Fürsətdən istifadə edərək, həmçinin müqəddəs Ramazan bayramınızı təbrik edir, Zati-alinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq, tərəqqi arzulayıram".

X X X

İspaniyanın Kralı VI Felipedən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Cənab Prezident. Azərbaycan Respublikasının milli bayramının qeyd olunması münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram.

Sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz".

X X X

Niderlandın Kralı Villem-Aleksandrdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. İcazə verin ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə təbriklərimi və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırım.

Bu bayramı qeyd etdiyimiz ərəfədə COVID-19 pandemiyasının hamımız üçün misli görünməmiş çağırış olduğunu da bildirmək istəyirəm.

Koronavirusa qalib gəlmək üçün birgə səylərimizi davam etdirdiyimiz bir vaxtda Sizə, hökumətinizə, eləcə də bütün Azərbaycan xalqına güc, qüvvət və cansağlığı diləyirəm".

X X X

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və İdarə Heyətinin üzvlərindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. Biz Azərbaycan Respublikasının milli bayramının, müstəqilliyinin elan edilməsinin 102-ci ildönümünün qeyd olunmasında Azərbaycan xalqının sevincini bölüşür, Zati-alinizə və Birinci vitse-prezidentə təbriklərimizi çatdırırıq. Dünyanın üzləşdiyi maneələrə və çağırışlara baxmayaraq, Azərbaycanın ötən 28 il ərzində nail olduğu çox böyük inkişafı yüksək dəyərləndiririk.

Biz Sizə və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq. Ümid edirik ki, ölkəniz bütün bəşəriyyətin koronavirus xəstəliyi ilə mübarizə apardığı bu çətin dövrdə sülh, tərəqqi və inkişaf yolu ilə irəliləməkdə davam edəcək. Biz Sizin rəhbərliyinizlə ölkənizin təkcə virusun yayılmasının qarşısının alınması, xəstəliyin təsirinin aradan qaldırılması üçün atdığı qətiyyətli addımları deyil, həmçinin digər ölkələrdə bu pandemiya ilə mübarizədə köməyə ehtiyacı olan insanlara etdiyi yardımı da yüksək dəyərləndirdiyimizi bildiririk.

Zati-aliləri, biz, həmçinin məmnuniyyətlə qeyd etmək istəyirik ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər zaman olduğu kimi, qarşılıqlı dəstək ruhunda bir çox yerlərdə irəli sürülən çoxsaylı təşəbbüslərdə fəal tərəfdaş olub. Pandemiyanın səbəb olduğu hərəkət məhdudiyyətlərinə baxmayaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 27 ölkədə ehtiyac duyanlara dəstək olub, əsas tutduğu dəyərlərə sadiq qalıb.

Cənab Prezident, bu fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasına, inkişafına və beynəlxalq səviyyədə tanınmasına yaxından diqqət göstərdiyinizə görə Sizə ürəkdən təşəkkürlərimizi bildiririk. İnanırıq ki, biz birlikdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini gücləndirməkdə davam edəcəyik və daha çox uğura nail olacağıq.

Xahiş edirəm Sizə olan ən yüksək ehtiramımızı qəbul edin".

XXX

İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Yusif bin Əhməd Əl-Osaymin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir: "Zati-aliləri. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyuram. Zati-alinizə Uca Allahdan möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələri, ölkənizin İƏT-ə dəstəyini, təşkilatın yaradılmasının məqsədi olan İslam həmrəyliyinin təbliğində rolunu yüksək qiymətləndirir. İƏT üzv ölkələr arasında birgə dəyərləri təbliğ etmək, qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün səylərini davam etdirəcək.

Mən ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında əməkdaşlığın və İslam həmrəyliyinin möhkəmləndirilməsinə dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcəkdir.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş Katibi Altınbek Mamayusupov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri cənab Prezident. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Türk dünyasında ilk respublika olan Azərbaycan Zati-alinizin rəhbərliyi ilə böyük uğurlar qazanaraq gündən-günə inkişaf edir. Əminəm ki, bu davamlı inkişaf yeni nailiyyətlərə yol açacaq.

Əminliklə qeyd etmək istərdim ki, Sizin məqsədyönlü fəaliyyətiniz nəticəsində türkdilli ölkələr arasında əməkdaşlıq daha da dərinləşərək inkişaf etməkdədir. Bu əməkdaşlığa parlamentlərarası səviyyədə töhfəsini verən TÜRKPA Katibliyinə daim göstərdiyiniz hərtərəfli diqqət və dəstəyinizə görə Sizə minnətdaram.

Fürsətdən istifadə edərək, həmçinin müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizi təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".

XXX

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Slovakiya ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdəki dostluq münasibətləri və faydalı əməkdaşlıq gələcəkdə də xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək və biz dünya ölkələrinin birgə mübarizəsinə ehtiyac duyulan hazırkı qlobal pandemiyanın öhdəsindən layiqincə gələcəyik.

Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, ölkənizə və bütün vətəndaşlarınıza tərəqqi və rifah diləyir, sivil və demokratik cəmiyyətinizin daim inkişaf etməsini arzulayıram".

X X X

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş Katibi Asəf Hacıyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident.

Sizi Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.

Tarixi 1918-ci ildən başlayan və 1991-ci ildə bərpa olunan Azərbaycanın müstəqilliyi uzun yol keçmişdir.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması təhlükə ilə üzləşən müstəqilliyimizi qoruyub saxladı. Qısa bir zamanda Azərbaycanda böyük dəyişikliklər baş verdi, ölkəmiz bölgədə aparıcı dövlətə çevrildi. Böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması ölkəyə barış və inkişaf gətirdi.

Siz Heydər Əliyev siyasətinə və dəyərlərinə yeni nəfəs gətirərək Azərbaycanda dünya əhəmiyyətli layihələrin həyata keçməsinə nail oldunuz. Bu gün Sizin həyata keçirdiyiniz islahatlar ölkəmizin inkişafına yönəldilir və Azərbaycan dünyanın aparıcı dövlətlərinin sırasında özünə layiq yer tutur.

Sizin xalqa arxalanaraq Azərbaycanın bütövlüyü uğrunda həyata keçirdiyiniz fövqəladə vacib siyasətiniz ölkəmizin hər bir vətəndaşı tərəfindən dəstəklənir. Bu istiqamətdə apardığınız fəaliyyətdə Sizə böyük uğurlar, cansağlığı və ailə səadəti arzulayıram".

X X X

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Fələstin Dövləti və xalqı adından və şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.

Allah-Təaladan Sizə, ölkənizə və xalqınıza xeyir-bərəkət, tərəqqi, dünyanın bütün xalqlarına isə koronavirus bəlasından və bütün digər bəlalardan sağ-salamat çıxmağı arzulayıram.

Xahiş edirəm, dərin hörmət və ehtiramımı qəbul edin".

X X X

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan və ən xoş arzularımı bildirməkdən şərəf duyuram.

Müstəqil Azərbaycan Respublikası Sizin yorulmaz fəaliyyətiniz sayəsində sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanaraq dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilib.

COVID-19 pandemiyasının yayılması ilə bağlı yaranmış mövcud şəraitdə Sizin təşəbbüsünüzlə türkdilli dövlətlərin proseslərə çevik reaksiya göstərməsi və böhran şəraitində dərin həmrəylik nümayiş etdirməsi beynəlxalq ictimaiyyət üçün əsl örnək oldu.

Bu xoş fürsətdən istifadə edərək Sizi bir daha ürəkdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".

Demokratikmusavat.com