AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Rusiyadan gələn avtomobildə qəlyan üçün tütün məmulatları aşkarlanıb - FOTO

  17

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Actros" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Demokratikmusavat.com-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan döşəyin altında, tavan hissəsində 88 ədəd 125 qramlıq "Musthave" markalı qəlyan üçün tütün aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Demokratikmusavat.com

Xəbər Lenti