AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Everton" "Barselona"nın müdafiəçisini alır

  15

"Şalke"də icarə əsasında çıxış edən "Barselona"nın müdafiəçisi Jan Kler Todibo karyerasını Premyer Liqada davam etdirə bilər.

Demokratikmusavat.com matc.az-a istinadən xəbər verir ki, "Everton" futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, Kataloniya klubu oyunçuya 25 milyon avro qiymət qoyub. "Şalke" də Todibonu heyətinə cəlb etmək istəyir. Ancaq Bundesliqa təmsilçisi "Barselona"nın tələb etdiyi pulu ödəyə bilmir.

Gənc futbolçu ilə "Roma" və "İnter"in də maraqladığı iddia edilir. Lakin Todibo üçün tələb edilən məbləği yalnız "Everton" ödəməyə hazır olduğunu bildirib.

Demokratikmusavat.com

Xəbər Lenti