AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Ötən həftə yoluxma hallarında pik dövr yaşanıb" - Ramin Bayramlı

  13

Ötən həftə yoluxma hallarının pik dövrü yaşanıb.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, son həftə ərzində mayın 16-da 158 nəfərdə yoluxma halı qeydə alınmaqla, pik dövr yaşanıb:

"Ötən həftə 755 nəfərdə yoluxma halı olub. Bu həftə isə 581 nəfərdə yoluxma aşkar edilib. Biz hələ də yoluxma hallarının intensivliyinin yüksək olduğunu görürük".

R.Bayramlı qeyd edib ki, qətiyyən arxayınlaşmaq olmaz. Qoyulan qaydalar əməl edilməlidir:

"Həftənin digər günləri ilə müqayisədə dalğalanmalar olub. Ona görə də vəziyyətin sabitliyi haqqında tam fikir söyləmək olmaz. Növbəti həftədə sağalanların sayının daha çox olacağını gözləyirik".

Demokratikmusavat.com