AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Teatr tariximizdə fəlsəfi-psixoloji üslubun ustadı - Mehdi Məmmədov

  35

Azərbaycan teatr sənətinin yaranmasında, inkişafında, təbliğində müstəsna xidmətləri olan Mehdi Məmmədov milli teatrın tarixində, intellektual mədəni elitanın ən parlaq nümayəndələrindən biri idi.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, bu gün görkəmli rejissor, teatrşünas, pedaqoq, tənqidçi, tərcüməçi, Xalq artisti Mehdi Məmmədovun anadan olmasından 102 il ötür.

1918-ci il mayın 22-də Şuşada anadan olan sənətkarın ailəsi 1922-ci ildə Bakıya köçüb. O, 1931-ci ildə Teatr Texnikumuna daxil olmaq istəsə də, çəlimsizliyini səbəb gətirib onu qəbul etmirlər.

Elə həmin il səhnə eşqiylə yanan gənc Mehdi Məmmədov İşçi Teatrının yardımçı heyətinə qəbul edilir. Bundan sonra o, Teatr Texnikumuna daxil olur. 1935-ci ildə isə təhsilini davam etdirmək üçün Moskvaya gedərək Teatr Sənəti İnstitutda oxuyur.

1940-cı ildə Akademik Milli Dram Teatrına rejissor, 1942-ci ildə bədii rəhbər, 1956-cı ildə Opera və Balet Teatrına baş rejissor, 1960-cı ildə yenidən Akademik Milli Dram Teatrına baş rejissor təyin edilib. 1963-cü ildə elmi işi ilə bağlı teatrdan uzaqlaşıb. 1974-1978-ci illərdə Opera və Balet Teatrının, 1978-1982-ci illərdə S.Vurğun adına Rus Dram Teatrının baş rejissoru vəzifələrində çalışıb.

Mehdi Məmmədov Milli Dram Teatrının baş rejissoru olduğu 10 il ərzində 12 səhnə əsərinə quruluş verib. Onun səhnələşdirdiyi "On ikinci gecə", "Madrid", "Od gəlini", "Oqtay Eloğlu", "Şeyx Sənan", "İblis", "Hamlet", "Xəyyam", "Müfəttiş", "Canlı meyit", "Romeo və Cülyetta", "Dəli yığıncağı" və digər tamaşaların hər biri Azərbaycan teatr tarixində hadisəyə çevrilmişdi.

Müsahibələrinin birində Mehdi Məmmədov etiraf etmişdi ki, quruluş verdiyi səhnə əsərləri arasında dünya səhnəsinə çıxarmağa ən çox layiq bildiyi məhz "Dəli yığıncağı"dır.

Onun Opera və Balet Teatrının səhnəsində quruluş verdiyi "Toska", "Lakme", "Sevil", "Koroğlu", ilk dəfə romantik və modernist üslubun vəhdətində ərsəyə gətirdiyi "Leyli və Məcnun" musiqili dramı, Rus Dram Teatrında hazırladığı "Həyatın dibində", "Nadejdalarım" tamaşaları rejissorun təxəyyülünün genişliyindən, ən əsası isə, bu genişliyi sərrast sərf etmək istedadından xəbər verir.

Mehdi Məmmədovun adı Azərbaycan mədəniyyətində yüksək intellektli, universal dünyagörüşlü sənətkar nümunəsi ilə assosiasiya olunur. O, keçmiş SSRİ məkanında yüksək peşəkarlıq xüsusiyyətlərini kamilliklə özündə birləşdirən az sayda sənətkarlardan idi.

Belə bir fakt məlumdur ki, 1974-cü ildə Moskva teatr ictimaiyyətinin görkəmli nümayəndələri Mehdi Məmmədov sənətkarlığına ehtiramlarını təzimlə bildirirmişlər. Onun portreti indiyədək Moskva Teatr Akademiyasının divarını bəzəyən korifeylərin portretləri ilə bir sıradadır.

Onda bütün böyük şəxsiyyətlərə xas olan iddia və bu iddianın arxasında qaya kimi durmaq bacarığı hələ yeniyetmə çağlarından özünü göstərməyə başlamışdı.

Ümumilikdə 60 səhnə əsərinə bir-birindən mükəmməl quruluş verən Mehdi Məmmədov, dönə-dönə qeyd edib ki, bədii əsərlə daxili aləmi arasında tam yaxınlıq duymayana qədər məşqlərə başlamırmış. Ciddi-cəhdlə diqqət ayırdığı daha bir cəhət isə gələcək tamaşanın forması idi. Mehdi Məmmədova görə, bədii forma bədii məzmun qədər önəmlidir. Başqa sözlə, rejissor təqdim edəcəyi tamaşanın bədii formasını bütün görünən və görünməyən incəlikləri ilə təsəvvür etmirsə, onun məşq etməsi bir az qəribədir.

Mehdi Məmmədov ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. M.Əliyev adına İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) çalışmaqla yanaşı, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) etika və estetikadan dərs deyib.

