AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Roma" "Milan"ın futbolçusu ilə razılaşdı

  15

"Milan"ın futbolçusu Cakomo Bonaventura karyerasını "Roma"da davam etdirəcək.

Demokratikmusavat.com goal.az-a istinadən xəbər verir ki, "Milan"la müqaviləsi mövsümün sonuna qədər olan Bonaventura, artıq Roma-yla razılaşıb.

30 yaşlı yarımmüdafiəçi yeni mövsümdən paytaxt klubunun uğurları üçün çalışacaq. Bonaventura, "Roma"da illik iki milyon avroya yaxın qazanacaq.

Qeyd edək ki, 2014-cü ildən "Milan"da çıxış edən Bonaventura, bu mövsüm 19 oyuna 3 qol vurub.

Demokratikmusavat.com

Xəbər Lenti