AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Pakistanda qəzaya uğramış təyyarədə sağ qalanlar var - YENİLƏNİB - FOTO

  14

18:42

Pakistanın Kəraçi şəhərində qəzaya uğramış sərnişin təyyarəsində azı 2 nəfər sağ qalıb.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, qəzaya uğrayan təyyarədə 98 sərnişin və heyət üzvü olub.

Lahordan Kəraçiyə daxili reys yerinə yetirən sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında qəzaya uğrayıb.

Hadisə təyyarənin eniş etməsinə az qalmış baş verib.

---------
15:55

Karaçidə yaşayış məntəqəsinə düşən "Airbus A320" təyyarəsinin göyərtəsində ümumilikdə 107 nəfər olub.

Bu barədə "The New York Times"ın verdiyi xəbərdən məlum olub.

"Göyərtəsində 99 sərnişin və 8 heyət üzvü olan RK 8303 təyyarəsi qəzaya uğrayıb", - deyə, məlumatda bildirilib.

---------
14:39

"Pakistan Beynəlxalq Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında qəzaya uğrayıb.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, hadisənin təyyarənin eniş etməsinə az qalmış baş verib.

Qəza zamanı təyyarədə 91 sərnişin olub. Onların taleyi barədə hələlik məlumat verilməyib.

Təyyarə Lahordan Kəraçiye daxili reys yerinə yetirirdi.

Hadisə yerinə xilasedicilər, eləcə də hərbçilər cəlb edilib.

Demokratikmusavat.com

Xəbər Lenti