Onun İncəsənət İnstitutunun tələbə heyətinin təşkilinə son dərəcə tələbkarlıqla yanaşması barədə isə əfsanələr də yaranmışdı.

Mehdi Məmmədovun Hökümə Qurbanovaya həsr etdiyi "Onun sənət ulduzu" araşdırma və müşahidələr toplusu aktyorluq sənəti və aktyor şəxsiyyəti haqqında ən yaxşı kitablardan biridir. Rejissorun "Azərbaycan dramaturgiyasının estetik problemləri" adlı doktorluq dissertasiyası sənətşünaslıq elmində ən dəyərli tədqiqatlardandır.

Teatr tariximizdə fəlsəfi-psixoloji üslubun ustadı olan Mehdi Məmmədov bu barədə deyib: "İnsan, ümumiyyətlə, fəlsəfəyə meyillidir. Fəlsəfə həyatın dərin idrakıdır. Rejissor ciddi düşünürsə, elə o da filosofdur. Ancaq mən heç vaxt qarşıma filosof kimi görünmək məqsədi qoymamışam. Fəlsəfəyə meyl özümdən asılı deyil".

Teatr tariximizə adını əbədi həkk etmiş böyük sənətkar Mehdi Məmmədov 1985-ci il yanvarın 28-də dünyasını dəyişib.

Demokratikmusavat.com

Xəbər Lenti

Belarusda prezident seçkilərində seçicilərin fəallığı 45,33% olub

"Yuventus" Sarriyə təzminat ödəyəcək

Meksikada koronavirusdan ölənlərin sayı 51 mini ötüb

Arzu Nağıyev: "Belarusda keçirilən prezident seçkilərində səsvermə qanunvericiliyə uyğun şəkildə gedir" - FOTO

Bakıda tanımadığı yeniyetməyə qarşı quldurluq edən 30 yaşlı İslamın gülünc motivi: "Dedi polisə şikayət etsən, səni tapıb öldürəcəm"

Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər - FOTO - VİDEO

Lukaşenko səs verdi

"Arsenal"da mövsümün futbolçusu müəyyənləşdi

"Qlyukoza" 3 illik deportasiya olundu

Alimlər hazırladıqları koronavirus peyvəndini öz üzərlərində sınaqdan keçirdilər

Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

"Başakşehir"də yeni transfer

İstanbulda avtobus qəzaya uğradı: 5 ölü, 26 yaralı - VİDEO

ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan YENİ PROQNOZ

Hindistanda oteldə yanğın: 7 nəfər ölüb - VİDEO

Suraxanıda qardaşını öldürən şəxs saxlanıldı

Azərbaycan-Türkiyə təlimlərində xüsusi təyinatlılar - FOTO - VİDEO

Arye Qut: "Ermənistanda faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib"

Gürcüstanda 9 yeni yoluxma...

Tovuzda bıçaqlanan qadın öldü

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda avtobuslar üçün zolaqların təşkili ilə bağlı təklif hazırlanıb, 5 əlavə ekspress xətt istifadəyə veriləcək

Çində koronavirusa 23 nəfər yoluxub

Çexiyada güclü yanğın: 11 nəfər öldü, 3-ü uşaqdı

"İldə 100 min dollardan az qazananlar üçün əmək haqqı vergisi ilə bağlı vergi tətilləri elan edirəm"

Livanın baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib

Kanadada tornado 2 nəfərin ölümünə səbəb olub

Çempionlar Liqasının 1/4 finalçıları bilindi - "Bavariya" "Barselona"ya rəqib oldu"

Braziliyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb

Belarusda prezident seçkiləri başlayıb

Cəbhədə son vəziyyət: mövqelərimiz pulemyotlardan və snayperlərdən atəşə tutuldu

Beyrutda iğtişaşlar: 728 nəfər yaralandı

Qazaxıstanda daha 872 nəfər koronavirusa yoluxub

"Payızın sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi qalacaq"

Moskvada koronavirusdan daha 12 nəfər öldü

Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib

Mingəçevirdə birmərtəbəli ev yanıb

Maurisionun biri gedir, biri gəlir – “Yuventus” Poçettinoyla danışıqlara başlayır

Beyrutda nümayişçilər XİN binasına girdilər, 130 yaralı var

Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib

İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq

ABŞ-da son sutkada COVID-19-dan 1 243 nəfər ölüb

Məşhur futbolçunun xəyanət görüntüləri yayıldı - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər - Hikmət Babaoğlu

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTO

Bu qızın titullu boksçu olduğuna inanmaq çox çətindi - FOTOlar

Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist - Bağırov ona bayquş demişdi

Ronaldunun sevgilisinin yeni FOTOsu "Instagram"ı "partlatdı"

Niderlandın Livandakı səfirinin həyat yoldaşı partlayış nəticəsində vəfat etdi

Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı - Maraqlı faktlar

Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu

İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalır

“Mançester Yunayted” daha bir qapıçı tapdı - Bu dəfə İtaliyada

Livanda partlayış nəticəsində 60-dan çox şəxs itkin düşüb