AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Yoxsulluq ən böyük bədbəxtlikdir" - Əməkdar artist

  19

İndi ancaq "Salam. Sən yaxşısan, mən də yaxşıyam" deyib, yola verəsən. Dost yoxdur. Deyir, özümü düşməndən qoruyuram, Allah dostdan saxlasın. Adamı dost arxadan vurar. Adamdan ancaq umurlar. Əvvəl belə deyildi. Məni qızılıma, evimə görə sayacaqsansa, heç illərlə istəmə.

Demokratikmusavat.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "7 canlı" verilişində deyib. Qarmon ifaçısı qızı Ülkərin həyatından danışıb. O bildirib ki, övladının ilk ailəsi uğursuz alınıb:

"Allah ananı övladla, yoxsulluqla imtahana çəkməsin. Balama görə çox çətinliklər çəkdim. İndiki zəmanədə yoxsulluq ən böyük bədbəxtlikdir. Allah heç kimi heç kimə möhtac etməsin. Çox verib qudurtmasın, az verib kiməsə möhtac etməsin. Birdən çox olanda görürsən əl-ayağın oynayır. Eyni qaydada versin, orta səviyyədə yaşa.

Hərdən verilişlərə baxıram, qız qoşulub qaçır. Ya da ailə qurub, onun həyatı gətirmədi. Ana-ata qəbul etmir. Onu niyə küçəyə buraxırsan? Övlad bədbəxt olanda ata-ananın üstünə gələr. Analara deyirəm ki, uşaqlarınızdan keçməyin. Küçə ilə gedəndə də enişli-yoxuşlu, çamurlu yol olur. Həyat da belədir. Övladın da yıxılmağı, durmağı var.

Aciz olsan, həyat səni bastalayacaq. heç kimə övlad dağı arzulamıram. Valideynin qol-qanadı sınır. Qızım deyir ki, ana, dünyanı dəyişsən, orda səndən sorusalar ki, kimi görmək istəyirsən, cavab ver Ülkəri. Burada sənsiz baş çıxara bilmərəm. Hərdən deyir ki, niyə taleyim belə oldu? Deyirəm ki, özündən aşağıya bax və şükür et. O qədər pis həyatı olanlar var ki... Gözüm qorxub, ikinci dəfə kimə ərə verim? Təmiz qız da, oğlan da tapmaq çətindir. Ərə gedəndən sonra ona mən baxacamsa, otursun yanımda".

Demokratikmusavat.com

Xəbər Lenti