AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Sarri ilə Ronaldu arasında fikir ayrılığı

  13

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu Federiko Kyezanı komandada görmək istəyir.

Demokratikmusavat.com komanda.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Ronaldonun "Fiorentina"nın yarımmüdafiəçisini "qoca sinyora"da görmək istədiyi və bununla bağlı klub rəhbərliyi ilə danışdığı bildirilir. Lakin komandanın baş məşqçisi Mauritsio Sarri Kyezanın transferinə qarşıdır və pulun digər transferlərə xərclənməsini istəyir.

"Fiorentina" 22 yaşlı futbolçunun transferindən 60 milyon avro qazanmağı hədəfləyir.

Kyezanın "Fiorentina" ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

Demokratikmusavat.com

Xəbər Lenti